main-post-cover

    NASA-nın elmi kompleksində 26 növ yeni mikrob aşkar edilib

    Elm & Texnologiya
    19.05.2025
    Emil Nəcəfov
         NASA-nın 2007-ci ildə Phoenix Mars endirici modulunun buraxılışına hazırlıq üçün istifadə etdiyi və mikrobların miqdarına dair ciddi tələblərlə inşa olunmuş "təmiz otaqlar" əslində elə də təmiz deyilmiş. Alimlər həmin mühitdə daha əvvəl məlum olmayan 26 bakteriya növü aşkar ediblər. NASA-nın Cənubi Kaliforniyada yerləşən Reaktiv Hərəkət Laboratoriyası (JPL), Hindistan və Səudiyyə Ərəbistanından olan tədqiqatçıların birgə apardığı araşdırmada qeyd olunub ki, bəzi mikroorqanizmlər - ekstremofillər adlanan növlər - ətraf mühitin əlverişsiz şərtlərinə heyrətamiz davamlılıq göstərirlər. Bu, istər kosmosun vakuumu, istər dənizaltı vulkanların yamaclarındakı hidrotermal mənbələr, istərsə də NASA-nın təmiz otaqları olsun.
         “Tədqiqatımızın məqsədi ekstremofillərin kosmik missiyalar zamanı ötürülmə riskini anlamaq və hansı mikroorqanizmlərin kosmosun sərt şəraitində sağ qala biləcəyini müəyyənləşdirməkdir” - deyə Səudiyyə Ərəbistanındakı Kral Abdullah Elm və Texnologiya Universitetinin (KAUST) tədqiqat qrupunun üzvü Alexandre Rosado bildirib. O vurğulayıb ki, bu məsələ tədqiq olunan planetlərin mikroblarla çirklənmə riskini izləmək və onu minimuma endirmək baxımından həlledici əhəmiyyət daşıyır. Alimlər, NASA-nın endirici modulun buraxılışdan əvvəl yerləşdiyi obyektində 53 ştamm aşkarlayıblar ki, onların da 26 yeni növə aid olduğu ehtimal olunur.
         Hazırda onlar bu yeni ekstremofillərin genomlarını araşdıraraq onların qeyri-adi sağqalma qabiliyyətinin səbəblərini tapmağa çalışırlar. Alimlərin fikrincə, cavab DNT-nin bərpası, zərərli maddələrin detoksikasiyası və sürətli metabolizm ilə əlaqəli genlərdə gizlənə bilər. “Bu yaxınlarda aşkar edilmiş bakteriya növlərində müəyyən olunmuş genlər tibb, qida məhsullarının konservasiyası və digər sahələrdə tətbiq üçün uyğunlaşdırıla bilər” - deyə KAUST-un elmi əməkdaşı Junia Schultz bildirib. Gözlənilir ki, bu araşdırma NASA-ya gələcək missiyalarda bioloji çirklənmə riskini minimuma endirmək məqsədilə təmiz otaqlardan istifadə protokollarını təkmilləşdirməkdə kömək edəcək.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Perseverance aparatı Marsda ilk dəfə qütb parıltısını müşahidə edib
    perseverance-aparati-marsda-ilk-defe-qutb-pariltisini-musahide-edib
    Dünyada ilk dəfə gen redaktəsi sayəsində bir körpənin həyatını xilas etmək mümkün olub
    dunyada-ilk-defe-gen-redaktesi-sayesinde-bir-korpenin-heyatini-xilas-etmek-mumkun-olub
    Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
    gunese-oxsar-ulduzun-etrafinda-su-kesf-edilib
    Bütün canlı orqanizmlərin zəif işıq saçdıqları sübut edilib
    butun-canli-orqanizmlerin-zeif-isiq-sacdiqlari-subut-edilib
    Venera Yerə düşünüldüyündən daha çox bənzəyir
    venera-yere-dusunulduyunden-daha-cox-benzeyir