
Çində dronlar vasitəsilə hava şəraitinin dəyişdirilməsi təcrübəsi keçirilib
Elm & Texnologiya
06.05.2025
Emil Nəcəfov
Çinli alimlər quraqlıqla mübarizə aparmaq məqsədilə Sincanda hava şəraitinə nəzarətlə bağlı təcrübə keçiriblər. İki dron və 1 kq gümüş yodiddən istifadə etməklə 8000 km²-lik ərazidə yağıntı miqdarını 4%-dən çox artırmağa nail olublar. Bu, sutka ərzində əlavə olaraq 70 000 kubmetr su gətirib ki, bu da 2 metr dərinliyə malik 30 olimpiya hovuzunu doldurmaq üçün kifayətdir. Yeni dərc olunmuş tədqiqata görə, 2023-cü ilin iyulunda orta ölçülü iki dron 5500 metr yüksəklikdə uçaraq Bayanbulak otlaqları üzərində dörd uçuş zamanı buludların toxumlanması üçün geniş istifadə edilən gümüş yodid maddəsini səpiblər. Bu sarımtıl toz yanan çubuqlara yerləşdirilib və tüstü şəklində havaya yayılıb.

Alimlərin məlumatına görə, hər uçuşda 125 qramlıq iki belə çubuq istifadə olunub və püskürmə sürəti saniyədə 0.28 qram təşkil edib. Layihə çərçivəsində 24 avtomatlaşdırılmış yer stansiyası, peyklər və dron qrupları bir sistemdə birləşdirilib. Komanda belə suallar qarşısında qalıb: Əməliyyatın yağıntının artmasına, yoxsa azalmasına səbəb olduğunu necə dəqiq müəyyən etmək olar və suyun artımını və ya itirilməsini hansı göstəricilər əks etdirir? Sincan Havanın Dəyişdirilməsi İdarəsi ilə əməkdaşlıq çərçivəsində tədqiqatçılar əldə olunan nəticələrin təhlili üçün 3 yoxlama metodundan istifadə ediblər. Spektrometriya müdaxilədən sonra damcıların ölçüsünün 0.46 mm-dən 3.22 mm-ə qədər artdığını qeydə alıb.
Peyk şəkilləri isə göstərib ki, buludların yuxarı hissəsi 10 dərəcə Selsi soyuyub və buludların hündürlüyü təxminən 3 km artıb. Bu məlumatlar təcrübənin müsbət təsirini təsdiqləyir. Regionun 50 illik iqlim məlumatlarının statistik təhlili göstərdi ki, əlavə olaraq təxminən 78 200 kubmetr yağıntı düşüb ki, bu da adi göstəricidən 3.8% çoxdur. Superkompüter modelləşdirməsi isə bənzər nəticə verib: Yağıntının 73 800 kubmetr artdığı (4.3% artım) müəyyən edilib ki, bu da yer səviyyəsində aparılan müşahidələrlə yaxşı uyğunluq təşkil edir. Alimlər hesab edirlər ki, hava şəraitinə təsir bir çox şərtlərdən asılıdır və bu şərtlər kəskin şəkildə dəyişə bilər.

Onlar buludların toxumlanması ilə bağlı daha çox kompüter təcrübəsi aparmağı planlaşdırırlar - maddənin səpilmə vaxtı, hündürlüyü və miqdarı kimi amilləri dəyişərək, bu faktorların hər birinin yağış miqdarına necə təsir etdiyini anlamağa çalışacaqlar. Sincan bölgəsi, harada ki, Qobi və Takla-Makan səhraları yerləşir, artmaqda olan iqlim təhlükələri ilə üzləşir - buzlaqların sürətlə əriməsi və səhralaşma zonalarının genişlənməsi. Tyan-Şan buzlaqları, 25 milyon insanın su təchizatı üçün həyati əhəmiyyət daşıyır, hər il 2-3 km² buz itkisinə məruz qalır. Eyni zamanda, iqlim dəyişikliyi son onillikdə yağıntının 6.44 mm artmasına səbəb olub. Çin regionun təbii şəkildə yaşıllaşdırılması üçün meşə zolaqlarının yaradılması və günəş elektrik stansiyalarının tikintisi kimi geo-mühəndislik layihələrini inkişaf etdirir.
Mənbə: South China Morning Post
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dayson sferası perspektivsiz fantastika ola bilər

Dayson sferası perspektivsiz fantastika ola bilər
Kardaşev şkalasının əsasında enerji anlayışı - tərəqqinin hərəkətverici qüvvəsi kimi - dayanır. Məsələn, II tip sivilizasiya texniki cəhətdən o qədər inkişaf etmiş olmalıdır ki, öz ulduzunun enerjisini istifadə edə bilsin.
Çinlilər Venera bulud nümunələrini Yerə çatdırmağı planlaşdırırlar

Çinlilər Venera bulud nümunələrini Yerə çatdırmağı planlaşdırırlar
Venera məlum olan bioloji həyat formaları üçün son dərəcə əlverişsiz bir mühitə malikdir. Onun səthində metal sözün əsl mənasında əriyir. Lakin səthdən xeyli yüksəklikdəki bulud qatlarında bakteriya və mikrobların mövcudluğu üçün əlverişli şərait ola bilər ki, bu da alimləri uzun müddətdir maraqlandırır.
Kosmoloji model ilə uyğunlaşmayan 3 qeyri-adi qalaktika kəşf edilib

Kosmoloji model ilə uyğunlaşmayan 3 qeyri-adi qalaktika kəşf edilib
Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə gözlənilməz bir kəşf ediblər. Onlar, Böyük partlayışdan cəmi 500 milyon il sonra mövcud olmuş 3 çox qəribə qalaktika aşkar ediblər.
James Webb bilinən ən soyuq ekzoplaneti kəşf edib

James Webb bilinən ən soyuq ekzoplaneti kəşf edib
James Webb kosmik teleskopunun sensorlarının həssaslığı -198.15 dərəcə Selsiyə qədər temperaturu olan çox soyuq kosmik obyektləri aşkar etmək üçün kifayət etməlidir.
Kainatdakı ən parlaq işıq gözlənilməz mənbəyə sahibdir

Kainatdakı ən parlaq işıq gözlənilməz mənbəyə sahibdir
Ən parlaq işıq mənbələri əslində özləri işıq yarada bilməyən obyektlər tərəfindən meydana gəlir. Bu qəribə səslənsə də, kainatdakı ən parlaq işığı qara dəliklər yaradırlar. Daha dəqiq desək, qara dəliklərin ətrafında yerləşən sahələr kainatın ən parlaq işıq mənbələridir. Bu sahələr o qədər parlaq ola bilər ki, yerləşdikləri qalaktikadakı bütün ulduzların işığını belə kölgədə qoyurlar.
Həftənin xəbərləri

