main-post-cover

    Hubble kosmik teleskopunun 35 yaşı tamam olub

    Elm & Texnologiya
    24.04.2025
    Emil Nəcəfov
         1990-cı il aprelin 24-də Discovery adlı kosmik gəmisinin göyərtəsində Hubble kosmik teleskopu Yer orbitinə çıxarıldı. O zaman az adam gözləyirdi ki, bu teleskop bu qədər uzun müddət - düz 35 il işləyəcək və ümid etmək olar ki, hələ bir neçə il də fəaliyyətini davam etdirəcək. Bu müddət ərzində Hubble təxminən 1.7 milyon müşahidə aparıb ki, bu da 22 000-dən çox elmi məqalənin dərc olunmasına şərait yaradıb. Lakin teleskop geniş ictimaiyyətin sevgisini əsasən kainatın detallı görüntüləri ilə qazanıb. NASA artıq bir ənənəyə çevrilmiş şəkildə, teleskopun orbitə buraxılmasının yubileyi münasibətilə Hubble tərəfindən son zamanlarda çəkilmiş yeni kainat və kosmik obyekt şəkillərini təqdim edib.
         Bu, Marsdan uzaq dumanlıqlara və qalaktikalara qədər uzanan 4 fotodan ibarətdir. Hubble-ın fəaliyyətə başlaması bir sıra çətinliklərlə müşayiət olunub. Teleskopun əsas güzgüsünün - 2 metrdən artıq hissəsinin - zavod qüsuru olduğu ortaya çıxmışdı. Astronavtlar Space Shuttle kosmik gəmiləri vasitəsilə təxminən 3 il ərzində teleskopda təmir işləri aparmalı oldular ki, onun fokuslama qabiliyyəti maksimum səviyyəyə çatdırılsın. Bu, Hubble-ın aşağı Yer orbitində yerləşdirilməsi sayəsində mümkün olub. Çünki teleskop əsasən görünən və ultrabənövşəyi diapazonda işıq toplayırdı və sensorların soyudulması üçün ciddi sistemlərə ehtiyac yox idi.
         2003-cü ildə baş vermiş Columbia adlı shuttle gəmisi fəlakəti və ekipajın həlak olması, təmirə ehtiyacı olan Hubble layihəsini az qala tamamilə dayandıracaqdı. Lakin alimlərin və ictimaiyyətin təzyiqi nəticəsində NASA teleskopun sonuncu texniki xidməti missiyasını həyata keçirməyə razılaşdı və bu missiya 2009-cu ildə baş tutdu. Həmin vaxt NASA təxmin edirdi ki, teleskop daha təxminən 10 il işləyəcək. Lakin artıq 16 ildir ki, Hubble fəaliyyətini davam etdirir və hələ də işləyə bilər, baxmayaraq ki, onun demək olar ki, bütün hiroskopları sıradan çıxıb. Teleskopun istiqamətlənməsini hazırda yalnız bir hiroskop idarə edir və bir ədəd ehtiyatda saxlanılır.
    Rozet dumanlığının bir hissəsi:
         Yubileyə hədiyyə olaraq təqdim olunmuş şəkillərə 2024-cü ilin dekabrında çəkilmiş Mars görüntüləri (həmin vaxt Qırmızı Planet Yerə maksimal dərəcədə yaxınlaşmışdı), Rozet dumanlığının bir hissəsi, NGC 2899 planetar dumanlığı və NGC 5335 spiral qalaktikası daxildir. Mars şəkillərdə yüngül bulud örtüyü altında parlaq narıncı Tarsis yaylası və qütb qapağı ilə əks olunub. Günəşdən 5200 işıq ili uzaqlığında yerləşən Rozet dumanlığının hissəsi, yeni ulduzların doğulduqları toz və qaz yığıntılarından ibarət bir sahəni əks etdirir.
         Yer kürəsindən 45000 işıq ili uzaqlığında yerləşən NGC 2899 planetar dumanlığı, mərkəzi ulduzun partlaması və bu partlayışın ulduralararası toz və qazlara təsiri nəticəsində şəkillərdə qanad çırpan kəpənəyə bənzəyən formada təsvir olunub. NGC 5335 spiral qalaktikası isə mərkəzə doğru qaz axını təmin edən körpü ilə seçilən və yeni ulduzların doğulduqları parlaq bir qalaktikadır. NASA etiraf edir ki, Hubble teleskopunun tamamilə sıradan çıxması yalnız zaman məsələsidir. Onun yerini tutacaq Habitable Worlds Observatory (HWO) teleskopu hazırlanır. Bu yeni teleskop kainatı müşahidə etməklə yanaşı, Günəş sisteminə mümkün qədər yaxın olan yaşamağa yararlı dünyaları da axtaracaq. Yeni teleskopun orbitə buraxılması 2040-cı illər üçün planlaşdırılır.
    NGC 2899 planetar dumanlığı:
    NGC 5335 spiral qalaktikası:
    Mənbə: Science Alert
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kosmosda iki obyekti birləşdirən "körpü" kəşf edilib
    kosmosda-iki-obyekti-birlesdiren-korpu-kesf-edilib
    Ulduzu ətrafında hər dövr ərzində buxarlanan planet kəşf edilib
    ulduzu-etrafinda-her-dovr-erzinde-buxarlanan-planet-kesf-edilib
    Avropa kosmosda qida məhsullarının istehsalını təcrübədən keçirəcək
    avropa-kosmosda-qida-mehsullarinin-istehsalini-tecrubeden-kecirecek
    Marsda qədim həyata işarə edən yeni iz aşkar edilib
    marsda-qedim-heyata-isare-eden-yeni-iz-askar-edilib
    Yağış damcılarından elektrik enerjisinin əldə edilməsi üsulu hazırlanıb
    yagis-damcilarindan-elektrik-enerjisinin-elde-edilmesi-usulu-hazirlanib