
Süd Yolu ilə Andromedanın toqquşması yaxın 10 milyard il üçün təxirə düşə bilər
Elm & Texnologiya
04.06.2025
Emil Nəcəfov
Yeni və daha dəqiq modelləşdirmə göstərib ki, kainat bizi qonşu qalaktika olan Andromeda ilə toqquşmadan qoruya bilər. Alimlər Hubble və Gaia kosmik teleskoplarının ən son məlumatlarından istifadə edərək 1 milyon il addımlarla 100 mindən çox simulyasiya həyata keçiriblər. Yerli qalaktikalar qrupundakı cazibə obyektlərinin daha geniş miqyasda nəzərə alınması, qalaktikaların toqquşma ehtimalının 50% və daha aşağı ola biləcəyini ortaya qoyub. 1 əsrdən çoxdur ki, alimlər hesab edirdilər ki, bizim Süd Yolu qalaktikası qarşıdakı 5 milyard il ərzində başqa böyük spiral qalaktika olan Andromeda ilə toqquşacaq. Bu toqquşmanın nəticəsində orta kütləyə malik ellips formalı qalaktika yaranmalı idi.

Bizim qalaktik evimizin Andromedaya yaxınlaşdığı hələ o dövrlərdə məlum idi ki, Andromeda yalnız dumanlıq hesab olunurdu, qalaktika yox. Finlandiyalı mütəxəssisin rəhbərliyi ilə aparılmış yeni tədqiqat göstərir ki, bu iki nəhəng qalaktikanın toqquşma ehtimalı, sanki pul atıldığında “gerb” və ya “yazı” gəlməsi kimidir - yəni 50-50-yə. Ən azı, bu nəticə 10 milyard illik perspektiv üçün aparılmış modelləşdirməyə əsaslanır. Alimlərin bildirdiklərinə görə, əvvəlki bütün hesablamalar yerli qalaktika qrupundakı digər qalaktikaları nəzərə almamışdı. Bu qrupda təxminən 100-ə yaxın və ya daha çox qalaktika var, lakin hesablamalar üçün onlardan yalnız ən böyük olanları - məsələn, Böyük və Kiçik Magellan Buludları və ya M33 qalaktikası kifayət edir.
Bu qalaktikalar öz cazibə qüvvələri və “dinamik sürtünmə” adlanan təsir vasitəsilə Süd Yolu və Andromeda qalaktikalarının orbitlərini o qədər dəyişə bilərlər ki, toqquşma və sonrakı birləşmə baş verməyə bilər. Aparılan hesablamalar Süd Yolu ilə Andromeda dumanlığı arasında toqquşma və birləşmə proqnozlarında ciddi qeyri-müəyyənliklərin olduğunu göstərir. Ssenaridən asılı olaraq toqquşma riski çox geniş bir diapazonda dəyişir. Xüsusilə, modelə Böyük Magellan Buludunun Süd Yolunun orbitinə təsiri daxil edildikdə, birləşmə ehtimalı 50%-dən təxminən 33%-ə düşür. Eyni zamanda Böyük Magellan Buludu, Andromeda ilə yaxın təmasa girməzdən əvvəl Süd Yolu ilə birləşəcək. Kiçik Magellan Buludu isə bu iki qalaktikanın birləşmə ehtimalına demək olar ki, heç bir təsir göstərmir.

Andromedanın peyk qalaktikası olan M33-ün hesablamalara daxil edilməsi, Andromeda Dumanlığının Süd Yoluna nisbətən eninə hərəkət sürətinin azalması ehtimalını göstərir. Bu isə bu iki obyektin birləşmə ehtimalını 50%-dən təxminən 66%-ə qədər artırır. Alimlər etiraf edirlər ki, hesablamalara bütün təsir amilləri tam şəkildə daxil edilməyib. Xüsusilə, qalaktikalara qaranlıq materiyanın təsiri kifayət qədər nəzərə alınmayıb və qalaktikaların orbitlərinə aid bəzi parametrlər ideallaşdırılıb. Hazırkı mərhələdə Süd Yolu və Andromedanın nə vaxtsa birləşib-birləşməyəcəyi o qədər də vacib deyil. Əsas nəticə ondan ibarətdir ki, bizim yaxın qalaktik ətrafımızda belə qalaktik orbitləri və hadisələri dəqiq müəyyən etməkdə hələ də böyük qeyri-müəyyənlik qalır. Ümumi mənzərə alimlərə aydındır, lakin təfərrüatlar hələ də qaranlıq qalır.
Linki kopyala
andromeda galaxy
andromeda
andromeda qalaktikası
milky way
sud yolu qalaktikasi
science news
elmi xeberler
sud yolu
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yapon alimlər süni qanın yaradılmasına çox yaxınlaşıblar

Yapon alimlər süni qanın yaradılmasına çox yaxınlaşıblar
Donor qanına daim artan tələbat şəraitində, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə, süni qan əvəzedicilərinin hazırlanması müasir tibbin ən aktual vəzifələrindən biridir.
NASA-nın yeni modeli hansı planetlərdə həyatın mümkün olduğunu anlamağa yardımçı olacaq

NASA-nın yeni modeli hansı planetlərdə həyatın mümkün olduğunu anlamağa yardımçı olacaq
NASA-nın “Alien Earths” layihəsi çərçivəsində çalışan alimlər qrupu Yer kürəsindən kənar həyatın axtarışı məsələsinə yeni yanaşma hazırlayıb. Bu yanaşma “kəmiyyətə əsaslanan yaşayış modeli” adlanır və mövcud məlumatlar əsasında müəyyən bir mühitdə həyatın mövcud olma ehtimalını qiymətləndirməyə imkan verir.
Kənar ulduzlar istənilən an Günəş sistemini məhv edə bilərlər

Kənar ulduzlar istənilən an Günəş sistemini məhv edə bilərlər
Bir çox araşdırmalar göstərir ki, Günəş sistemindəki planetlərin orbitləri təxminən 4.5-5 milyard il ərzində sabit qalacaq, ta ki Günəş qırmızı nəhəngə çevrilməyə başlayana qədər. Həmin vaxt ulduzumuzun ölçüləri böyüyəcək və bu, Günəşə ən yaxın planetlər - Venera və Merkuri - üçün udulma ilə nəticələnə bilər.
Qlobal temperaturun stabil qalacağı halda belə buzlaqların 40%-i məhv olacaq

Qlobal temperaturun stabil qalacağı halda belə buzlaqların 40%-i məhv olacaq
Alimlərin fikrincə, əgər qlobal temperatur artımı dayansa və mövcud səviyyədə sabitləşsə belə, Yer kürəsi yenə də buzlaqlarının 40%-ni itirəcək. Bu o deməkdir ki, parnik qazlarının emissiyası səbəbilə artıq baş vermiş iqlim dəyişiklikləri bir çox buzlaqların qaçılmaz şəkildə məhv olmasına gətirib çıxarıb.
Zamanda səyahət paradokslarsız mümkün ola bilər

Zamanda səyahət paradokslarsız mümkün ola bilər
Zamanda səyahət elmi fantastika kitabları və filmlərdə tez-tez işlənən süjetlərdən biridir. Təbii ki, bir çox insan keçmişə qayıdıb həyatındakı bəzi hadisələri dəyişmək və ya önəmli anları yenidən yaşamaq istərdi. Bir tərəfdən, zaman səyahətinin mümkün olmadığı düşünülür, lakin bəzi fiziklər bunun əksini iddia edirlər.
Həftənin xəbərləri

