
Qara dəliklər ölü ulduzlardan qaranlıq enerji yarada bilərlər
Elm & Texnologiya
26.08.2025
Emil Nəcəfov
Uzun illər alimlər kainatın genişlənməsini sürətləndirən, görünməyən qüvvə olan qaranlıq enerjini sabit bir dəyər hesab edirdilər. Lakin tərtib olunmuş yeni kosmik xəritəyə əsaslanan yeni araşdırma bunun əksini göstərir. Müəlliflərin - beynəlxalq astronomiya layihəsi DESI-nin alimlərinin - iddialarına görə, qaranlıq enerjinin kainata təsiri zamanla dəyişib. Bundan əlavə, yeni məlumatlar qara dəliklərin ölü ulduzları nəzərə çarpmayan şəkildə qaranlıq enerjiyə çevirə biləcəyinə işarə edir. DESI spektroskopik aləti milyonlarla qalaktikanı və digər obyektləri izləyərək kainatın genişlənmə tarixini öyrənir. Onun köməyi ilə astronomlar indiyədək kosmik məkanın ən ətraflı xəritəsini yaradırlar. Bu xəritəni təhlil edən DESI layihəsinin alimlər qrupu qaranlıq enerji ilə bağlı yeni fərziyyəni dəstəklədiklərini bildiriblər. Tədqiqatın müəllifləri qeyri-ənənəvi bir ideyaya - "kosmoloji bağlı qara dəliklərə" (CCBH, cosmologically coupled black hole) diqqət yetiriblər.

Bu yanaşmaya görə, qara dəliklər sadəcə maddəni udan nəhəng obyektlər deyil, həm də qaranlıq enerjinin kiçik damlaları kimi təsvir olunur. Bu baxışa əsasən, böyük kütləli ulduz öldükdə və qara dəliyə çevrildikdə, onun adi maddəsinin bir hissəsi qaranlıq enerjiyə çevrilir. Belə olan halda, kainatda qaranlıq enerjinin miqdarı ulduzların yaranma tarixi ilə birlikdə artmalıdır. Astronomlar isə bu sürəti onilliklər ərzində Hubble və James Webb kosmik teleskoplarının köməyi ilə ölçürlər. Komanda bu modeli DESI tərəfindən 3 il ərzində toplanmış məlumatlara tətbiq etdikdə nəticələr heyrətamiz oldu: qaranlıq enerjinin sıxlığı ulduzların yaranma sürəti ilə üst-üstə düşürdü, məhz CCBH fərziyyəsinin proqnozlaşdırdığı kimi. Bundan əlavə, CCBH başqa köhnə bir problemi - neytrinonun kütləsi məsələsini də həll etməyi təklif edir.

Alimlərə məlumdur ki, neytrino kütləsi sıfırdan böyük olmalıdır, lakin dəqiq dəyəri müəyyənləşdirmək son dərəcə çətindir. DESI məlumatlarının ənənəvi şərhi zamanı rəqəmlər fizika qanunlarına uyğun gəlmirdi, hətta mənfi kütləyə işarə edirdi. Yeni modelə görə isə neytrinonun kütləsi təkcə müsbət dəyər daşımır, həm də yerüstü təcrübələrin nəticələri ilə tam uyğun gələn bir göstəricidir. Bu, CCBH fərziyyəsinin etibarlılığını əhəmiyyətli dərəcədə artırır. Bundan başqa, araşdırma başqa bir kosmoloji uyğunsuzluğu - kainatın genişlənmə sürətinin müxtəlif qiymətləndirilmələri problemini də həll etməyə kömək edib.

Müxtəlif ölçmə metodları bu gün müxtəlif nəticələr verir. Lakin, CCBH modelinin irəli sürdüyü kimi, əgər maddənin bir hissəsi davamlı olaraq qaranlıq enerjiyə çevrilirsə, kainatın genişlənməsi gözlənildiyindən daha tez sürətlənməli idi və bu da nəticələrin yaxınlaşmasına imkan yaradır. CCBH modeli zahirən əlaqəsiz görünən hadisələri üzvi şəkildə birləşdirir: ulduzların ölümü, qara dəliklərin davranışı, kainatın böyüməsi və neytrinonun müəmmalı xüsusiyyətləri. O həmçinin izah edir ki, niyə qaranlıq enerji yalnız ulduzların yaranmasından sonra ortaya çıxıb, kosmosun başlanğıcında sabit bir sehrli ədəd kimi mövcud olmayıb. Bununla belə, bu model hələ də dəyişməz kosmik həqiqət hesab olunmaqdan çox uzaqdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İlk qalaktikalardan birində böyük həcmdə oksigen aşkar edilib

İlk qalaktikalardan birində böyük həcmdə oksigen aşkar edilib
James Webb teleskopu erkən kainat haqqında təsəvvürlərimizi genişləndirdi və bəzi hallarda hətta sındırdı. Məlum oldu ki, müxtəlif kimyəvi tərkibə malik inkişaf etmiş qalaktikalar Böyük partlayışdan dərhal sonra yaranıb və bu da ulduzların və bütövlükdə kainatın təkamülünə başqa cür baxmağa vadar edir.
Yeni fərziyyə superkütləli qara dəliklərin necə yaranmasını izah edir

Yeni fərziyyə superkütləli qara dəliklərin necə yaranmasını izah edir
Superkütləli qara dəliklər böyük qalaktikaların əksəriyyətinin mərkəzində gizlənir və adətən onlar Günəşdən milyonlarla, hətta milyardlarla dəfə daha ağır olurlar.
Antarktidanın buz örtüyü çökmə vəziyyətinə çatıb

Antarktidanın buz örtüyü çökmə vəziyyətinə çatıb
Qərbi Antarktida buz örtüyü Yer üzündəki ən böyük buz massivlərindən biridir və təxminən 2 milyon kvadrat kilometr ərazini əhatə edir. Lakin indi alimlər hesab edirlər ki, Antarktida buz örtüyü fəlakətli çökmə həddindədir.
Alimlər ən uzaq məsafədə baş vermiş kosmik partlayışı kəşf ediblər

Alimlər ən uzaq məsafədə baş vermiş kosmik partlayışı kəşf ediblər
Astronomlar Einstein Probe kosmik teleskopunun köməyi ilə sürətli rentgen tranzientləri (FXT) adlandırılan yeni və sirli tip kosmik partlayışlar aşkar ediblər.
290 milyon km məsafədən Yer ilə Ayın fotosu çəkilib

290 milyon km məsafədən Yer ilə Ayın fotosu çəkilib
Yer kürəsindən təxminən 290 milyon km məsafəni qət etdikdən sonra NASA-nın Psyche adlı planetlərarası stansiyası ilk dəfə olaraq Yer və Ayın görüntülərini əldə edib. Bu görüntülər nadir metal asteroidi ilə yaxınlaşmağa hazırlıq məqsədilə elmi cihazların genişmiqyaslı kalibrlənməsinin bir hissəsi olub.
Həftənin xəbərləri

