main-post-cover

    Huawei öz noutbuklarında Windows-dan HarmonyOS-ə keçə bilər

    Cihazlar+
    18.03.2025
    Emil Nəcəfov
         Huawei MateBook noutbukları Windows-dan HarmonyOS-a keçə bilər. Huawei MateBook noutbukları uzun illər Windows əməliyyat sistemi ilə təchiz olunurdu, lakin bu vəziyyət yaxın zamanda dəyişə bilər. Məlumatlara görə, Microsoft-un Huawei ilə Windows lisenziyası bu ayın sonunda başa çatır. Bu, şirkəti yeni həll yolları axtarmağa və ya öz əməliyyat sistemi olan HarmonyOS-i seçməyə vadar edə bilər.
         Huawei-nin yüksək vəzifəli menecerlərindən biri şirkətin yeni nəsil kompüterlərində Windows-dan imtina edərək HarmonyOS-a keçəcəyini bildirmişdi. Bunun əsas səbəbi kimi ABŞ-ın tətbiq etdiyi sanksiyalar göstərilir, çünki Microsoft Huawei-yə Windows əməliyyat sisteminə çıxışı bağlamağa məcbur ola bilər. Huawei-nin istehlakçı məhsulları bölməsinin rəhbəri Richard Yu deyib: "Sanksiyalara görə, Windows ilə təchiz olunmuş PC-lərin tədarükü dayana bilər və bu, sonuncu partiya ola bilər. Gələcəkdə bizim kompüterlərimiz yalnız HarmonyOS istifadə edəcək".
         Huawei bir neçə müddət bundan öncə MateBook D 16 Linux Edition adlı yeni noutbukunu təqdim etdi. Bu model əvvəlki versiyaya bənzəyir, lakin Windows əvəzinə Linux əməliyyat sistemi ilə işləyir. Şirkətin Windows-u əvəz etmək üçün hələ tam hazır olmayan HarmonyOS-ə keçid etməzdən əvvəl Linux-u müvəqqəti həll kimi istifadə edəcəyi ehtimal olunur. Huawei-nin noutbuklarında HarmonyOS-in istifadəsi Avropa bazarında satışlarla bağlı suallar doğurur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HarmonyOS Çində iOS-i geridə qoyub
    harmonyos-cinde-ios-i-geride-qoyub
    Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
    huawei-ve-xiaomi-taxila-bilen-cihazlar-bazarinin-yarisini-idare-edirler
    Qlobal bazarda Huawei Band 10 smart qolbağı təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-band-10-smart-qolbagi-teqdim-edilib-qiymeti
    Qlobal bazarda Huawei MatePad Pro 13.2 2025 planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matepad-pro-132-2025-planseti-teqdim-edilib-qiymeti
    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-in-qlobal-versiyasi-teqdim-edilib-qiymeti