main-post-cover

    Nothing Phone (3a) smartfonlarının kameraları barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    18.02.2025
    Emil Nəcəfov
         Nothing Phone (3a)(3a) Pro təqdimatına az qalmış, bu smartfonların əsas xüsusiyyətlərini açıqlayan yeni məlumatlar internetdə yayımlanıb. Bu dəfə sızmanın mənbəyi cihazların kamera xüsusiyyətləri ilə bağlı detalları paylaşıb. Məlumata görə:
    - Nothing Phone (3a) 2 qat optik zoomlu teleobyektivə sahib olacaq
    - Nothing Phone (3a) Pro isə 3 qat optik zoom dəstəkləyən telefotokamera ilə təchiz ediləcək.
         Bu arada, Nothing şirkətinin X sosial şəbəkəsindəki rəsmi hesabında sirli bir tizer yayımlanıb. Bu tizerdə görünən xüsusi nöqtələrin Nothing Phone (3a) və (3a) Pro modellərinin kamera dizaynına aid olduğu ehtimal edilir. Buna görə də, smartfonlardan birinin kamera sensorları şaquli düzülüşdə, digərinin isə L hərfi formasında ola bilər.
         Daha öncəki məlumat sızıntılarına inansaq, smartfonlardan biri 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.72 düym ölçülü AMOLED ekranla təchiz olunacaq, Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq, özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək və 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Qeyd etmək lazımdır ki, Nothing Phone (3a) seriyasının təqdimatı 4 mart tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (3a) seriyasının hansı prosessorları əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
    nothing-phone-3a-seriyasinin-hansi-prosessorlari-elde-edeceyi-resmi-sekilde-aciqlanib
    Nothing şəffaf dizayna sahib yeni naqilsiz qulaqlığı üzərində çalışır
    nothing-seffaf-dizayna-sahib-yeni-naqilsiz-qulaqligi-uzerinde-calisir
    Nothing Phone (3a) smartfonu iPhone 16 seriyasının özəlliklərindən birini əldə edəcək
    nothing-phone-3a-smartfonu-iphone-16-seriyasinin-ozelliklerinden-birini-elde-edecek
    Nothing Phone (3a) smartfon seriyasının təqdimatı anons edilib
    nothing-phone-3a-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    Nothing Phone (3)-ün təqdimatı anons edilib
    nothing-phone-3-un-teqdimati-anons-edilib