
REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
24.04.2025
Emil Nəcəfov
Xiaomi-nin REDMI brendi REDMI Turbo 4 Pro subflaqman smartfonunu təqdim edib. Bu ilin yanvar ayında təqdim olunmuş adi REDMI Turbo 4-ün davamçısı olan bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 7000 mAh-dan daha böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI Turbo 4 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.

Üstəlik REDMI Turbo 4 Pro-nun gövdəsi IP66/68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8s Gen 4 prosesssoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI Turbo 4 Pro özündə 50 MP + 8 MP ikili arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 7550 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI Turbo 4 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 279$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimatdan 1 gün öncə REDMI Turbo 4 Pro smartfonu Geekbench testlərindən keçib

Təqdimatdan 1 gün öncə REDMI Turbo 4 Pro smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin REDMI brendi artıq sabah REDMI Turbo 4 Pro smartfonunu təqdim edəcək. Məlum olub ki, təqdimatdan 1 gün qabaq bu yeni smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində REDMI Turbo 4 Pro barəsində bəzi təfərrüatlar ortaya çıxıb.
REDMI Turbo 4 Pro-nun dizaynı sərgilənib və təqdimat tarixi elan edilib

REDMI Turbo 4 Pro-nun dizaynı sərgilənib və təqdimat tarixi elan edilib
Xiaomi şirkətinin REDMI brendi təqdimata hazırlaşan REDMI Turbo 4 Pro smartfonunun xarici görünüşünü sərgiləyib və onun təqdimat tarixini rəsmi şəkildə açıqlayıb.
REDMI Watch Move smart saatı təqdim olunub - QİYMƏTİ

REDMI Watch Move smart saatı təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi REDMI Watch Move adlı yeni smart saatını təqdim edib. REDMI Watch Move kvadrat formalı gövdəni əldə edib və 450x390 piksel keyfiyyətli 1.85 düym ölçülü AMOLED ekranla təchiz olunub.
REDMI Monitor G Pro 27U gaming monitoru təqdim edilib

REDMI Monitor G Pro 27U gaming monitoru təqdim edilib
Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI Monitor G Pro 27U adlanır. Beləliklə bu yeni monitor iki rejim çərçivəsində çalışa bilir.
REDMI Turbo 4 Pro-nun yaxın zamanda təqdimatı rəsmi şəkildə elan edilib

REDMI Turbo 4 Pro-nun yaxın zamanda təqdimatı rəsmi şəkildə elan edilib
Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI Turbo 4 Pro smartfonunun təqdim olunacağını rəsmi şəkildə təsdiqləyib. Belə ki, brend bu mövzu ilə bağlı rəsmi tizer posterini təqdim edib.
Həftənin xəbərləri

