main-post-cover

    Plastik materialların parçalanması üçün mum qurdlarından istifadə nəzərdən keçirilir

    Elm & Texnologiya
    10.07.2025
    Emil Nəcəfov
         Dünya plastik material ilə doludur. O, insan qanında, quruda və okeanlarda mövcuddur və tam parçalanması yüzlərlə il tələb edir. Yeni məlumata əsasən yeni araşdırmalara görə, plastiyad tırtıllar plastiki bir neçə gün ərzində parçalaya və onu yağ formasında toplaya bilirlər. Plastiyad tırtıllar - bu, plastiki yeyə bilmək kimi qeyri-adi xüsusiyyətə malik olan tırtıllar üçün ümumi addır. Hələ 2017-ci ildə sübut olunmuşdu ki, böyük mum güvəsinin (Galleria mellonella) tırtılları polietilen plastik materialını parçalamağa qadirdir. Onlara həmçinin mum qurdları da deyirlər. Artıq mum güvəsinin tırtıllarının polietileni necə parçalaya bildiyi məlumdur. Lakin bu cür “qidalanmanın” qurdların orqanizminə dəqiq təsirləri indiyə qədər tam aydın deyildi.
         Kanadada yerləşən Brendon Universitetindən olan Bryan Cassone və komandası mum qurdları ilə onların bakterioloji mikrobiomu arasındakı əlaqəni, həmçinin plastik materialların bioloji parçalanma potensialını araşdırıblar. “Təxminən 2000 mum güvəsi tırtılı cəmi 24 saat ərzində bir tam polietilen paketi yox edə bilər” - deyə Cassone bildirib. Tədqiqat qrupu sübut edib ki, mum qurdları plastiki lipidlərə, yəni yağlara çevirərək onu emal edə bilirlər. “Bunu steyk yeməklə müqayisə etmək olar: əgər biz çoxlu miqdarda doymuş və doymamış yağlar qəbul ediriksə, onlar enerji mənbəyi kimi istifadə olunmur, əksinə bədənimizdə yağ ehtiyatı kimi toplanır” - deyə Cassone izah edib.
         Araşdırmalar həmçinin göstərib ki, mum güvəsi tırtılları polietileni yeməyi sevirlər. Bu isə onların daha tez ölməsi deməkdir. Lakin bu fakt tədqiqatçıların planetin plastiklə çirklənməsi probleminə həll yolu axtarmağa davam etməsinə mane olmur. Tədqiqat qrupu plastikin parçalanması üçün mum qurdlarından istifadə ilə bağlı iki mümkün yol görür. Birinci variant mum güvəsinin tırtıllarınl böyük miqdarda yetişdirib onlara əlavə maddələrlə birlikdə plastik verməkdir. İkinci variant isə plastikin parçalanma mexanizmini laboratoriya şəraitində ayırmaq və təkrarlamaqdır. Hər iki halda mum qurdlarının kütləvi şəkildə yetişdirilməsi nəticəsində həşərat biokütləsinin artıqlığı yarana bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni qanın yaradılması ilə bağlı növbəti irəliləyiş əldə edilib
    suni-qanin-yaradilmasi-ile-bagli-novbeti-irelileyis-elde-edilib
    Alimlər kainatın uzaq keçmişinə nəzər yetiriblər
    alimler-kainatin-uzaq-kecmisine-nezer-yetiribler
    Çinlilər siçanda yeni qulaq yetişdirə biliblər
    cinliler-sicanda-yeni-qulaq-yetisdire-bilibler
    3D çap vasitəsilə orqan toxumalarının yaradılması üsulu təqdim edilib
    3d-cap-vasitesile-orqan-toxumalarinin-yaradilmasi-usulu-teqdim-edilib
    Koronavirusun yeni ştammı qeydə alınıb
    koronavirusun-yeni-stammi-qeyde-alinib