main-post-cover

    Perseverance aparatı Marsda ilk dəfə qütb parıltısını müşahidə edib

    Elm & Texnologiya
    19.05.2025
    Emil Nəcəfov
         Qütb parıltıları kosmik hava şəraitinin təzahürlərindən biridir və onun aktivliyini izləməyin yollarından sayılır. Günəşdən atılan plazma planetlərə çataraq onların atmosferlərinin yuxarı qatlarındakı qaz atomları ilə qarşılıqlı təsirə girir. Yer planetində maqnit sahəsi yüklü hissəcikləri qütblərə yönəldir və bu da qütb bölgələrində rəngarəng səmavi işıqlanmalara səbəb olur. Marsda isə qlobal maqnit sahəsi olmadığı üçün qütb parıltıları bütün planet boyunca müşahidə oluna bilər. Bunu ilk dəfə NASA-nın Marsa göndərmiş olduğu aparatlar təsdiqləyiblər. Təxminən 1 il əvvəl Günəş 11 illik fəaliyyət dövrlərindən birinin zirvə nöqtəsinə çatdı. Bu, səthindəki alışmaların tezliyi və intensivliyinin artması ilə müşayiət olunub.
         Əgər şərait uyğun olarsa, bu alışmalar zamanı Günəşdən planetlər istiqamətində tac kütlə atılması (TKA) deyilən hadisə baş verə bilər. Yəni yüklü hissəciklərdən ibarət plazma axını fəzaya atılır. Bu hissəciklər planetlərin atmosferlərinə çatdıqda, onların yuxarı qatlarında işıq saçmağa səbəb olurlar. Yer üzündə bu, adətən oksigen atomları ilə qarşılıqlı təsirdə yaranan yaşılımtıl parıltı şəklində görünür. Marsda qütb parıltılarını planetin səthindən görünən işıqda müşahidə etmək hələ heç vaxt mümkün olmayıb. Daha əvvəl bu hadisələr yalnız xüsusi cihazlar vasitəsilə, məsələn, ultrabənövşəyi diapazonda fəaliyyət göstərən MAVEN orbit stansiyası ilə qeydə alınmışdı. Bu dəfə alimlər Günəşdən Mars istiqamətində tac kütlə atılmasını izləməyi və bu hadisə zamanı qütb parıltısını Perseverance aparatının SuperCam spektrometri və Mastcam-Z kamerası ilə qeydə almağa çalışıblar.
         Əlverişli an 2024-cü il martın 15-də baş verdi. NASA-nın kosmik hava xidməti Mars istiqamətində plazma buludunun atıldığını bildirdi və Perseverance müşahidəyə hazırlandı. Yüklü hissəciklər Marsa çatdıqda - bu, orbit stansiyalarından alınan məlumatlarla təsdiqləndi - səma yaşılımtıl parıltı ilə işıqlandı, Yer planetində olduğu kimi. Perseverance kameraları bu hadisəni qeydə aldı, spektrometr isə şüalanmanın dalğa uzunluğunu - 557.7 nanometr - təsdiqlədi. Gələcəkdə Marsa köçəcək kolonistlər üçün bu, Yer planetini xatırladan tanış çalarları görmək baxımından xoş olacaq, çünki qütb parıltısı Yerdə də eyni rəngdə görünür. Marsda görünən işıqda qütb parıltısının müşahidəsi alimlərə yüklü hissəciklərin planet atmosferi ilə qarşılıqlı təsirini öyrənmək üçün əlavə imkan verdi və yeni məlumatlar elmi tədqiqatlarda heç vaxt artıq olmur.
    Mənbə: NASA
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Dünyada ilk dəfə gen redaktəsi sayəsində bir körpənin həyatını xilas etmək mümkün olub
    dunyada-ilk-defe-gen-redaktesi-sayesinde-bir-korpenin-heyatini-xilas-etmek-mumkun-olub
    Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
    gunese-oxsar-ulduzun-etrafinda-su-kesf-edilib
    Bütün canlı orqanizmlərin zəif işıq saçdıqları sübut edilib
    butun-canli-orqanizmlerin-zeif-isiq-sacdiqlari-subut-edilib
    Venera Yerə düşünüldüyündən daha çox bənzəyir
    venera-yere-dusunulduyunden-daha-cox-benzeyir
    ABŞ-dakı alimlər kütləvi şəkildə digər ölkələrdə iş axtarırlar
    abs-daki-alimler-kutlevi-sekilde-diger-olkelerde-is-axtarirlar