main-post-cover

    İsveçrədə günəş panellərinə sahib dəmiryolu istifadəyə verilib (VİDEO)

    Elm & Texnologiya
    29.04.2025
    Emil Nəcəfov
         İsveçrənin Sun-Ways adlı startapı, işlək dəmiryolu xəttində relslər arasında günəş panellərinin quraşdırılması ilə təcrübi bir günəş elektrik stansiyasının işə salınmasına nail olub. Dəmir yolları demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur və bu, böyük, istifadəsiz sahələr deməkdir. Günəş panellərinin birbaşa relslər arasına yerləşdirilməsi ayrıca elektrik stansiyaları üçün torpaq ayırmadan enerji istehsalını əhəmiyyətli dərəcədə artırardı. Günəş panellərinin dəmiryolu relsləri arasında yerləşdirilməsi ideyası yeni deyil. Lakin bu sahədə ilk dəfə olaraq isveçrəlilər onu mükəmməlləşdirərək panellərin həm tez quraşdırılmasını, həm də eyni dərəcədə tez sökülməsini təmin ediblər.
         Sökmə prosesi vacibdir, çünki yolun texniki baxışı və təmiri müvafiq qurumlar tərəfindən ciddi qaydalarla tənzimlənir. Dəmir yolu infrastrukturu strateji əhəmiyyətə malik sahə sayılır və onun istismarı yüksək təhlükəsizlik tələbləri ilə müşayiət olunur. İsveçrə hökuməti Sun-Ways şirkətinə ölkənin qərbində, Neşatel kantonunda yerləşən kiçik Butt kəndi yaxınlığındakı işlək dəmir yolu xəttinin 100 metrlik hissəsini unikal panellərlə təchiz etməyə icazə verib. Bu hissədə qatarlar nisbətən aşağı sürətlə - maksimum 70 km/saat - hərəkət edir. Çünki tez çıxarıla bilən günəş panellərinin quraşdırılması yenilik olduğundan, hökumət ehtiyat tədbiri kimi yanaşıb və şirkətin planlaşdırdığı altı ay əvəzinə 3 illik sınaq müddəti tələb edib.
         Həmçinin daha sıx hərəkətli magistrallarda təcrübələr aparmağa da icazə verilməyib. Panellərin relslər arasına quraşdırılması və sökülməsi üçün İsveçrənin Scheuchzer şirkəti bu prosesi sürətləndirən xüsusi bir döşəmə maşını hazırlayıb. Onun köməyi ilə 1000 m² panel cəmi bir neçə saata quraşdırıla bilir. Əgər bu cür panellərlə İsveçrənin bütün dəmir yolu şəbəkəsi (təxminən 5320 km, tunellər və zəif işıqlanan sahələr istisna olmaqla) təchiz olunsa, illik enerji istehsalı 1000 giqavat-saat təşkil edə bilər - bu isə ölkənin ümumi elektrik tələbatının təxminən 2%-nə bərabərdir.
         Pilot layihə üçün hökumət 700 000$-dan bir qədər artıq vəsait ayırıb. Bu layihə sayəsində ildə 16 000 kilovat-saat elektrik enerjisi yerli şəbəkəyə ötürüləcək. Layihə artıq ABŞ, Çin, Yaponiya və Cənubi Koreya nümayəndələrinin marağına səbəb olub. Hətta Cənubi Koreyada gələn il oxşar tez çıxarıla bilən panellərlə təchiz edilmiş pilot layihənin başlanması planlaşdırılır. “Bəs panellər çirklənəcək” - deyə oxucu düşünə bilər. Bəli, amma onların təmizlənməsi üçün hər qatarın son vaqonuna xüsusi fırçalı sistemin quraşdırılması təklif olunur ki, bu da panellərin daim işlək vəziyyətdə saxlanmasına imkan verəcək. Mükəmməl plan - isveçrə saatı qədər etibarlı.
    Mənbə: Swissinfo
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çində hipersəs sürətli dron hazırlanır
    cinde-hiperses-suretli-dron-hazirlanir
    Elon Musk-ın xAI şirkəti ekologiyaya zərər verməkdə günahlandırılır
    elon-musk-in-xai-sirketi-ekologiyaya-zerer-vermekde-gunahlandirilir
    Yaponiya özünün dəniz bazalı rels silahını sərgiləyib (VİDEO)
    yaponiya-ozunun-deniz-bazali-rels-silahini-sergileyib-video
    Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər
    ticaret-muharibesi-tesla-optimus-robotlarinin-istehsalina-mane-ola-biler
    5 dəqiqəyə 520 km məsafəyə yetəcək qədər enerji yığan elektromobil batareyası təqdim edilib
    5-deqiqeye-520-km-mesafeye-yetecek-qeder-enerji-yigan-elektromobil-batareyasi-teqdim-edilib