
REDMI Turbo 4 Pro-nun dizaynı sərgilənib və təqdimat tarixi elan edilib
Cihazlar+
22.04.2025
Emil Nəcəfov
Xiaomi şirkətinin REDMI brendi təqdimata hazırlaşan REDMI Turbo 4 Pro smartfonunun xarici görünüşünü sərgiləyib və onun təqdimat tarixini rəsmi şəkildə açıqlayıb. Beləliklə REDMI-nin elanına əsasən REDMI Turbo 4 Pro smartfonu 24 aprel tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, adi REDMI Turbo 4 modeli bu ilin yanvar ayında təqdim olunmuşdu. Təqdim edilmiş posterlərdən də görmək olar ki, yeni smartfon xarici görünüşcə ümumilikdə adi REDMI Turbo 4 modelinə bənzəyir. REDMI Turbo 4 Pro özündə yastı gövdə dizaynını və arxa paneldən oval formalı kamera sahəsini birləşdirir. Bundan əlavə olaraq REDMI təsdiqləyib ki, bu yeni smartfon 1.5K keyfiyyətli 6.83 düym ölçülü ekranla təchiz olunub. Ekranın kənar və yuxarı çərçivələrinin qalınlığı 1.5 mm, aşağı çərçivəsinin qalınlığı isə 1.9 mm təşkil edir.




Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
REDMI Watch Move smart saatı təqdim olunub - QİYMƏTİ

REDMI Watch Move smart saatı təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi REDMI Watch Move adlı yeni smart saatını təqdim edib. REDMI Watch Move kvadrat formalı gövdəni əldə edib və 450x390 piksel keyfiyyətli 1.85 düym ölçülü AMOLED ekranla təchiz olunub.
REDMI Monitor G Pro 27U gaming monitoru təqdim edilib

REDMI Monitor G Pro 27U gaming monitoru təqdim edilib
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI Monitor G Pro 27U adlanır. Beləliklə bu yeni monitor iki rejim çərçivəsində çalışa bilir.
REDMI Turbo 4 Pro-nun yaxın zamanda təqdimatı rəsmi şəkildə elan edilib

REDMI Turbo 4 Pro-nun yaxın zamanda təqdimatı rəsmi şəkildə elan edilib
Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI Turbo 4 Pro smartfonunun təqdim olunacağını rəsmi şəkildə təsdiqləyib. Belə ki, brend bu mövzu ilə bağlı rəsmi tizer posterini təqdim edib.
Apple Çin bazarını itirməyə davam edir

Apple Çin bazarını itirməyə davam edir
IDC-nin press-relizində qeyd olunduğu kimi, ötən rübdə Çində smartfon seqmenti ümumilikdə 3.3% artaraq 71.6 milyon ədədə çatıb.
Xiaomi 4K Monitor A27Ui monitoru təqdim edilib

Xiaomi 4K Monitor A27Ui monitoru təqdim edilib
Xiaomi şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Xiaomi 4K Monitor A27Ui adlanır.
Həftənin xəbərləri

