
Qalaktikamızda Yerə bənzər 44 ədəd planet mövcud ola bilər
Elm & Texnologiya
15.04.2025
Emil Nəcəfov
Yeni machine learning modeli proqnozlaşdırıb ki, qalaktikamızdakı digər ulduz sistemlərində Yer ilə eyni xüsusiyyətlərə malik 44 planet mövcuddur. Bu isə onların yaşama üçün yararlı ola biləcəyi deməkdir. Alimlər bildirirlər ki, bu proqnozun dəqiqliyi 99% təşkil edir. Tədqiqatçılar machine learning-ə əsaslanan yeni süni zəka alqoritmi yaradıblar. Bu alqoritm Yerə bənzər planetlərin yerləşə biləcəkləri ulduz sistemlərini müəyyən edir. Yeni machine learning modeli Günəş sistemindən kənarda yaşama uyğun planetlərin axtarışında inqilabi dəyişiklik yarada bilər. Bu cür planetlər Yerlə eyni şəkildə qayalı quruluşa malikdir, ölçüləri oxşardır və həyatın mövcudluğu üçün vacib olan digər xüsusiyyətlərə sahibdirlər.

Xüsusilə, belə planetlər öz ulduzlarının yaşayış zonasında yerləşir, yəni onların səthində maye halda su mövcud ola bilər. Alimlərin fikrincə, məhz bu cür planetlərdə yerüstü həyatın izlərini aşkar etmək ehtimalı daha yüksəkdir. Süni zəka müəyyən planet tiplərini tanımaq üçün məlumatlarla öyrədilib ki, ən dəqiq proqnozları verə bilsin. Yeni machine learning modeli, Yer tipli planetlərə sahib olan ulduz sistemlərini tanımaq və təsnif etmək üçün hazırlanmış unikal yeni alqoritmə əsaslanır. Nəticədə süni zəka proqnoz verə bilib ki, Süd Yolu qalaktikamızda ən azı Yerə bənzər planetin mövcud olduğu 44 ulduz sistemi var.

Alimlər bildirirlər ki, bu proqnozun dəqiqliyi 99%-dir. Aparılmış sonrakı tədqiqatlar isə bu ulduz sistemlərində Yerə bənzər planetlərin mövcud olmasının nəzəri baxımdan mümkünlüyünü təsdiqləyiblər. Alimlər bildirirlər ki, bu, dünyada həyat üçün yararlı olan və hələlik məlum olmayan planetlərin mövcudluğunu proqnozlaşdırmağa imkan verən azsaylı mürəkkəb və dərin machine learning modellərindən biridir. Tədqiqatın müəllifləri hesab edirlər ki, yeni model Yer tipli planetlərə sahib ola biləcək ulduz sistemlərinin araşdırılması üçün tələb olunan vaxtı xeyli azaldacaq. Bu isə astronomlara teleskoplarını qalaktikamızın konkret sahələrinə yönəltməyə imkan verəcək və nəticədə potensial yaşama uyğun planetlərin aşkarlanması daha asan olacaq.
Mənbə: Forbes
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İlk dəfə laboratoriya şəraitində insan dişi yetişdirilib

İlk dəfə laboratoriya şəraitində insan dişi yetişdirilib
Böyük Britaniyadan olan bir tədqiqat qrupu laboratoriyada dişlərin təbii inkişaf prosesini təkrar yaratmağa nail olub. Bu, böyüyən dişlər üçün uyğun mühit formalaşdıran xüsusi materialın hazırlanması sayəsində mümkün olub.
Qadın pasient donuz böyrəyi sayəsində 4 ay ərzində yaşaya bilib

Qadın pasient donuz böyrəyi sayəsində 4 ay ərzində yaşaya bilib
Hazırda bu, donuz orqanı ilə insan həyatının ən uzun davam etdiyi haldır. Rekorda baxmayaraq, nəticələr hələ də ürəkaçan deyil - orqan qəfil fəaliyyətini dayandırdığı üçün böyrəyi çıxarmaq məcburiyyətində qalıblar.
Alimlər ən uzaqda yerləşən böyük kütləli "ölü" qalaktikanı kəşf ediblər

Alimlər ən uzaqda yerləşən böyük kütləli "ölü" qalaktikanı kəşf ediblər
Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə indiyə qədər müşahidə olunan ən uzaq - yəni ən erkən dövrə aid olan - böyük kütləli ölü qalaktikanı kəşf ediblər.
Potensial yadplanetli həyat növünün yeni axtarış üsulu təklif edilib

Potensial yadplanetli həyat növünün yeni axtarış üsulu təklif edilib
Potensial yadplanetli həyat növü Yer üzündəki həyatdan xeyli fərqli ola bilər. Lakin yaşamağa uyğun planetlərin kəşfi və Yer üzündə ekstremal şəraitdə mövcud olan canlıların tapılması göstərir ki, həyat kainatda geniş yayılmış ola bilər və biz tək deyilik.
Ən güclü rentgen şüalanması ifraz edən qara dəlik kəşf edilib

Ən güclü rentgen şüalanması ifraz edən qara dəlik kəşf edilib
Əvvəllər qeyri-aktiv olmuş və təxminən 300 milyon işıq ili uzaqlıqda yerləşən SDSS1335+0728 qalaktikasının mərkəzindəki superkütləli qara dəlik hal-hazırda ən güclü rentgen şüalanması partlayışlarını yaradır.
Həftənin xəbərləri

