main-post-cover

    Nothing Phone (3a) seriyasının hansı prosessorları əldə edəcəyi rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    13.02.2025
    Emil Nəcəfov
         Nothing rəsmi olaraq təsdiqləyib ki, qarşıdan gələn Nothing Phone (3a) smartfon seriyası Snapdragon prosessorları ilə təchiz ediləcək. Bu, əvvəlki Nothing Phone (2a) modellərində istifadə olunmuş MediaTek Dimensity prosessorlarından Snapdragon-a keçidi ifadə edir. Bu barədə Nothing-in baş direktoru Carl Pei bildirib ki, Snapdragon prosessoru vasitəsilə çalışan Nothing Phone (3a) modelinin performansı 25% daha yüksəkdir.
         Üstəlik Snapdragon-un neyron çipi isə MediaTek Dimensity 7350 Pro ilə təchiz olunmuş Nothing Phone (2a) Plus ilə müqayisədə 72% daha sürətli olacaq. Hələlik şirkət yeni prosessorun dəqiq texniki xüsusiyyətlərini açıqlamasa da, şayiələrə görə, bu, Snapdragon 7s Gen 3 ola bilər. Nothing Phone (3a) seriyasının təqdimatı 4 mart tarixinə planlaşdırılıb. Gözlənilir ki, şirkət yaxın həftələrdə smartfonun dizaynı və digər xüsusiyyətləri ilə bağlı daha çox məlumat paylaşacaq.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing şəffaf dizayna sahib yeni naqilsiz qulaqlığı üzərində çalışır
    nothing-seffaf-dizayna-sahib-yeni-naqilsiz-qulaqligi-uzerinde-calisir
    Nothing Phone (3a) smartfonu iPhone 16 seriyasının özəlliklərindən birini əldə edəcək
    nothing-phone-3a-smartfonu-iphone-16-seriyasinin-ozelliklerinden-birini-elde-edecek
    Nothing Phone (3a) smartfon seriyasının təqdimatı anons edilib
    nothing-phone-3a-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Nothing Phone (3)-ün təqdimatı anons edilib
    nothing-phone-3-un-teqdimati-anons-edilib
    Nothing növbəti smartfonuna dair qeyri-adi tizer fotonu bölüşüb
    nothing-novbeti-smartfonuna-dair-qeyri-adi-tizer-fotonu-bolusub