NASA Starliner-in növbəti uçuşunu yalnız yük missiyası kimi təsdiqləyib
Elm & Texnologiya
26.11.2025
Sevinc Miralizade
Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, NASA aylardır davam edən qeyri-müəyyənliyə son qoyaraq Boeing-in Starliner kosmik gəmisinin növbəti uçuşunun yalnız yük daşıyacağı bir missiya olacağını açıqlayıb. Bu, ABŞ kosmik agentliyinin Starliner proqramı ilə bağlı planlarında ciddi dəyişiklik olduğunu göstərir.
Məlumata görə, Starliner-1 adlı bu pilotsuz missiya ən tez 2026-cı ilin aprelində Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək. NASA bildirir ki, bu tarixə əməl olunması üçün mühərrik sisteminin sınaqları, sertifikatlaşdırma və uçuşa hazır olması ilə bağlı bütün mərhələlər ciddi şəkildə tamamlanmalıdır. NASA-nın Ticarət Ekipaj Proqramının rəhbəri Steve Stich deyib: “NASA və Boeing gələn il baş tuta biləcək iki mümkün uçuş üçün Starliner-in mühərrik sistemini çox ciddi şəkildə sınaqdan keçirməyə davam edir”.
NASA həmçinin Boeing ilə 2014-cü ildə imzalanmış müqaviləyə dəyişiklik edildiyini təsdiqləyib. Həmin müqavilə Starliner-in sertifikatlaşdırıldıqdan sonra altı pilotlu uçuş həyata keçirməsini nəzərdə tuturdu. Lakin yeni plana görə Starliner-1 yük daşıyacaq, daha sonra isə stansiyanın 2030-cu ildə bağlanmasına qədər maksimum üç əlavə missiya icra ediləcək. Stich əlavə edib: “Bu dəyişiklik bizə 2026-cı ildə sistemin təhlükəsiz sertifikatlaşdırılmasına diqqət ayırmağa, Starliner-in ilk ekipajlı uçuşunu hazır olduqda həyata keçirməyə və stansiyanın ehtiyaclarına uyğun olaraq missiyaların planlaşdırılmasına imkan verir”.
Qeyd edək ki, NASA həm SpaceX, həm də Boeing ilə 2014-cü ildə ekipajlı uçuş proqramı üzrə müqavilə imzalayıb. SpaceX-in Crew Dragon gəmisinin ilk uğurlu ekipajlı testi 2020-ci ildə baş tutub və şirkət bu müddət ərzində 11 müntəzəm missiya həyata keçirib. Boeing isə çoxsaylı texniki problemlər səbəbindən geri qalıb. Starliner-in ilk uçuşu 2019-cu ilin dekabrında baş tutsa da, proqram təminatı və idarəetmə problemləri səbəbindən missiya yarımçıq qalmışdı. 2022-ci ildəki ikinci pilotsuz uçuş qismən uğurlu olsa da, mühərriklə bağlı nasazlıqlar təkrar qeydə alınmışdı.
2024-cü ildə baş tutan ilk ekipajlı uçuş zamanı da ciddi mühərrik problemləri yaşandığı sonradan məlum olub. Nəticədə NASA qərara alıb ki, astronavtlar yerə Crew Dragon vasitəsilə qayıtsın və Starliner boş şəkildə geri dönsün.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
3I/ATLAS fotoları elm dünyasında çaxnaşma yaradıb
3I/ATLAS fotoları elm dünyasında çaxnaşma yaradıb
NASA-nın ulduzlararası 3I/ATLAS obyektinin görüntüləri onun mənşəyi ilə bağlı yeni suallar doğurur.
NASA-nın astronavtları Ay ətrafı uçuşa göndərəcək SLS raketi tam hazırdır
NASA-nın astronavtları Ay ətrafı uçuşa göndərəcək SLS raketi tam hazırdır
NASA-nın müvəqqəti rəhbəri Sean Duffy elan edib ki, “Artemis-2” missiyası üçün nəzərdə tutulan SLS (Space Launch System) raketi tam şəkildə yığılıb və astronavtları Aya daşımağa hazırdır.
Amerikalıların Aya çinlilərdən daha ayaq basmaları üçün "Plan B"yə ehtiyacları var
Amerikalıların Aya çinlilərdən daha ayaq basmaları üçün "Plan B"yə ehtiyacları var
ABŞ-ın Aya ilk enişi həyata keçirə bilməsi üçün “Plan B”yə ehtiyacı var - bunu sahə mütəxəssisləri bildirirlər. Çin 2030-cu ilə qədər ilk astronavt ekipajını Ayın səthinə endirməyi və resurslarla zəngin cənub qütbündə baza qurmağı planlaşdırır. Bu bölgə daimi günəş işığına, su buzuna çıxışa və Yer kürəsindən kənardakı ən qiymətli ərazilər üzərində nəzarətə imkan verir.
Qədim mikroblar Marsdakı buz örtüyündə 50 milyon ilə qədər qala bilərlər
Qədim mikroblar Marsdakı buz örtüyündə 50 milyon ilə qədər qala bilərlər
NASA Goddard və Pensilvaniya Universitetinin tədqiqatçıları göstəriblər ki, əgər E. coli bakteriyalarının zülal fraqmentləri Marsın donmuş torpağında və buz örtükləri də mövcuddursa, onlar 50 milyon ildən çox müddət ərzində qorunub qala bilərlər.
NASA 50 il öncə gətirilmiş Ay torpaq nümunələrini incələyib
NASA 50 il öncə gətirilmiş Ay torpaq nümunələrini incələyib
NASA agentliyi artıq yarım əsrdən çoxdur ki, 1972-ci ildə “Apollo-17” missiyasının astronavtları tərəfindən Ay səthindən gətirilmiş torpaq nümunələrini qoruyur. Bu nümunələr hava keçirməyən konteynerlərdə saxlanılırdı və alimlərin onları hərtərəfli araşdırmaq üçün daha müasir alətlərə sahib olacağı gün gözlənilirdi.
Həftənin xəbərləri