
MIT-nin hesabatı süni intellekt sahəsindəki şirkətlərin səhmlərini çökdürüb
Tech-Biznes
21.08.2025
Emil Nəcəfov
Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən süni intellektin real vəziyyəti ilə bağlı dərc olunmuş səs-küylü hesabat Wall Street-dəki gözləntiləri kəskin şəkildə aşağı salıb. “The GenAI Divide: State of AI in Business 2025” adlı sənəd göstərib ki, generativ süni intellektdən vəd olunan “qızıl hərisliyi” hələlik əksər şirkətlərə nəzərəçarpacaq fayda gətirməyib. Araşdırma 150 top-menecer ilə müsahibələrə, 350 əməkdaşın sorğusuna və 300 açıq süni intellekt tətbiqinin təhlilinə əsaslanıb. Mənzərə ürəkaçan deyil: pilot layihələrin 10%-dən azı hər hansı gəlir artımı təmin edib. Əslində isə böyük gəlir yalnız tətbiqlərin 5%-ni gətirib, qalan 95% isə biznesə ümumiyyətlə heç bir fayda verməyib.

Təsadüfi deyil ki, bazarda çərşənbə axşamı gərginlik yaşanıb. NVIDIA səhmləri 3.5% enib, Arm Holdings 3.8% itirib, Palantir isə demək olar ki, 9% düşüb və azalma davam edir. Hesabatın müəllifi Aditya Challapally-nin sözlərinə görə, problem süni intellekt modellərin özündə deyil, daha çox şirkətlərin onları düzgün tətbiq etməyi bacarmamasındadır. O, qeyd edib ki, konkret bir vəzifənin həllinə fokuslanan və müştərilərlə tərəfdaşlıq şəklində işləyən gənc startaplar tamamilə fərqli nəticə göstərirlər: bəzi şirkətlərin gəliri cəmi 1 il ərzində sıfırdan 20 milyon dollara qədər yüksəlib. MIT həmçinin müəyyən edib ki, biznes pulları düzgün istiqamətə yatırmır. Süni intellekt üçün ayrılan büdcələrin yarısından çoxu marketinq və satışa gedir, halbuki real gəlir gətirən “darıxdırıcı” avtomatlaşdırmadır - back-office optimizasiyası və proseslərin autsorsinqindən imtina.

Bununla yanaşı, ixtisaslaşmış xarici alətlər halların 67%-də işləyir, halbuki daxili işləmələr yalnız layihələrin 1/3-də uğur gətirir. Gərginliyi artıran məqamlardan biri də OpenAI-nın CEO-su Sam Altman-ın bir neçə gün əvvəl formalaşmaqda olan “Süni intellekt balonu” barədə xəbərdarlığı olub. Onun sözlərinə görə, “bəzi investorlar çox pul itirəcəklər, lakin uzunmüddətli perspektivdə cəmiyyət yenə də qazanacaq”. Meta da kənarda qalmayıb - onun süni intellekt bölməsinin yenidən qurulması ilə bağlı xəbərlərdən sonra şirkətin səhmləri enib. Bütün bunlar süni intellekt ətrafında yaranmış həyəcanın təhlükəli həddə qədər qızışıb-qızışmadığına dair şübhələri daha da gücləndirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellekt tibb və hüquq fakültələrinin tələbələrinin təhsilini faydasız edə bilər

Süni intellekt tibb və hüquq fakültələrinin tələbələrinin təhsilini faydasız edə bilər
Google-un süni intellekt sahəsindəki pionerlərindən biri olan Jad Tarifi gələcək tibb və hüquq fakültələrinin tələbələrini xəbərdar edib: süni intellektin sürətli inkişafı onların təhsilini faydasız edə bilər.
Çində süni intellekt əsaslı virtual satıcılar sürətlə məşhurlaşır

Çində süni intellekt əsaslı virtual satıcılar sürətlə məşhurlaşır
Şanxayın PLTFRM adlı marketinq şirkəti Taobao və Pinduoduo kimi Çin elektron ticarət saytlarında süni intellekt əsasında işləyən təxminən 30 virtual satıcı yerləşdirib.
Meta öz süni intellekt şöbəsini yenidən təşkil edib

Meta öz süni intellekt şöbəsini yenidən təşkil edib
Meta rəsmi şəkildə süni intellekt bölməsinin yenidən təşkil olunduğunu təsdiqləyib, mövcud strukturu ləğv edərək OpenAI, Anthropic və Google DeepMind kimi rəqiblərdən geri qalmanı aradan qaldırmaq üçün 4 yeni ixtisaslaşmış qrup yaradıb.
DeepSeek V3.1 süni intellekt modeli istifadəyə verilib

DeepSeek V3.1 süni intellekt modeli istifadəyə verilib
Çin şirkəti DeepSeek əvvəlki süni intellekt modeli olan V3-ün yeniləndiyini elan edib. Yeni versiya artıq test üçün əlçatandır.
Hakerlər, cəsuslar və kibertəhlükəsizlik mütəxəssisləri aktiv şəkildə süni intellektdən istifadə edirlər

Hakerlər, cəsuslar və kibertəhlükəsizlik mütəxəssisləri aktiv şəkildə süni intellektdən istifadə edirlər
Kibercinayətkarlar və onlardan cəmiyyəti qorumağa çalışan kibertəhlükəsizlik mütəxəssisləri getdikcə daha çox süni intellekt sistemlərinə müraciət edirlər - ictimaiyyətə açıq alətlərin effektivliyi artır.
Həftənin xəbərləri

