
Google ilə Apple arasındakı milyardlarla dollar dəyərindəki müqavilə məhkəmədə bir söz sayəsində xilas edilib
Tech-Biznes
04.09.2025
Emil Nəcəfov
Artıq 1 ildən çoxdur ki, Google və Apple arasında bağlanacaq mümkün müqaviləyə məhkəmə qadağası ilə bağlı mübahisələr gedir. Həmin müqaviləyə əsasən, İT nəhəngi hər il iPhone istehsalçısına Safari brauzerində şirkətin axtarış sistemini standart olaraq istifadə etməsi üçün milyardlarla dollar ödəyir. Məlum olub ki, Apple-ın illik 20 milyard dollarlıq gəliri cəmi bir sözdən asılı ola bilər. 1 ildən bir qədər əvvəl məhkəmə tamamilə aydın qərar çıxardı: şirkətlər arasında Google-un Apple cihazlarında eksklüziv axtarış sistemi olması ilə bağlı müqavilə antiinhisar qanunvericiliyini pozur. Məhkəmə müəyyən etdi ki, Google internet axtarışı sahəsində demək olar ki, inhisarçı mövqeyə nail olub və Apple-a illik 20 milyard dollardan çox ödənişlər bazarda dominant mövqeyi qorumağa yönəlmiş qanunsuz hərəkətlərdir.

Bu araşdırma çərçivəsində Apple hər hansı bir pozuntuda ittiham olunmurdu, lakin şirkətin Google-dan illik çoxmilyardlıq ödənişlər almaq imkanını itirəcəyi və bunun da xidmətlərdən gəlirlərini əhəmiyyətli dərəcədə azaldacağı ehtimal olunurdu. Vəziyyət yalnız bu həftə məhkəmə Google-a qarşı antiinhisar işinə baxışı başa çatdıranda aydınlaşdı. Mütəxəssislərin proqnozlarına baxmayaraq, məhkəmə Google-un Safari-də axtarış sisteminin standart olaraq istifadəsi üçün Apple-a ödəniş etməsini birbaşa qadağan etmədi. Bunun əvəzinə məhkəmə qərara aldı ki, Google-un Apple-a şirkətin cihazlarında eksklüziv axtarış sistemi olmaq hüququna görə pul ödəməyə ixtiyarı yoxdur. Məhz bu “eksklüziv” sözü o deməkdir ki, Google iPhone, iPad və Mac cihazlarında axtarış sistemi olmaq hüququ üçün Apple-a ödəniş etməyə davam edə bilər.

Məhkəmənin qərarına təsir edən digər amil isə axtarış sistemlərinin əvəzinə generativ süni intellekt alqoritmlərinin məşhurluğunun artması tendensiyası oldu. Nə qədər qəribə səslənsə də, hakim qeyd etdi ki, bu, əslində vahid axtarış ekosistemində axtarış sistemlərinin əhəmiyyətini zəiflədir. Nəticə etibarilə demək olar ki, Google ilə bağlı iş üzrə məhkəmə qərarı Apple ilə olan müqaviləyə ciddi təsir göstərməməlidir. Sual ondadır ki, Google artıq eksklüziv hüquqa sahib olmadan hər il Safari-də axtarış sistemi olaraq qalmaq üçün eyni məbləği ödəməyə hazır olacaqmı. İstisna edilmir ki, praktikada Apple başqa axtarış sistemi tərtibatçıları ilə müqavilə bağlamayacaq və buna görə də Google çox güman ki, təxminən eyni məbləği ödəməyə davam edəcək. Hər halda ödənişlər ildən-ilə artır və buna görə də hər hansı azalma onların illik artımı hesabına tez kompensasiya olunur. Böyük ehtimalla Google işi üzrə məhkəmə qərarı hər iki şirkəti qane edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Məşhur analitik Apple Vision Air barəsində bəzi təfərrüatları təqdim edib

Məşhur analitik Apple Vision Air barəsində bəzi təfərrüatları təqdim edib
Apple Vision Pro cihazını məşhurlaşdırmaq cəhdlərindən imtina etmir. Hazırda bu məhsul həddindən artıq yüksək - 3500$-lıq qiyməti və aydın olmayan təyinatı səbəbindən uğursuz hesab olunur.
Meta Apple-ın robototexnika sahəsindəki ən böyük mütəxəssisini özünə cəlb edib

Meta Apple-ın robototexnika sahəsindəki ən böyük mütəxəssisini özünə cəlb edib
Meta Platforms-un süni intellekt sahəsində mütəxəssislərin ştatını fəal şəkildə genişləndirməsinin xərcləri haqqında ixtisaslaşmış mənbələr mütəmadi olaraq yazır.
Google ödənişlə öz həllərinin Apple və digər şirkətlərin cihazlarında starndart istifadəsini davam etdirəcək

Google ödənişlə öz həllərinin Apple və digər şirkətlərin cihazlarında starndart istifadəsini davam etdirəcək
ABŞ dairə məhkəməsinin elan edilmiş qərarına görə, Google Apple və digər şirkətlərlə müqavilələr bağlayaraq onların cihazlarında və məhsullarında öz axtarış sisteminin və digər standart həllərinin istifadəsini davam etdirə biləcək.
Məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etməkdən imtina edib

Məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etməkdən imtina edib
Google şirkəti onlayn axtarış seqmentində dominant mövqeyini azaltmaq məqsədilə Chrome brauzerini satmaq məcburiyyətində qalmayacaq.
Avropa Birliyi Trump-da qəzəb oyatmamaq üçün Google şirkətini cərimələməkdən imtina edib

Avropa Birliyi Trump-da qəzəb oyatmamaq üçün Google şirkətini cərimələməkdən imtina edib
Avropa Birliyi hakimiyyəti Alphabet-ə qarşı reklam texnologiyaları bazarında dominant mövqedən sui-istifadə iddiası ilə nəzərdə tutulan cəriməni təxirə saldı.
Həftənin xəbərləri

