
Google yeni Pixel planşetlərinin hazırlanmasını dayandırıb
Cihazlar+
25.08.2025
Emil Nəcəfov
KİV-də uzun müddətdir məlumat yayılırdı ki, Google öz Pixel planşetlərinin istehsalını yenidən dayandırır. İndi isə şirkət rəsmiləri bunu rəsmi şəkildə təsdiqləyiblər. Şirkətin cihazlar şöbəsinin rəhbəri Rick Osterloh Bloomberg-ə verdiyi müsahibədə bildirib ki, hazırda şirkət yeni planşetlər üzərində işləmir və onun ağıllı üzük və ya Flip formatında qatlana bilən qapaqlı smartfon hazırlamaq planı da yoxdur. Pixel Tablet mövzusuna toxunan rəhbər qeyd edib ki, şirkət bu kateqoriyaya aid cihazlar üçün hər hansı innovativ bir həll təklif edə bilmədiyi müddətcə Samsung və Apple ilə rəqabəti davam etdirməyin mənasını görmür.

Üstəlik, analitiklərin fikrincə, yaxın perspektivdə istifadəçilərə Pixel smartfonları kifayət edəcək, əlavə olaraq planşet almağa hazır olacaq müştərilərin sayı isə yeni modellərin buraxılışını əsaslandırmaq üçün çox azdır. Flip smartfonlarla bağlı vəziyyət demək olar ki, eynidir. Bu seqmentdə Samsung və Motorola dominant mövqedədir və Google onlarla rəqabətdə perspektiv görmür, buna görə də diqqətini Pixel Fold-un inkişafına yönəldəcək. Müsahibə zamanı Google-un yaxınlarda təqdim etdiyi XR eynək prototipinə də qısa şəkildə toxunulub. Hazırda şirkət belə bir eynəyin satışa çıxarılacağına əmin deyil, lakin onun üzərində iş davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT öz cavablarının tərtibatında Google Search-ün məlumatlarından istifadə edir

ChatGPT öz cavablarının tərtibatında Google Search-ün məlumatlarından istifadə edir
ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti, onlayn axtarış sahəsində Google ilə rəqabəti davam etdirir. Buna baxmayaraq, şəbəkə mənbələrinin məlumatına görə, şirkət öz çat-botunu öyrətmək və dəstəkləmək üçün Google axtarış sisteminin məlumatlarından istifadə edir.
Google-un süni intellekt modeli hər sorğuya 5 damcı su sərf edir

Google-un süni intellekt modeli hər sorğuya 5 damcı su sərf edir
Süni intellektin ətraf mühitə təsiri ilə bağlı gedən gərgin mübahisələrin fonunda Google öz araşdırmasını apardı. Hesabatda bildirilir ki, səmərəliliyin artırılması sayəsində Gemini adlı süni intellekt köməkçisi hər bir sorğu üçün minimal miqdarda su və enerji istifadə edir.
Gemini Live köməkçisi dünyanı smartfon kamerası vasitəsilə görmək imkanını əldə edib

Gemini Live köməkçisi dünyanı smartfon kamerası vasitəsilə görmək imkanını əldə edib
Google Gemini Live virtual köməkçisi üçün bir neçə yeni funksiya elan edib. İstifadəçilər onunla səsli əmrlər vasitəsilə qarşılıqlı əlaqə qura bilirlər.
Google Photos şəkilləri səsli və mətnli əmrlər vasitəsilə redaktə etməyi öyrənib

Google Photos şəkilləri səsli və mətnli əmrlər vasitəsilə redaktə etməyi öyrənib
Google şirkəti Made by Google tədbirində Google Photos üçün yeni “Edit by asking” funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərə fotolarda dəyişiklikləri səsli sorğu və ya mətn təsviri vasitəsilə etmək imkanı verəcək.
Ağılllı evlər üçün nəzərdə tutulmuş Gemini for Home süni intellekt köməkçisi təqdim edilib

Ağılllı evlər üçün nəzərdə tutulmuş Gemini for Home süni intellekt köməkçisi təqdim edilib
Google ağıllı evlər üçün Gemini for Home adlı yeni səsli köməkçisinin istifadəyə verildiyini elan edib. Məlumata görə, süni intellekt əsasında işləyən Gemini for Home köməkçisi artıq bu ilin oktyabrında Nest ağıllı səsgücləndiricilərində və ekranlarında standart Google Assistant-ı əvəz edəcək.
Həftənin xəbərləri

