main-post-cover

    Yeni kosmoloji fərziyyə Böyük partlayışı inkar edir

    Elm & Texnologiya
    24.04.2025
    Emil Nəcəfov
         Böyük partlayış nəzəriyyəsi - nüfuzlu olsa da - yalnız bir nəzəriyyədir və kosmologiyada mövcud olan bir çox fərziyyələrdən biridir. Yeni bir ehtimala görə, kainat tədricən, saysız hadisələr seriyası - yəni “zaman sinqulyarları” adlandırılan partlayışlarla yaranıb. Bu qısa və görünməz partlayışların hər biri kosmosa yeni enerji və maddə “yeridərək” tədricən qalaktikaların, ulduzların və bu gün gördüyümüz strukturların formalaşmasına səbəb olub. Bütün bunlar isə nə qaranlıq maddə, nə də qaranlıq enerjiyə ehtiyac olmadan baş verib. Bu fərziyyəni ABŞ-ın Alabama Universitetindən fizik Richard Lieu irəli sürüb və o, kainatın genişlənməsinə və strukturuna radikal yeni bir izah təklif edir.
         Yeni məqaləsində o, görünməz olsa da, sinqulyarlıqların kosmik təkamülün hərəkətverici qüvvəsi ola biləcəyini iddia edir. Tədqiqat ötən il müəllifin təqdim etdiyi “kütləsiz cazibə modeli”nə əsaslanır və həmin model elmi dairələrdə geniş müzakirələrə səbəb olmuşdu. Yeni məqalədə isə “zaman sinqulyarları” anlayışı təqdim olunur - bu, Böyük partlayışa alternativ kimi daha əhatəli bir konsepsiyadır və qaranlıq maddə ilə qaranlıq enerjinin zəruriliyini rədd edir. “Yeni model kainatın strukturunun formalaşmasını, onun sabitliyini və genişlənmənin əsas müşahidə olunan xüsusiyyətlərini izah edə bilər. Bu, zaman daxilində baş verən sıxlıq sinqulyarlıqları vasitəsilə həyata keçir, hansılar ki, bütün məkan boyunca bərabər şəkildə təsir göstərir və ənənəvi qaranlıq maddə ilə qaranlıq enerjini əvəz edir” - deyə Richard Lieu bildirib.
         Onun sözlərinə görə, bu ardıcıl və mərhələli partlayışlar o qədər sürətlə baş verir ki, onları müşahidə etmək çətindir. Lieu həmçinin Böyük partlayış nəzəriyyəsini tənqid edən britaniyalı astronom Fred Hoyle-nin fikirlərinə istinad edir. O, qeyd edir ki, Hoyle-nin stasionar modeli maddə və enerjinin davamlı şəkildə yaradılmasını nəzərdə tuturdu, bu isə kütlə və enerjinin qorunması qanunları ilə ziddiyyət təşkil edirdi. Lieu isə bildirir ki, onun nəzəriyyəsi bu qanunları pozmur, çünki maddə və enerji qəfil və çox qısa müddətli partlayışlar seriyası şəklində bir anda yaranır və sonra yox olur. Alimin sözlərinə görə, bu zaman sinqulyarlıqlarının mənşəyi məlum deyil, lakin eyni şey Böyük partlayış üçün də keçərlidir.
         Bu sinqulyarlıqlar bütün məkanı əhatə edir və mənfi təzyiq - qaranlıq enerjiyə bənzər bir enerji sıxlığı forması yaradırlar. Bu itələyici qüvvə cazibə qüvvəsinə qarşı çıxaraq kainatın sürətlənən şəkildə genişlənməsinə səbəb olur. Yeni nəzəriyyə həmçinin iddia edir ki, qaranlıq maddə və qaranlıq enerji hər yerdə mövcud deyil, yalnız çox qısa anlarda ortaya çıxır - həmin anlarda maddə və enerji kainatı bərabər şəkildə doldurur. Bu zaman kiçik məkan fluktuasiyaları istisna olmaqla, hansı ki, sonradan qalaktikalar və digər strukturlara çevrilir. Bu qısa anlardan kənarda isə həmin qüvvələr tamamilə mövcud olmur. Bu modelin standart kosmoloji modeldən əsas fərqi zaman sinqulyarlıqlarının izahında özünü göstərir. Standart kosmoloji model tək bir hadisəni - Böyük partlayışı nəzərdə tutduğu halda, Richard Lieu-nun yeni modeli belə partlayışların kainatın tarixi boyunca dəfələrlə baş verdiyini iddia edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hubble kosmik teleskopunun 35 yaşı tamam olub
    hubble-kosmik-teleskopunun-35-yasi-tamam-olub
    Kosmosda iki obyekti birləşdirən "körpü" kəşf edilib
    kosmosda-iki-obyekti-birlesdiren-korpu-kesf-edilib
    Ulduzu ətrafında hər dövr ərzində buxarlanan planet kəşf edilib
    ulduzu-etrafinda-her-dovr-erzinde-buxarlanan-planet-kesf-edilib
    Avropa kosmosda qida məhsullarının istehsalını təcrübədən keçirəcək
    avropa-kosmosda-qida-mehsullarinin-istehsalini-tecrubeden-kecirecek
    Marsda qədim həyata işarə edən yeni iz aşkar edilib
    marsda-qedim-heyata-isare-eden-yeni-iz-askar-edilib