
Trump, Musk-ın ABŞ büdcəsi qanununu tənqid etməsindən narazıdır
Tech-Biznes
05.06.2025
Emil Nəcəfov
Elon Musk sənədi tənqid edərək bildirib ki, bu qanunun həyata keçirilməsi dövlət xərclərinin və büdcə kəsirinin artmasına səbəb olacaq. Donald Trump isə Şimali Amerika dövlətinin büdcəsi ilə bağlı qanun layihəsinə mütəmadi şəkildə tənqidlər yönəldən Musk-ın bu davranışından getdikcə daha çox narahat olmağa başlayıb. Bu barədə The Wall Street Journal öz mənbələrinə istinadən məlumat yayıb. Jurnalistlərin məlumatlarına görə, Trump və onun yaxın komandası Musk-ın təsdiqlənmiş qanunla bağlı neqativ şərhlərinə son dərəcə təəccüblənib. Çünki Musk sənədi açıq şəkildə “iyrənc” adlandırıb.

Ağ Evin rəhbəri, dünyanın ən varlı şəxsi olan Musk-ı başa düşə bilmir. Çünki o, 4 ay ərzində Oval kabinetlə çox yaxın əməkdaşlıq edib, lakin sonda Tesla və SpaceX rəhbəri Trump komandasının və hazırkı siyasətinin əleyhdarına çevrilib. Prezidentin komandasında yer alan bir məmur bu məlumatı anonim şəkildə bölüşüb. Musk-ı isə Trump-ın son qərarı qəzəbləndirib. Söhbət, Jared Isaacman-ın NASA rəhbəri vəzifəsindən geri çağırılması qərarından gedir. ABŞ-ın 47-ci prezidentinin bu addımından sonra Musk büdcə qanun layihəsinə qarşı daha da sərtləşib.
Milyarder şəxsi söhbətlərində tərəfdarlarına bildirib ki, Trump-ın ikinci dəfə prezident seçilməsi üçün 100 milyon dollardan çox vəsait xərcləyib, lakin hakimiyyətə gələn 79 yaşlı siyasətçi onun NASA rəhbəri postuna irəli sürdüyü namizədi təsdiqləməkdən imtina edib. Yayımlanan məlumatda qeyd olunur ki, Musk-ı yeni qanun layihəsində narahat edən əsas məsələ, qanun qüvvəyə mindikdən dərhal sonra dövlət xərclərinin artması ilə büdcə kəsirinin kəskin yüksəlməsi ehtimalıdır. DOGE-un (Hökumət Effektivliyi Departamenti) keçmiş rəhbəri həmçinin sosial şəbəkədəki izləyicilərini ABŞ Konqresinin üzvlərinə zəng edib bu sənədin təsdiqlənməsi prosedurunda müsbət səs verməkdən imtina etməyə çağırıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk, Trump-ın büdcə qanunundan imtina edilməsinə cağırışlar edib

Elon Musk, Trump-ın büdcə qanunundan imtina edilməsinə cağırışlar edib
Yeni ABŞ prezidenti seçkiqabağı kampaniyası zamanı dövlət borcunu azaltmağa söz vermişdi, lakin onun bu gün atdığı addımlarla ABŞ-ı daha da borca salır.
SpaceX-in kommersiya gəliri gələn il NASA-nın büdcəsini geridə qoyacaq

SpaceX-in kommersiya gəliri gələn il NASA-nın büdcəsini geridə qoyacaq
ABŞ-ın siyasi həyatında aktiv iştirakdan yenicə uzaqlaşmış milyarder Elon Musk, ona xas olan enerjisi ilə rəhbərlik etdiyi şirkətlərin fəaliyyətinə yenidən fəal şəkildə qatılmağa başlayıb.
SpaceX-in yeni zavodu il ərzində 1000 ədəd Starship istehsal edə biləcək

SpaceX-in yeni zavodu il ərzində 1000 ədəd Starship istehsal edə biləcək
Elon Musk Texasda dünyanın ən böyük istehsalat kompleksi - Gigabay adlandırılan müəssisənin inşasını elan edib. SpaceX bu mərkəzdə ildə 1000-ə qədər çoxistifadəli Starship raketini istehsal etməyi planlaşdırır.
Neuralink beyin implantlarının inkişafı üçün 650 milyon dollar vəsait əldə edib

Neuralink beyin implantlarının inkişafı üçün 650 milyon dollar vəsait əldə edib
Elon Musk-ın böyük siyasətdən yenidən biznes sahəsinə qayıdışı, onun şirkətlərinin parlaq gələcəyinə inanan investorların fəallığının artması ilə müşayiət olundu.
Elon Musk, XChat messencerini anons edib

Elon Musk, XChat messencerini anons edib
Elon Musk-ın son vaxtlar Ağ Evi tərk etməsi, ona məxsus şirkətlərin yeni xidmət və məhsullarını daha sürətli təqdim etməsi məqsədini daşıyırdı.
Həftənin xəbərləri

