
Neuralink çipini əldə etmiş ilk qadın fikir gücü vasitəsilə öz adını yaza bilib
Elm & Texnologiya
29.07.2025
Emil Nəcəfov
ABŞ vətəndaşı olan bir qadın 16 yaşında hərəkət qabiliyyətini itirmişdi. 20 il keçdikdən sonra o yenidən öz adını yaza bilib. Bu, beynin siqnallarını birbaşa oxuyan Neuralink neyrointerfeysi sayəsində mümkün olub. Audrey Crews hələ yeniyetmə yaşlarında hərəkət etmə qabiliyyətini itirmişdi. 20 il sonra isə o, əlləri ilə yox, beynindən kompüterə ötürülən siqnallar vasitəsilə yenidən yazı yaza bilib. Amerikalı Audrey Crews, Elon Musk-ın şirkəti tərəfindən aparılan sınaqlar çərçivəsində Neuralink beyin çipi implant edilən ilk qadın olub. Əməliyyatdan bir neçə həftə sonra o, noutbuk ekranında öz adının - “Audrey” - bənövşəyi hərflərlə yazıldığı bir şəkil paylaşıb.

Bütün prosesi isə yalnız düşüncə gücü ilə idarə edib. Audrey PRIME proqramına qoşulub - bu, beyindən rəqəmsal cihazlara siqnalların ötürülməsi üçün nəzərdə tutulmuş neyrointerfeysin sınaq mərhələsidir. Mayami Universitetinin tibbi mərkəzində keçirilmiş əməliyyatdan sonra o belə deyib: “Mənim beynimdə əməliyyat apardılar: kəllə sümüyündə bir dəlik açdılar və 128 ədəd ipliyi hərəkət korteksinə yerləşdirdilər. Çipin ölçüsü təxminən 25 sentlik sikkə boydadır”. Qadın dəqiqləşdirib ki, bu qurğu fiziki hərəkət qabiliyyətini bərpa etmir. Onun əsas məqsədi texnikayla əzələləri deyil, birbaşa əlaqə qurmaq imkanı yaratmaqdır. Audrey-nin sözlərinə görə, bu, son 20 il ərzində ilk dəfədir ki, o, mətn yığmağı müstəqil şəkildə bacarıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Starship insanları Aya çatdırmış Saturn V-dən 3 dəfə güclü olacaq

Starship insanları Aya çatdırmış Saturn V-dən 3 dəfə güclü olacaq
Elon Musk bildirib ki, SpaceX şirkəti Starship layihəsi üzrə iki əsas məqsədə - raketin yuxarı pilləsinin geri qaytarılması və orbitdə yanacaq doldurma sisteminin qurulması - ən tez gələn il nail olmağı planlaşdırır.
Çin Starlink-in analoqunu yaratmağa çalışır

Çin Starlink-in analoqunu yaratmağa çalışır
Yerin aşağı orbitində (1900 km-ə qədər yüksəklikdə) yerləşən peyklər rabitə, naviqasiya və kəşfiyyat məqsədləri üçün olduqca vacibdir. Starlink-ə rəqib olmaq istəyən Çin şirkətləri iki böyük peyk şəbəkəsinə böyük vəsait yatıraraq təxminən 27 000 peyk buraxmağı planlaşdırıblar.
Türkiyə şirkəti yük konteynerini raket buraxılışı sisteminə çevirib

Türkiyə şirkəti yük konteynerini raket buraxılışı sisteminə çevirib
Son zamanlar raket qurğularını yük konteynerləri formasında maskalamaq geniş yayılıb. Daha əvvəl belə bir konstruksiya ABŞ-da müşahidə olunmuşdu, indi isə Türkiyə öz versiyasını təqdim edib.
Danimarkadan olan tələbələr həm üzən həm də uçan dron hazırlayıblar (VİDEO)

Danimarkadan olan tələbələr həm üzən həm də uçan dron hazırlayıblar (VİDEO)
Olborq Universitetinin bir qrup tələbəsi, bir uçuş dövrü ərzində həm havada uça, həm suya dalaraq su altında hərəkət edə, sonra isə yenidən havaya qalxa bilən hibrid pilotsuz uçan aparat (PUA) hazırlayıb.
Unitree şirkəti 6000$-dan ucuz qiymətə olan insanabənzər robotunu satışa çıxarıb (VİDEO)

Unitree şirkəti 6000$-dan ucuz qiymətə olan insanabənzər robotunu satışa çıxarıb (VİDEO)
Çin şirkəti Unitree Robotics dünyanın ilk insanabənzər robotlarından biri olan R1 modelinin satışına başladığını elan edib. Bu modelin ilkin satış qiyməti 39.900 yuandan (təxminən 5900$) başlayır ki, bu da digər ölkələrdən olan rəqiblərlə müqayisədə xeyli ucuzdur.
Həftənin xəbərləri

