main-post-cover

    ChatGPT öz cavablarının tərtibatında Google Search-ün məlumatlarından istifadə edir

    Proqram Təminatı
    25.08.2025
    Emil Nəcəfov
         ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti, onlayn axtarış sahəsində Google ilə rəqabəti davam etdirir. Buna baxmayaraq, şəbəkə mənbələrinin məlumatına görə, şirkət öz çat-botunu öyrətmək və dəstəkləmək üçün Google axtarış sisteminin məlumatlarından istifadə edir. Mövcud məlumata əsasən, OpenAI Texas ştatının Ostin şəhərində yerləşən veb-məlumatların parsinq xidməti SerpApi vasitəsilə Google axtarışından toplanan məlumatlardan yararlanır. Bu məlumatlardan ChatGPT onlayn rejimdə cavablar yaratmaq üçün istifadə edir, xüsusən də xəbərlər, idman və maliyyə bazarları kimi sahələrdə. Yəni OpenAI-nin öz alətlərinin rəqiblərdən geri qaldığı istiqamətlərdə. Əgər Google-un bu mövzuda əvvəlki mövqeyini nəzərə alsaq, bu xəbər xüsusilə təəccüblü görünür. ABŞ Ədliyyə Nazirliyi ilə davam edən antiinhisar işində açıqlanmış sənədlər göstərir ki, ötən il axtarış nəhəngi OpenAI-nin ChatGPT-nin işini yaxşılaşdırmaq üçün öz indeksinə çıxışla bağlı birbaşa sorğusunu rədd etmişdi.
         Bununla belə, hazırda OpenAI ChatGPT üçün Google-un bulud platformasının serverlərini icarəyə götürür. Bunu biznes praqmatizminin rəqabətdən doğan gərginliyi aşa bildiyinə dair bir siqnal kimi qiymətləndirmək olar. Qeyd edək ki, SerpApi xidmətinin müştəri siyahısı yalnız OpenAI ilə məhdudlaşmır. Mənbənin məlumatına görə, Meta Platforms, Apple və axtarış sahəsində ChatGPT-nin rəqibi olan Perplexity kimi digər texnologiya nəhəngləri də SerpApi-dən istifadə edirlər. Aydın fikir ayrılıqlarına baxmayaraq, Google hələlik bu xidməti bağlamaq üçün hüquqi addımlar atmayıb. Görünür, bu, axtarış nəhənginə sənaye tənzimləyiciləri tərəfindən göstərilən təzyiqlə bağlıdır ki, nəticədə Google-u öz axtarış indeksini rəqiblərə açmağa məcbur edə bilərlər. Elə görünür ki, OpenAI həqiqətən də Google axtarış sistemindən istifadə edir. Bunu yoxlamaq üçün keçmiş Google mühəndisi Abhishek Iyer yalnız Google-un indeksində görünən bir neçə saxta veb-səhifə yaradıb.
         Daha sonra o, həmin səhifələrdə yerləşdirilən məlumatlarla bağlı ChatGPT-yə suallar verib. Nəticədə ChatGPT cavablarında məhz həmin səhifələrdən məlumatları təqdim edib. Bu isə göstərir ki, Google-un axtarış indeksinin fraqmentləri həqiqətən də OpenAI-nin süni intellekt botu tərəfindən istifadə olunur. Bu vacibdir, çünki Google-un axtarış nəticələrinin yuxarı hissəsində istifadəçi sorğularına verilən qısa cavablar şirkətin öz alqoritmləri vasitəsilə formalaşdırılır. Görünür, OpenAI-nin belə keyfiyyətli cavablar yaratmaq üçün öz axtarış robotu və Microsoft Bing-in axtarış API-sinə tam çıxışı çatışmır, xüsusən də mürəkkəb və dolaşıq sorğuların emalı zamanı. ChatGPT sürətlə böyüsə də və həftəlik istifadəçi auditoriyası artıq 700 milyon nəfərə çatsa da, miqyas baxımından hələ də Google-dan geri qalır. Axtarış nəhəngi ildə 5 trilyondan çox sorğunu emal edir və artım tempi yüksək olaraq qalır. Aydındır ki, gələcəkdə şirkətlər arasında onlayn axtarış sahəsində rəqabət daha da güclənəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk OpenAI-nin alınmasında Mark Zuckerberg-in də iştirak etməsini istəyirmiş
    elon-musk-openai-nin-alinmasinda-mark-zuckerberg-in-de-istirak-etmesini-isteyirmis
    Google-un süni intellekt modeli hər sorğuya 5 damcı su sərf edir
    google-un-suni-intellekt-modeli-her-sorguya-5-damci-su-serf-edir
    Gemini Live köməkçisi dünyanı smartfon kamerası vasitəsilə görmək imkanını əldə edib
    gemini-live-komekcisi-dunyani-smartfon-kamerasi-vasitesile-gormek-imkanini-elde-edib
    Google Photos şəkilləri səsli və mətnli əmrlər vasitəsilə redaktə etməyi öyrənib
    google-photos-sekilleri-sesli-ve-metnli-emrler-vasitesile-redakte-etmeyi-oyrenib
    Ağılllı evlər üçün nəzərdə tutulmuş Gemini for Home süni intellekt köməkçisi təqdim edilib
    agillli-evler-ucun-nezerde-tutulmus-gemini-for-home-suni-intellekt-komekcisi-teqdim-edilib