main-post-cover

    Təqdimatdan 1 gün öncə REDMI Turbo 4 Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    23.04.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi artıq sabah REDMI Turbo 4 Pro smartfonunu təqdim edəcək. Məlum olub ki, təqdimatdan 1 gün qabaq bu yeni smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində REDMI Turbo 4 Pro barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Geekbench-in məlumatlar bazasına əsasən smartfon Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, REDMI Turbo 4 Pro qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 2127 xal, çoxnüvəli testi çərçivəsində isə 6724 xal toplayıb. Qeyd etmək lazımdır ki, REDMI artıq təsdiqləyib ki, sözügedən yeni smartfon 1.5K keyfiyyətli 6.83 düym ölçülü ekranla təchiz olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI Turbo 4 Pro-nun dizaynı sərgilənib və təqdimat tarixi elan edilib
    redmi-turbo-4-pro-nun-dizayni-sergilenib-ve-teqdimat-tarixi-elan-edilib
    REDMI Watch Move smart saatı təqdim olunub - QİYMƏTİ
    redmi-watch-move-smart-saati-teqdim-olunub-qiymeti
    REDMI Monitor G Pro 27U gaming monitoru təqdim edilib
    redmi-monitor-g-pro-27u-gaming-monitoru-teqdim-edilib
    REDMI Turbo 4 Pro-nun yaxın zamanda təqdimatı rəsmi şəkildə elan edilib
    redmi-turbo-4-pro-nun-yaxin-zamanda-teqdimati-resmi-sekilde-elan-edilib
    Apple Çin bazarını itirməyə davam edir
    apple-cin-bazarini-itirmeye-davam-edir