
Alimlər ən süni həyat formasını yaradıblar
Elm & Texnologiya
19.08.2025
Emil Nəcəfov
Britaniya alimləri Yer üzündəki hər hansı digər canlı orqanizmdən daha mürəkkəb və nizama salınmış genetik koda malik süni bakteriya yaradıblar. Syn57 adlı bağırsaq çubuğu (Escherichia coli) bu günə qədər mümkün olmuş ən az kodon sayı ilə sintez olunub - bu, milyardlarla ildir bütün məlum canlı orqanizmlərin istifadə etdikləri genetik kod vahididir. Bu kəşf sintetik polimerlərin yaradılmasında yeni texnologiyaların meydana çıxmasına gətirib çıxara bilər. Həyatın "resepti" 64 fərqli "hərf" və ya kodondan ibarət bir dillə yazılıb, hər kodon 3 nukleotid qalığından ibarətdir. Bu “üçhərfli” kodonlardan ibarət uzun cümlələr bizim DNT və RNT-mizi təşkil edirlər. Onlar hüceyrələrə adi maddəni həyatın inşa bloklarına - müəyyən ardıcıllıqla düzülərək zülalları formalaşdıran amin turşularına çevirmək üçün mühüm göstərişlər verirlər.

Hüceyrə zülalları qurarkən, hansı amin turşularının əlavə ediləcəyini və nə vaxt dayanmaq lazım olduğunu müəyyən etmək üçün bu 64 nukleotidli tripletlərlə yazılmış kodon ardıcıllığını oxuyur. Lakin bu sistemdə bəzi izah olunmayan təkrarlanmalar mövcuddur. Təbiətdəki bütün canlı orqanizmlər onlara lazım olan zülalları cəmi 20 amin turşusu ilə sintez edə bilirlər. Bu da o deməkdir ki, bir çox kodonlar əslində “sinonimdir”. Syn57 orqanizmi bu “artıq” kodonlardan bəzilərinə ehtiyac duymadan fəaliyyət göstərir. Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasına bağlı Molekulyar Biologiya Laboratoriyasından olan alimlər ilk dəfə olaraq bir canlı orqanizmin genomunu cəmi 57 kodona qədər azaltmağa nail olublar. Əvvəlki rekord isə 61 kodon idi.

Tədqiqatçılar bütün genomu sıfırdan yaratmaqla, serin amin turşusu ilə əlaqəli 6 kodondan 4-nü, alanin üçün nəzərdə tutulmuş 4 kodondan 2-ni və 1 stop-kodonu çıxarmağı qarşıya məqsəd qoyublar. Bu artıq kodonlar bakteriyanın genomunda harada rast gəlinirdisə, tədqiqatçılar onları eyni təlimatları ehtiva edən sinonim kodonlarla əvəz ediblər. Bu proses genetik kodda 101.000-dən çox dəyişiklik tələb edib. İlk olaraq bu dəyişikliklər kompüterdə 100 kilobaytlıq fraqmentlər şəklində planlaşdırılıb, daha sonra isə genlərin birləşdirilməsi üzrə ətraflı və dəqiq işlər aparılıb. Dəyişikliklərin orqanizmə zərər verib-vermədiklərini müəyyən etmək üçün tədqiqatçılar əvvəlcə sintetik genomun kiçik hissələrini canlı bakteriyalar üzərində sınaqdan keçiriblər, daha sonra isə bu hissələri birləşdirərək tamamilə sintetik son variantı - yeni bakteriya ştammını hazırlayıblar. Beləliklə, alimlərin fikrincə, həyat hətta əhəmiyyətli dərəcədə ixtisar edilmiş genetik kodla da mövcud ola bilər. Azad edilmiş kodonlar isə digər funksiyalar üçün istifadə oluna bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yadplanetli həyat növü susuz da mövcud ola bilər

Yadplanetli həyat növü susuz da mövcud ola bilər
Yeni araşdırma ehtimal edir ki, su həyat üçün zəruri komponent hesab olunsa da digər qaya tipli planetlərdəki həyat üçün mütləq lazım olmaya bilər. Yəni, bəlkə də həyat yalnız suya bağlı deyil və yadplanetli həyat növü qeyri-adi duzlu maye hesabına mövcud ola bilər.
Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər

Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər
Qara dəliklərin birləşməsi nəticəsində yaranmış qravitasiya dalğalarında qeydə alınmış qeyri-adi siqnal göstərir ki, bu sistem əslində əvvəldən ikili deyil, üçlü sistem olub.
Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər

Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər
Bədən qoxusu sağlamlıq vəziyyəti haqqında çox şey deyə bilər. Alimlər dəri və nəfəs yolu ilə xaric olan uçucu birləşmələrdən istifadə edərək xəstəlikləri erkən mərhələdə müəyyən etməyin yollarını axtarırlar.
Yer kürəsinin biosferası təhlükə altındadır

Yer kürəsinin biosferası təhlükə altındadır
Potsdam İnstitutu və Vyana BOKU Universitetindən olan alimlər xəbərdarlıq edirlər: Yer biosferası dayanıqlılığını itirib. Araşdırma göstərib ki, bitkilər artıq fotosintez proseslərinin öhdəsindən gələ bilmir.
Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub

Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub
Massaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellektin köməyi ilə qonoreya və Staphylococcus aureus (qızılı stafilokok) infeksiyasına qarşı yeni antibiotiklər yaradıblar.
Həftənin xəbərləri

