Tesla yenilənmiş Optimus robotlarını təqdim edib (VİDEO)
Elm & Texnologiya
11.10.2024
Emil Nəcəfov
Tesla şirkəti Cybercap adlı pilotsuz taksi və Robovan adlı pilotsuz mikroavtobusdan əlavə olaraq özünün Optimus robotlarının yeni versiyalarını təqdim edib. Yenilənmiş Optimus robotları gündəlik həyatda müxtəlif tapşırıqları necə yerinə yetirdiklərini sərgiləyiblər. Elon Musk-ın sözlərinə əsasən Optimus istənilən tapşırığı yerinə yetirə bilər. Buna misal olaraq ev heyvanlarının gəzintiyə çıxarılmasını, bitkilərin sulanmasını, uşaqlara nəzarəti və s. gətirmək olar. Musk bildirib ki, uzunmüddətli perspektivdə Optimus-un qiyməti 20 000-30 000$ təşkil edəcək. Təqdimat tədbiri çərçivəsində qonaqlara içkilərin süzülməsi prosesini məhz Optimus robotları yerinə yetiriblər. Musk-ın sözlərinə əsasən Optimus insan sivilizasiyası üçün fundamental transformasiya rolunu oynayacaq. O bildirib ki, robotlar böyük həcmdə istehsal olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Robovan adlı pilotsuz mikroavtobus təqdim edilib (VİDEO)
Tesla Robovan adlı pilotsuz mikroavtobus təqdim edilib (VİDEO)
Tesla şirkəti Cybercap adlı pilotsuz taksi ilə yanaşı həmçinin Robovan adlı pilotsuz mikroavtobusu da təqdim edib.
Tesla sükansız və pedalsız "Cybercab" adlı robot taksisini təqdim edib!
Tesla sükansız və pedalsız "Cybercab" adlı robot taksisini təqdim edib!
Tesla-nın maraqla gözlənilən robot taksi modeli rəsmi olaraq təqdim edilib. "Cybercab" adlandırılan avtomobil, sükan və pedal olmadan istehsal edilib.
Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər
Tesla Cybertruck-ın Avropada satışları qadağan edilə bilər
Tesla-nın elektrikli pikapı olan Cybertruck-ın Avropada satışları qadağan edilə bilər. Səbəb isə bu pikapın konstruksiyası ilə bağlı təhlükəsizlik problemidir.
Təqdimatdan öncə Tesla-nın pilotsuz taksi nəqliyyatı barəsində məlumatlar verilib
Təqdimatdan öncə Tesla-nın pilotsuz taksi nəqliyyatı barəsində məlumatlar verilib
Tesla şirkəti bu gecə “Tesla We, Robot” adlı təqdimat tədbirini keçirəcək. Gözləntilərə əsasən sözügedən tədbirdə şirkət pilotsuz taksi nəqliyyatını təqdim edəcək.
Tesla "xəstəyəm" deyərək işə gəlməyənlərin evlərinə basqın edir!
Tesla "xəstəyəm" deyərək işə gəlməyənlərin evlərinə basqın edir!
Elektrik avtomobili nəhəngi Tesla-nın Almaniyadakı Grünheide fabrikasında çalışan işçilər, şirkətin mübahisəli bir tətbiqi ilə üz-üzədirlər: Daim işdən çıxış vərəqəsi alan işçilərin evlərinə xəbərsiz ziyarətlər təşkil edən Tesla rəhbərliyi, bu davranışı səbəbilə böyük etirazlarla qarşılanıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!