COVID-19-a əleyhinə vaksin xərçəng xəstələri arasında sağ qalma şansını artırırmış
Elm & Texnologiya
24.10.2025
Emil Nəcəfov
     Bu qənaətə Texas Universitetinin onkoloji mərkəzinin amerikalı alimləri gəliblər. Məlum olub ki, koronavirusdan qorunmaq üçün azı bir doza mRNT peyvəndi qəbul etmək xərçəng xəstələri arasında sağ qalma şansını kəskin şəkildə artırır. Bu təsir güclü şiş əleyhinə immun cavabın yaranması ilə izah olunur. Hələ COVID-19 pandemiyasından əvvəl alimlər mRNT peyvəndlərinin xərçənglə mübarizədə potensialını araşdırıblar. O zaman müəyyən edilmişdi ki, təcrübi peyvəndlər immun sistemini xərçəng hüceyrələrini məhv etməyə “öyrədir”, hətta mRNT birbaşa şişə təsir etmədikdə belə.
     COVID-19-a qarşı mRNT peyvəndlərinin təsdiqlənməsi və bir neçə illik uğurlu istifadəsindən sonra alimlər onların xərçəng xəstələrinin ömür uzunluğu və ölüm göstəricilərinə təsirini izləməyə qərar veriblər. Təhlil 2019-cu ilin avqustundan 2023-cü ilin avqustuna qədər müalicə alan, o cümlədən metastaz halları olan minlərlə melanoma və ağciyər xərçəngi xəstəsi üzərində aparılıb. Məlum olub ki, immunoterapiyaya başlanıldıqdan sonra 100 gün ərzində COVID-19-a qarşı peyvənd olunmaq 3 il ərzində sağ qalma ehtimalını 2 dəfə artırır. Tədqiqatın həmmüəllifi Adam Grippin bildirib: “Məlum oldu ki, mövcud COVID-19 peyvəndləri xəstələrin immun sistemini xərçənglə mübarizə aparmağa öyrədə bilər. Əslində, onlar immun cavabı xərçəngə qarşı yönəltmək üçün bir növ yenidən proqramlaşdırma vasitəsinə çevrilə bilərlər”.
     Alimlər müəyyən ediblər ki, peyvəndlərin immun nəzarət nöqtələrinin inhibitorları ilə birləşməsi güclü şiş əleyhinə immun reaksiyası yaradır - peyvəndlər bir növ həyəcan siqnalı kimi çıxış edir, orqanizmin immun sistemini xərçəng hüceyrələrini tanımağa və məhv etməyə daha yüksək hazırlıq vəziyyətinə gətirir. Hazırda alimlər mRNT peyvəndlərinin immunoterapiya zamanı məcburi köməkçi vasitə kimi istifadəsinin məqsədəuyğunluğunu göstərəcək son mərhələ tədqiqatlarına hazırlaşırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avstriyada ən böyük Ay və Mars koloniya həyatı simulyasiyası işə salınıb
Avstriyada ən böyük Ay və Mars koloniya həyatı simulyasiyası işə salınıb
World’s Biggest Analog Mission (WBA) - Ay və Marsdakı həyatın və fəaliyyətin tarixdəki ən böyük simulyasiyası - Avstriya Kosmik Forumu (OeWF)-un təşəbbüsü ilə rəsmi olaraq başlayıb. Layihədə 5 qitədən 17 təşkilat iştirak edir və onlar gələcəkdə digər planetlərdə yaşayış məntəqələrinin gündəlik əməliyyatlarını modelləşdirirlər.
Ayın qaranlıq tərəfindən əldə edilmiş nümunələr gözlənilməz nüansları ortaya çıxarıblar
Ayın qaranlıq tərəfindən əldə edilmiş nümunələr gözlənilməz nüansları ortaya çıxarıblar
Çinin “Chang’e-6” missiyası - Ayın qaranlıq tərəfindən nümunələr gətirən ilk beynəlxalq ekspedisiya - artıq tarixə düşüb. İndi isə alimlərin bu unikal materiallar üzərində apardıqları tədqiqatlar, əvvəllər yer elminə tamamilə naməlum olan yeni məlumatları üzə çıxarır.
Dəniz səviyyəsi son 4000 ildə heç görülməmiş sürətlə artır
Dəniz səviyyəsi son 4000 ildə heç görülməmiş sürətlə artır
Ratqers Universiteti rəhbərliyində aparılmış yeni bir elmi tədqiqat göstərib ki, dünya okeanının səviyyəsi son 4000 ildəki hər hansı dövrlə müqayisədə daha sürətli artır. Əsas səbəblər - suyun istilik genişlənməsi və buzlaqların əriməsidir.
NASA-nın astronavtları Ay ətrafı uçuşa göndərəcək SLS raketi tam hazırdır
NASA-nın astronavtları Ay ətrafı uçuşa göndərəcək SLS raketi tam hazırdır
NASA-nın müvəqqəti rəhbəri Sean Duffy elan edib ki, “Artemis-2” missiyası üçün nəzərdə tutulan SLS (Space Launch System) raketi tam şəkildə yığılıb və astronavtları Aya daşımağa hazırdır.
Şüur probleminə yeni baxış: O yalnız insanlara xas olmaya bilər
Şüur probleminə yeni baxış: O yalnız insanlara xas olmaya bilər
Şüur və intellekt adətən yalnız insana məxsus bir xüsusiyyət kimi qəbul edilir və düşüncə, yaddaş və dil ilə əlaqələndirilir. “Həyat mərkəzçiliyi” (biocentrism) adlanan yeni konsepsiya isə iddia edir ki, idrak qabiliyyəti bütün canlı sistemlərə xasdır və bu qabiliyyət onların ətraf mühitlə qarşılıqlı əlaqələri nəticəsində, yaşamaq məqsədilə ortaya çıxır.
Həftənin xəbərləri