main-post-cover

    İlk dəfə laboratoriya şəraitində insan dişi yetişdirilib

    Elm & Texnologiya
    15.04.2025
    Emil Nəcəfov
         Böyük Britaniyadan olan bir tədqiqat qrupu laboratoriyada dişlərin təbii inkişaf prosesini təkrar yaratmağa nail olub. Bu, böyüyən dişlər üçün uyğun mühit formalaşdıran xüsusi materialın hazırlanması sayəsində mümkün olub. İndi alimlər ya bütöv dişi laboratoriyada yetişdirərək onu pasientə implantasiya etməyi, ya da dişin rüşeymini - yəni erkən inkişaf mərhələsində olan toxumanı - pasientə yerləşdirərək onun təbii şəkildə böyüməsini və orqanizmdə tez uyğunlaşmasını planlaşdırırlar. Bu yeni diş yetişdirmə texnologiyası London Kral Kollecinin alimlərinə məxsusdur və onlar bu texnologiya üzərində 10 ildən çox çalışıblar.
         Plombimplantların bütün çatışmazlıqlarını nəzərə alaraq, alimlər dişin funksiyasını daha təbii üsulla bərpa etməyin yolunu axtarıblar. Nəticədə onlar hüceyrələrin bir-biri ilə ünsiyyət qurmasına imkan verən xüsusi bir material növü yaradıblar. Bu yanaşma dişin təbii inkişaf mühitini imitasiya edir və onun inkişaf etməsinə şərait yaradır. Bu material, hüceyrələrin dişin formalaşma prosesini başlatmaq üçün bir-birinə siqnallar göndərə bildiyi matriksə bənzər bir mühit yaradır. Hazırda alimlər artıq ilk insan dişlərini yetişdiriblər və bu texnologiyanın praktik stomatologiyada tətbiq yollarını araşdırırlar.
         İki əsas yanaşma mövcuddur: Birinci - artıq tam formalaşmış dişin boşluqda yerləşdirilməsi, ikinci isə dişin rüşeym mərhələsində yetişdirilərək ağız boşluğuna köçürülməsi və orada inkişaf etməsinin təmin olunmasıdır. Hansı yanaşmanın uyğunlaşma və rahatlıq baxımından üstün olduğu hələ tam müəyyən olunmayıb. Tədqiqatın həmmüəllifi Ana Angelova Volponi qeyd edib: “Bu texnologiya stomatoloji yardımı tamamilə dəyişə bilər. Gələcəkdə artıq protezlər və implantlar kimi süni materiallara ehtiyac qalmadan, təbii hüceyrə əvəzediciləri ilə dişlərin bərpası və regenerasiyası mümkün olacaq”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qadın pasient donuz böyrəyi sayəsində 4 ay ərzində yaşaya bilib
    qadin-pasient-donuz-boyreyi-sayesinde-4-ay-erzinde-yasaya-bilib
    Alimlər ən uzaqda yerləşən böyük kütləli "ölü" qalaktikanı kəşf ediblər
    alimler-en-boyuk-kutleli-olu-qalaktikani-kesf-edibler
    Potensial yadplanetli həyat növünün yeni axtarış üsulu təklif edilib
    potensial-yadplanetli-heyat-novunun-yeni-axtaris-usulu-teklif-edilib
    Ən güclü rentgen şüalanması ifraz edən qara dəlik kəşf edilib
    en-guclu-rentgen-sualanmasi-ifraz-eden-qara-delik-kesf-edilib
    Alimlər gizli qalaktikalar aşkar ediblər
    alimler-gizli-qalaktikalar-askar-edibler