
Ekzoplanetlərdən birinin atmosferində su kəşf edilib
Elm & Texnologiya
08.05.2025
Emil Nəcəfov
James Webb kosmik teleskopunun köməyi ilə alimlər bizdən 244 işıq ili uzaqlığında yerləşən sub-Neptun sinfinə aid bir planet üzərində ətraflı tədqiqat aparıblar. Söhbət, TOI-421 b adlı planetdən gedir. Nəticədə TOI-421 b planetinin atmosferində su aşkar edilib. Sub-Neptun planetləri ilk dəfə təxminən 15 il əvvəl kəşf olunub, lakin bu tip planetlər haqqında hələ də çox az məlumat mövcuddur. Bu planetlərin atmosfer tərkibini onların ulduzundan gələn işığın atmosferdən keçməsi vasitəsilə öyrənmək mümkündür və bu işdə ən güclü vasitə Webb kosmik teleskopudur. Astronomlar ehtimal edirdilər ki, sub-Neptun planetləri karbon qazı, metan və ya su buxarından ibarət ola bilər, lakin bu molekulların ətraflı siqnallarının olmamasını sıx buludların bu siqnalları gizlətməsi ilə izah edirdilər.

Digər tərəfdən, bu planetlər fərqli tərkibə də malik ola bilər və məlum olub ki, TOI-421 b planetinin tərkibi həqiqətən də digərlərindən fərqlənir. Astronomlar temperaturunun təxminən 727 dərəcə Selsi olduğu hesab edilən TOI-421 b planetinin atmosfer tərkibi barədə geniş məlumat əldə edə biliblər. Məlum olub ki, bu ekzotik dünyanın atmosferində su buxarı, həmçinin karbonmonoksid (yəni, zəhərli qaz) və kükürd dioksidinin izləri mövcuddur. Eyni zamanda, astronomlar nə metan, nə də karbon qazının izlərini aşkar edə bilməyiblər. Alimlər həmçinin atmosferdə çoxlu miqdarda hidrogen olduğunu müəyyən ediblər.

Tədqiqatçılar bildirirlər ki, bu nəticələr sub-Neptun sinfinə aid planetlərin yaranması və təkamülü barədə mövcud nəzəriyyələrə meydan oxuyur. Belə ki, bu planetin atmosfer tərkibi əvvəlcədən gözləniləndən fərqli olub. Bu isə o deməkdir ki, TOI-421 b planetinin formalaşması və inkişafı, aşağı temperaturlu digər sub-Neptunlardan fərqli olub. Astronomları xüsusilə təəccübləndirən məqam atmosferdə çoxlu miqdarda hidrogenin olması olub, çünki planetin atmosferinin tərkibi onun mənsub olduğu ulduzun tərkibinə çox bənzəyir. Sadəcə olaraq, planetdə temperatur daha aşağıdır, amma qazların növləri eynidir. Bu yeni tədqiqat sub-Neptunların təkamülü barədə astronomların anlayışını yaxşılaşdırır və Günəş sistemində niyə bu cür planetlərin olmadığını anlamağa bir addım daha yaxınlaşdırır.
Mənbə: Space.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər ya bilinən ən kiçik qalaktikanı ya da qalaktikamızdakı ən qədim ulduz topasını kəşf ediblər

Alimlər ya bilinən ən kiçik qalaktikanı ya da qalaktikamızdakı ən qədim ulduz topasını kəşf ediblər
Alimlər kosmosu müşahidə edərkən əvvəllər məlum olmayan bir obyekt aşkar ediblər və ona UMa3/U1 adı verilib. Bu, ya məlum olan qalaktikalar arasında ən kiçiyi, ya da Süd Yolu qalaktikamızdakı ən qədim ulduz topası ola bilər.
Kvant dünyası ilə Eynşteyn qanunlarını birləşdirməyin potensial üsulu tapılıb

Kvant dünyası ilə Eynşteyn qanunlarını birləşdirməyin potensial üsulu tapılıb
Alimlər elementar zərrəciklər fizikasının Standart modeli ilə uyğun gələn şəkildə cazibə qüvvəsini izah edən yeni kvant cazibə nəzəriyyəsi yaradıblar. Bu, kainatın necə başladığını daha yaxşı anlamağa yol açır.
Çində dronlar vasitəsilə hava şəraitinin dəyişdirilməsi təcrübəsi keçirilib

Çində dronlar vasitəsilə hava şəraitinin dəyişdirilməsi təcrübəsi keçirilib
Çinli alimlər quraqlıqla mübarizə aparmaq məqsədilə Sincanda hava şəraitinə nəzarətlə bağlı təcrübə keçiriblər. İki dron və 1 kq gümüş yodiddən istifadə etməklə 8000 km²-lik ərazidə yağıntı miqdarını 4%-dən çox artırmağa nail olublar.
Dayson sferası perspektivsiz fantastika ola bilər

Dayson sferası perspektivsiz fantastika ola bilər
Kardaşev şkalasının əsasında enerji anlayışı - tərəqqinin hərəkətverici qüvvəsi kimi - dayanır. Məsələn, II tip sivilizasiya texniki cəhətdən o qədər inkişaf etmiş olmalıdır ki, öz ulduzunun enerjisini istifadə edə bilsin.
Çinlilər Venera bulud nümunələrini Yerə çatdırmağı planlaşdırırlar

Çinlilər Venera bulud nümunələrini Yerə çatdırmağı planlaşdırırlar
Venera məlum olan bioloji həyat formaları üçün son dərəcə əlverişsiz bir mühitə malikdir. Onun səthində metal sözün əsl mənasında əriyir. Lakin səthdən xeyli yüksəklikdəki bulud qatlarında bakteriya və mikrobların mövcudluğu üçün əlverişli şərait ola bilər ki, bu da alimləri uzun müddətdir maraqlandırır.
Həftənin xəbərləri

