
Dayson sferası perspektivsiz fantastika ola bilər
Elm & Texnologiya
06.05.2025
Emil Nəcəfov
Kardaşev şkalasının əsasında enerji anlayışı - tərəqqinin hərəkətverici qüvvəsi kimi - dayanır. Məsələn, II tip sivilizasiya texniki cəhətdən o qədər inkişaf etmiş olmalıdır ki, öz ulduzunun enerjisini istifadə edə bilsin. Bu isə Dayson sferasının bir növü olan - peyklərdən ibarət nəhəng ulduz sistemləri vasitəsilə mümkündür. Lakin zahirən sabit görünsələr də, bu strukturlar kosmik qüvvələrin təsirinə məruz qala bilər və daim trayektoriyanın nizamlanmasını tələb edir. Yeni məqalənin müəllifi, Breakthrough Listen layihəsinin astronomu, inkişaf etmiş yadplanetli sivilizasiyalara bu enerji istehsalı metodundan istifadə etməyi tövsiyə etmir. Breakthrough Listen Initiative layihəsindən Brian Lacki deyir:

“Güman edilir ki, yadplanetli sivilizasiya öz doğma ulduzunu əhatəyə alan qurğularla onu enerji toplamaq və ya uzaq müşahidəçilərə siqnallar ötürmək üçün istifadə edə bilər. Əgər onlar həqiqətən mövcuddurlarsa, çox güman ki, bu qurğular ulduz ətrafında orbitdə yerləşən nəhəng peyk qruplaşmalarından - meqasistemlərdən ibarətdir”. Çətinlik ondadır ki, bu cür konstruksiyalar milyonlarla, hətta milyardlarla ayrı-ayrı elementdən ibarət olmalıdır. Belə bir struktur üçün potensial toqquşmalar əsas təhlükə sayılır və bu, minillərlə, bəlkə də daha uzun müddət ərzində özünü tənzimləyə bilən mürəkkəb naviqasiya sistemini tələb edəcək. Bundan əlavə, ehtiyat sistemlərə və nasazlığa davamlı mexanizmlərə də ehtiyac olacaq.
Təhlükə ondadır ki, əgər elementlərdən biri sıradan çıxarsa, digərinə çırpıla bilər və bu, bütün sistemi sıradan çıxara biləcək zəncirvari toqquşmalara səbəb ola bilər. Müəllif belə bir meqasistemdə peyklərin toqquşma ehtimalını hesablayıb. Bu ehtimal orbital dövrlərdən və sistemin konstruktiv xüsusiyyətlərindən asılıdır. Ulduz sisteminin strukturunda edilən dəyişikliklər toqquşma ehtimalına təsir göstərə bilər, lakin orbitdəki ayrı-ayrı peyklərdə hər hansı bir təsadüfi sapma baş verdikdə, toqquşma hər halda qaçınılmaz olur. Bundan əlavə, zəncirvari reaksiya başladığı anda toqquşmalar artıq sürətli rejimdə baş verir. Orbital hərəkətdə təhlükəli dəyişikliklərə səbəb ola biləcək müxtəlif təbii hadisələr mövcuddur, onlardan biri də Lidov-Kozai rezonansıdır.

Bu rezonans potensial olaraq təhlükəli vəziyyətlər yaradır və daimi korreksiya tələb edir. Əgər orbitə təsir edən cisim kifayət qədər böyük olarsa, peyklər qrupunu sürətlə dağıda və bütün sistemi enerji istehsal etmə qabiliyyətindən məhrum edə bilər. Günəş sistemində belə təsir göstərən cisim Yupiter ola bilərdi. Bunun üçün ona bir neçə milyon il kifayət edərdi, lakin II tip sivilizasiya üçün bu, uzun müddət sayılmır. Digər bir problem isə Yarkovski effektidir. Bu effekt fırlanan obyektlərin istiliyi necə udub yaymasına dair çox zəif fərqlər yaradır. Zaman keçdikcə bu təsir onların kosmosdakı trayektoriyalarını dəyişə bilər.

Daha bir çətinlik ulduzların forması ilə bağlıdır. Fırlanma nəticəsində ulduzlar yastılaşmış sferoidlərə çevrilir. Bu isə o deməkdir ki, onların cazibə sahəsi sferik deyil və meqasistemin yerləşdiyi ərazidə cazibə qüvvəsində dalğalanmalar yaradır. Bu dalğalanmalar da nəzərə alınmalı və korreksiya edilməlidir. Lacki nəticə olaraq yazır: “İlk baxışda meqasistemlər passiv texnosiqnallar üçün ideal, əbədi strukturlar kimi görünə bilər, sanki onlar dəyişməz qalır, kainat isə ətraflarında qocalır.” Lakin daimi texniki xidmət və düzəlişlər olmadan cazibə və radiasiya təsirlərindən yaranan pozuntular orbitdən yayınmalara və nəhayət, qruplaşmadakı ayrı-ayrı elementlər arasında toqquşmalara səbəb olacaq.
Və bu yalnız təbii səbəblərdir - halbuki siyasi, iqtisadi və ya digər fikir ayrılıqları kimi süni səbəblər də ola bilər. Bu baxımdan, Kardaşev şkalasına görə daha yüksək inkişaf səviyyəsinə malik sivilizasiyalar üçün Dayson sferasının mütləq element olması barədə nəzəriyyənin həyati tətbiq oluna bilməsi şübhə altına düşür. Ulduz enerjisini əldə etmək üçün belə bir sferanın yaradılması olduqca mürəkkəb və qeyri-sabit bir həll yoludur. Ola bilsin, məhz bu səbəbdən nə bu sferaların özlərini, nə də onlara dair hər hansı izləri müşahidə edilə bilən kainatda hələ ki tapa bilməmişik.
Mənbə: Universe Today
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çinlilər Venera bulud nümunələrini Yerə çatdırmağı planlaşdırırlar

Çinlilər Venera bulud nümunələrini Yerə çatdırmağı planlaşdırırlar
Venera məlum olan bioloji həyat formaları üçün son dərəcə əlverişsiz bir mühitə malikdir. Onun səthində metal sözün əsl mənasında əriyir. Lakin səthdən xeyli yüksəklikdəki bulud qatlarında bakteriya və mikrobların mövcudluğu üçün əlverişli şərait ola bilər ki, bu da alimləri uzun müddətdir maraqlandırır.
Kosmoloji model ilə uyğunlaşmayan 3 qeyri-adi qalaktika kəşf edilib

Kosmoloji model ilə uyğunlaşmayan 3 qeyri-adi qalaktika kəşf edilib
Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə gözlənilməz bir kəşf ediblər. Onlar, Böyük partlayışdan cəmi 500 milyon il sonra mövcud olmuş 3 çox qəribə qalaktika aşkar ediblər.
James Webb bilinən ən soyuq ekzoplaneti kəşf edib

James Webb bilinən ən soyuq ekzoplaneti kəşf edib
James Webb kosmik teleskopunun sensorlarının həssaslığı -198.15 dərəcə Selsiyə qədər temperaturu olan çox soyuq kosmik obyektləri aşkar etmək üçün kifayət etməlidir.
Kainatdakı ən parlaq işıq gözlənilməz mənbəyə sahibdir

Kainatdakı ən parlaq işıq gözlənilməz mənbəyə sahibdir
Ən parlaq işıq mənbələri əslində özləri işıq yarada bilməyən obyektlər tərəfindən meydana gəlir. Bu qəribə səslənsə də, kainatdakı ən parlaq işığı qara dəliklər yaradırlar. Daha dəqiq desək, qara dəliklərin ətrafında yerləşən sahələr kainatın ən parlaq işıq mənbələridir. Bu sahələr o qədər parlaq ola bilər ki, yerləşdikləri qalaktikadakı bütün ulduzların işığını belə kölgədə qoyurlar.
İçməli sudan mikroplastik hissəcikləri tamamilə aradan qaldırmaq mümkün deyil

İçməli sudan mikroplastik hissəcikləri tamamilə aradan qaldırmaq mümkün deyil
Plastikdən yaranan mikroskopik hissəciklər təkcə insanlar üçün deyil, Yer üzündəki bütün canlılar və ümumilikdə planet üçün getdikcə daha böyük problemə çevrilir. Planetin bir çox insanı da bu xırda və təhlükəli hissəciklərlə çirklənib və təmizləyici qurğulardakı texnoloji nailiyyətlər belə bu problemi həll edə bilmir.
Həftənin xəbərləri

