Yer kürəsindən 18 işıq ili uzaqlığında həyat üçün yararlı ola biləcək ekzoplanet kəşf olunub
Elm & Texnologiya
27.10.2025
Emil Nəcəfov
     Kaliforniya Universitetinin Irvine kampusundan olan alimlər GJ 251c adlı ekzoplanetin kəşf edildiyini açıqlayıblar - bu, Günəş sistemindən cəmi 18 işıq ili uzaqlıqda yerləşən bir Super Yerdir. Bu planet, potensial olaraq həyat üçün yararlı ola biləcək bizə ən yaxın planetlərdən biridir. Artıq minlərlə kəşf edilmiş ekzoplanet arasında bu cür tapıntı son dərəcə nadirdir və onun elmi dəyərini qiymətləndirmək çətindir. Bu kəşf ekzoplanet GJ 251c-nin ətrafında dövr etdiyi ulduzun hərəkəti ilə bağlı 20 illik məlumatların təhlili sayəsində mümkün olub. Belə aşkarlama metodu ulduzun radial sürətinin ölçülməsinə əsaslanır - bu sürət, ulduzla qravitasiya əlaqəsində olan ekzoplanetin təsiri nəticəsində dəyişir. Sürətin bu cür titrəyişlərini ölçməklə ekzoplanetin kütləsini və onun orbital dövrünü hesablamaq mümkündür. Planetin özü ulduzun diski qarşısından keçmir, buna görə də onun daha ətraflı öyrənilməsi üçün yeni alətlər və əlavə elmi səylər tələb olunur.
     Alimlər GJ 251 ulduzu ilə maraqlanıblar, çünki onun ətrafında əvvəllər artıq bir qayalı ekzoplanet - GJ 251b aşkarlanmışdı. GJ 251b-nin orbital dövrü cəmi 14.2 gündür. O öz ulduzuna çox yaxındır. Hətta GJ 251 sönük və nisbətən soyuq qırmızı cırtdan olsa belə, GJ 251b-nin səth temperaturu o qədər yüksəkdir ki, orada maye suyun mövcudluğu mümkün deyil. Yeni kəşf edilmiş GJ 251c planetinin vəziyyəti isə fərqlidir. O, ulduzunun ətrafında bir dövrəsini 53.6 günə tamamlayır və bu, onu potensial olaraq yaşamağa yararlı edir. Planet yaşayış zonasındadır və əgər orada uyğun atmosfer mövcud olarsa, maye suyun olması mümkündür - bu da Yer üzündə tanıdığımız həyat formalarının yaranma ehtimalını göstərir. Hesablamalara görə GJ 251c-nin kütləsinin aşağı həddi Yer kütləsinin 3.84 misli qədərdir. Bu səbəbdən ekzoplanet GJ 251c Super Yerlər adlanan sinfə daxildir - o, Yer planetindən böyük, lakin Neptundan kiçikdir.
Planetin öz ulduzunun işığına təsir göstərə biləcəyi üsullardan biri olan radial sürətin necə ölçüldüyünü göstərən animasiya:
     Astronomların sözlərinə görə, GJ 251c-nin xüsusi elmi dəyəri ondadır ki, onun ulduzu bizə çox yaxındır - cəmi 18 işıq ili məsafədə. Kosmik baxımdan bu, demək olar ki, qonşuluqda yerləşmək deməkdir. Görünür, bu kəşf haqqında daha çox məlumat əldə etmək yalnız 2020-ci illərin sonuna və ya 2030-cu illərin ortalarına doğru yeni nəsil kosmik teleskoplar istifadəyə verildikdən sonra mümkün olacaq. Planet öz ulduzunun diski qarşısından keçmədiyi üçün onu öyrənmək məqsədilə James Webb teleskopundan istifadə etmək, yəqin ki, mümkün olmayacaq. Lakin onun nisbətən yaxın məsafədə yerləşməsi alimlərin işini asanlaşdırır - 18 işıq ili elə bir məsafədir ki, GJ 251c-ni birbaşa müşahidə üsulu ilə tədqiq etmək mümkün olsun. Bu planet, Günəş sistemindən kənarda yaşamağa yararlı dünya axtarışında ən perspektivli namizədlərdən biridir, bəlkə də indiyə qədər tapılmışların arasında ən ümidverici olanıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni inək yetişdirmə üsulu metan emissiyasını 40% aşağı sala bilər
Yeni inək yetişdirmə üsulu metan emissiyasını 40% aşağı sala bilər
Şotlandiyalı alimlər metan emissiyalarını azaltmağa yönəlmiş Cool Cows adlı inək yetişdirmə proqramı hazırlayıblar. Bu metodika, az qaz buraxan heyvanların seçilməsi üçün DNT testlərini və istənilən xüsusiyyətlərə malik nəslin alınması məqsədilə EKO (süni mayalanma) üsulunu birləşdirir.
Alimlər siçanlarda Altsheymer xəstələyinin öhdəsindən gələ biliblər
Alimlər siçanlarda Altsheymer xəstələyinin öhdəsindən gələ biliblər
Müalicə məqsədilə onlar laboratoriyada yetişdirilmiş immun hüceyrələrdən istifadə ediblər. Bu hüceyrələr gənc olduqları üçün yaddaşı və sinir sisteminin vəziyyətini bərpa edə biliblər.
COVID-19-a əleyhinə vaksin xərçəng xəstələri arasında sağ qalma şansını artırırmış
COVID-19-a əleyhinə vaksin xərçəng xəstələri arasında sağ qalma şansını artırırmış
Bu qənaətə Texas Universitetinin onkoloji mərkəzinin amerikalı alimləri gəliblər. Məlum olub ki, koronavirusdan qorunmaq üçün azı bir doza mRNT peyvəndi qəbul etmək xərçəng xəstələri arasında sağ qalma şansını kəskin şəkildə artırır.
Avstriyada ən böyük Ay və Mars koloniya həyatı simulyasiyası işə salınıb
Avstriyada ən böyük Ay və Mars koloniya həyatı simulyasiyası işə salınıb
World’s Biggest Analog Mission (WBA) - Ay və Marsdakı həyatın və fəaliyyətin tarixdəki ən böyük simulyasiyası - Avstriya Kosmik Forumu (OeWF)-un təşəbbüsü ilə rəsmi olaraq başlayıb. Layihədə 5 qitədən 17 təşkilat iştirak edir və onlar gələcəkdə digər planetlərdə yaşayış məntəqələrinin gündəlik əməliyyatlarını modelləşdirirlər.
Ayın qaranlıq tərəfindən əldə edilmiş nümunələr gözlənilməz nüansları ortaya çıxarıblar
Ayın qaranlıq tərəfindən əldə edilmiş nümunələr gözlənilməz nüansları ortaya çıxarıblar
Çinin “Chang’e-6” missiyası - Ayın qaranlıq tərəfindən nümunələr gətirən ilk beynəlxalq ekspedisiya - artıq tarixə düşüb. İndi isə alimlərin bu unikal materiallar üzərində apardıqları tədqiqatlar, əvvəllər yer elminə tamamilə naməlum olan yeni məlumatları üzə çıxarır.
Həftənin xəbərləri