
Dünyada ilk dəfə gen redaktəsi sayəsində bir körpənin həyatını xilas etmək mümkün olub
Elm & Texnologiya
16.05.2025
Emil Nəcəfov
Bir qrup həkim və alim nadir genetik xəstəliyin müalicəsində irəliləyiş əldə edərək tarixdə ilk dəfə fərdiləşdirilmiş gen redaktəsi terapiyasını tətbiq edib. Müalicənin nəticələri nüfuzlu The New England Journal of Medicine tibb jurnalında dərc olunub. Pasient KJ adlı bir körpə olub. O, CPS1 çatışmazlığı ilə doğulub. Bu, doğumdan sonrakı ilk həftədə təxminən 50% ölüm riski olan nadir genetik xəstəlikdir. Bu patologiya ilə sağ qalanlar çox zaman ciddi beyin zədələnmələri, inkişaf ləngiməsi və bəzən qaraciyər transplantasiyasına ehtiyacla üzləşirlər. Həkimlər CRISPR texnologiyasına əsaslanan unikal bir terapiya tətbiq ediblər.

Bu texnologiya insan orqanizmində birbaşa DNT-ni redaktə etməyə imkan verir. Bu uğur uzun illər aparılan tədqiqatlar, insan genomunun deşifrə olunması və CRISPR texnologiyasının kəşfi sayəsində mümkün olub. Fərdiləşdirilmiş gen redaktəsi digər irsi xəstəliklərin, məsələn, oraq hüceyrəli anemiya, fibroz, Hantinqton xəstəliyi və əzələ distrofiyasının müalicəsində yeni üfüqlər açır. CRISPR texnologiyasına əsaslanan bəzi dərmanlar artıq oraq hüceyrəli anemiyanın müalicəsi üçün ABŞ-ın FDA təşkilatı tərəfindən təsdiqlənib, lakin bu sahədə tədqiqatlar davam edir. Bu, tibbdə yeni bir dövrün başlanğıcı ola bilər. Burada müalicə hər bir xəstənin unikal genetik koduna əsaslanaraq fərdi şəkildə seçiləcək.
Mənbə: The New York Times
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
Astronomlar uzun müddətdir ki, uzaq ulduzların ətrafındakı sistemlərdə donmuş suyun mövcud olduğundan şübhələnirdilər və indi James Webb kosmik teleskopu bu barədə ilk dəfə sübut təqdim edib.
Bütün canlı orqanizmlərin zəif işıq saçdıqları sübut edilib

Bütün canlı orqanizmlərin zəif işıq saçdıqları sübut edilib
Mövcud olan mübahisəli bir nəzəriyyəyə görə, bütün canlı varlıqlar zəif işıq saçır. Kalqari Universitetindən olan alimlərin son araşdırması göstərib ki, siçanlar doğrudan da ölüm anına qədər fotonlar yayır və bu şüalanma həyat prosesləri dayandıqdan sonra dayanır.
Venera Yerə düşünüldüyündən daha çox bənzəyir

Venera Yerə düşünüldüyündən daha çox bənzəyir
Venera uzun müddət geoloji baxımdan ölü planet hesab olunurdu. Lakin son araşdırmalar göstərir ki, bu belə deyil. Orada səth və qabıqda dəyişikliklərə səbəb olan tektonik proseslər baş verir. Bu isə o deməkdir ki, Venera Yerə əvvəl düşündüyümüzdən daha çox bənzəyir.
ABŞ-dakı alimlər kütləvi şəkildə digər ölkələrdə iş axtarırlar
ABŞ-dakı alimlər kütləvi şəkildə digər ölkələrdə iş axtarırlar
Bir neçə müddət bundan öncə Nature jurnalında dərc olunmuş narahatedici bir məqalədə ABŞ-da “beyin köçü” tendensiyası vurğulanmışdı. Trump administrasiyasının elmi maliyyələşdirməni azalda biləcəyi qorxusu səbəbilə, amerikalı alimlərin 1/3-dən çoxu xaricdə iş axtarmağa başlayıb.
Kainatın sonu düşünüldüyündən daha tez baş verə bilər

Kainatın sonu düşünüldüyündən daha tez baş verə bilər
Müasir elm o qədər çox məlumat əldə edib ki, bir çox sahələrdə artıq “tarixin sonu” konturları görünməyə başlayıb. Hətta sonsuz sayılan kainat belə müəyyən çərçivəyə salınıb. Xüsusilə, alimlər onillərlə kainatın ölüm vaxtına dair proqnozlar verən müxtəlif fərziyyələr üzərində işləyib və bu hadisəni olduqca uzaq gələcəkdə hesab edirdilər.
Həftənin xəbərləri

