main-post-cover

    Mis əsaslı ən möhkəm yeni ərinti hazırlanıb

    Elm & Texnologiya
    24.04.2025
    Emil Nəcəfov
         Alimlər indiyə qədər yaradılmış mis əsaslı materiallar arasında ən möhkəmlərindən biri olan yeni bir ərinti hazırlayıblar. Bu supermöhkəm mis ərintisi daha təkmilləşdirilmiş təyyarə və kosmik gəmi istehsalı üçün istifadə oluna bilər. Alimlər mis, tantal litiumdan ibarət olan və çox yüksək temperaturda formalaşmadan, həmçinin yüksək təzyiqə davam gətirə bilən bir ərinti yaradıblar. Tədqiqatçılar hesab edirlər ki, bu ərinti aerokosmik və sənaye sahələri üçün böyük əhəmiyyət daşıyır. Alimlərin sözlərinə görə, yeni ərinti misin yüksək elektrik keçiriciliyini qoruyur, eyni zamanda möhkəmliyi nikel əsaslı ərintilərlə müqayisə edilə biləcək səviyyədədir.
    Yeni ərintinin kəsiyində narıncı nöqtələr mis atomlarını, sarı nöqtələr tantal atomlarını, mavi nöqtələr isə litium atomlarını təmsil edir:
         Hal-hazırda qaz turbinli mühərriklər və kimyəvi avadanlıqlar kimi yüksək yüklənməli mühitlərdə ən geniş yayılmış materiallar nikel əsaslı ərintilərdir. Bu ərintilər yüksək möhkəmliyə, korroziyaya və yüksək temperatura davamlılığa malikdirlər. Lakin bu ərintilərin kifayət qədər elektrik keçiriciliyi yoxdur, bu da onların bir çox texnologiyaların yaradılmasında istifadəsini mümkünsüz edir. Alimlər bildirirlər ki, bu problemi yeni, mis əsaslı supermöhkəm ərinti yaradaraq həll ediblər. Bu, indiyədək yaradılmış ən möhkəm mis əsaslı ərintilərdən biridir. Alimlər mis və litiumu iki tantal qatının arasına yerləşdiriblər. Tantal kimyəvi elementi çox yüksək korroziyaya davamlılıq xüsusiyyətinə malikdir.
         Daha sonra alimlər ərintinin strukturunu dəyişmək üçün az miqdarda litium əlavə ediblər ki, bu da onu daha möhkəm və çox yüksək temperaturlara davamlı edib. Nəticədə, çox yaxşı elektrik keçiriciliyinə malik, 800 dərəcə Selsi temperaturuna və otaq temperaturunda 1120 meqapaskal maksimal təzyiqə davam gətirə bilən bir ərinti əldə edilib. Bu isə poladın dözə bildiyi maksimal təzyiqdən bir yarım dəfə çoxdur. Alimlər bildirirlər ki, bu ərinti yeni səsdən sürətli təyyarə mühərriklərinin, eləcə də digər mühərrik növlərinin, o cümlədən kosmik gəmi mühərriklərinin yaradılmasında da istifadə oluna bilər.
    Mənbə: Live Science
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ-da "beyin köçü" başlayıb: Səbəb nədir?
    abs-da-beyin-kocu-baslayib-sebeb-nedir
    Yeni kosmoloji fərziyyə Böyük partlayışı inkar edir
    yeni-kosmoloji-ferziyye-boyuk-partlayisi-inkar-edir
    Hubble kosmik teleskopunun 35 yaşı tamam olub
    hubble-kosmik-teleskopunun-35-yasi-tamam-olub
    Kosmosda iki obyekti birləşdirən "körpü" kəşf edilib
    kosmosda-iki-obyekti-birlesdiren-korpu-kesf-edilib
    Ulduzu ətrafında hər dövr ərzində buxarlanan planet kəşf edilib
    ulduzu-etrafinda-her-dovr-erzinde-buxarlanan-planet-kesf-edilib