main-post-cover

    Yeni modelləşdirməyə əsasən kainatın fırlandığı müəyyən edilib

    Elm & Texnologiya
    16.04.2025
    Emil Nəcəfov
         Əfsanəyə görə, Galileo Galilei-nin inkvizisiya məhkəməsindən sonra dediyi məşhur ifadə - “Və yenə də o fırlanır!” - yaxın gələcəkdə bəlkə də bütün kainata aid edilə bilər. Alimlər artıq onun fırlanmasının əlamətlərini müşahidə ediblər və yeni tədqiqat bu fenomenin modelləşdirilməsi yolunda ilk addım hesab olunur. Daha əvvəl də kainatın mümkün fırlanması barədə düşünməyə vadar edən elmi işlər dərc olunmuşdu. Xüsusilə, 2025-ci ilin fevral ayında James Webb teleskopunun müşahidələri əsasında aparılmış bir araşdırma erkən kainatda qalaktikaların fırlanma istiqamətlərində ciddi tarazsızlıq olduğunu ortaya qoymuşdu.
         Əgər kainat fırlanmırsa, statistik baxımdan qalaktikaların fırlanma istiqamətləri təxminən bərabər paylanmalı idi. Amma real müşahidələr göstərdi ki, qalaktikaların təxminən 75%-i bir istiqamətdə, yalnız 25%-i isə əks istiqamətdə fırlanır. Qeyd edək ki, Süd Yolu qalaktikası da həmin “səhv” istiqamətdə fırlanan 25%-lik qalaktikalar sırasına daxildir. Qalaktikaların bir istiqamətdə fırlanmasının üstünlük təşkil etməsi onu göstərə bilər ki, ulduzlar və qalaktikalar yaranmazdan əvvəl maddə artıq fəzada fırlanırdı - həm də mümkün olan ən yüksək sürətlə. Bu isə kainatda daha mürəkkəb materiyanın fırlanmasına impuls verə bilərdi.
         Lakin 13.8 milyard illik mövcudluğuna baxmayaraq, kainat hələ tam bir dövrə belə tamamlamayıb. Bu, trilyonlarla il çəkə bilər. Dəqiq desək, yeni tədqiqatda alimlər fırlanan kainatın tam modelləşdirilməsini hədəfləməyiblər. Bu məsələ növbəti tədqiqat mərhələlərində həll ediləcək. Hazırda onlar yalnız kainatın fırlanmasının Habbl sabitinə təsirini göstəriblər. Habbl sabiti kainatın genişlənmə sürətini xarakterizə edir və müasir kosmologiyanın əsas müəmmalarından biri olaraq qalır. Daha dəqiq desək, alimlər fırlanan kainat fərziyyəsindən istifadə edərək “Habbl gərginliyi” adlanan fenomeni izah etməyə çalışıblar.
    Əyridə fırlanan kainat halında Habbl sabitinin dəyişməsi göstərilib:
         Bu, kainatın erkən dövrlərindəki və indiki dövrdəki genişlənmə sürətləri arasındakı uyğunsuzluqdur. Modelləşdirmə qarşıya qoyulan vəzifənin öhdəsindən mükəmməl şəkildə gəlib. Əgər kainat həqiqətən fırlanırsa, bu, onun ilk milyon illərində genişlənmə sürətinin niyə bu gün müşahidə ediləndən bir qədər aşağı olduğunu izah edə bilər. Üstəlik, fırlanan kainat modeli onun inkişafına dair digər kosmoloji modellərlə ziddiyyət təşkil etmir. Tədqiqatçılar daha dəqiq bir model yaratmağı və gələcəkdə bu fırlanma fərziyyəsini bütün astronomik müşahidələr bazasında yoxlamağı vəd edirlər.
    Mənbə: Science Alert
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qalaktikamızda Yerə bənzər 44 ədəd planet mövcud ola bilər
    qalaktikamizda-yere-benzer-44-eded-planet-movcud-ola-biler
    İlk dəfə laboratoriya şəraitində insan dişi yetişdirilib
    ilk-defe-laboratoriya-seraitinde-insan-disi-yetisdirilib
    Qadın pasient donuz böyrəyi sayəsində 4 ay ərzində yaşaya bilib
    qadin-pasient-donuz-boyreyi-sayesinde-4-ay-erzinde-yasaya-bilib
    Alimlər ən uzaqda yerləşən böyük kütləli "ölü" qalaktikanı kəşf ediblər
    alimler-en-boyuk-kutleli-olu-qalaktikani-kesf-edibler
    Potensial yadplanetli həyat növünün yeni axtarış üsulu təklif edilib
    potensial-yadplanetli-heyat-novunun-yeni-axtaris-usulu-teklif-edilib