
Google Gemini avtomobillərdə, televizorlarda və s. cihazlarda istifadəyə veriləcək
Proqram Təminatı
14.05.2025
Emil Nəcəfov
Google şirkəti süni zəka əsaslı Gemini köməkçisini Google TV ilə çalışan cihazlara, Android Auto sistemli avtomobillərə, WearOS əməliyyat sistemi ilə çalışan ağıllı saatlara və Android XR ilə işləyən qarışıq reallıq cihazlarına gətirməyi planlaşdırır. Google dəqiq tarix göstərməsə də, Gemini-nin müxtəlif cihaz növlərində nə vaxt əlçatan olacağına dair ipucları verib. Google-un tərtibatçılar üçün bloqunda qeyd olunur ki, Google TV-də “uşaqlarınız üçün yaşa uyğun filmləri soruşa və ən yaxşı tövsiyələri ala bilərsiniz”. Nümunə olaraq istifadəçinin Gemini-dən ibtidai sinif şagirdinə Günəş sistemi haqqında danışmağını istədiyi bir vəziyyət təqdim olunur. Bu zaman alqoritm qısa izahat yaradır və “Ətraflı öyrən” düyməsinə toxunduqda istifadəçi YouTube-da Günəş sistemi haqqında mövzuya uyğun videolara baxa bilir.

Gemini süni zəka köməkçisi Google TV-yə bu ilin sonlarına doğru inteqrasiya ediləcək. Avtomobillərdə Gemini, Google Assistant köməkçisini daha da təkmilləşdirəcək və o, hərəkət zamanı nə istədiyinizi təbii dil əsasında anlamaq qabiliyyətinə sahib olacaq. Məsələn, Gemini istifadəçinin hərəkət marşrutu üzrə ən yaxın elektrik doldurma stansiyasını tapa biləcək. Həmçinin, o, mesajlaşma tətbiqlərinə qoşularaq daxil olan mesajları ümumiləşdirmək bacarığına malik olacaq. Gemini, Android Auto sistemində qarşıdakı aylarda istifadəyə veriləcək.
WearOS əməliyyat sistemində süni zəka köməkçisi istifadəçilərə səsli köməkçi ilə təbii dildə ünsiyyət qurmağa imkan verəcək. Bunun üçün düzgün söz seçmək və ya ağıllı saatın kiçik ekranında mesaj yazmaq lazım olmayacaq. Bu, xüsusilə qaçış zamanı hər hansı bir məlumatı dəqiqləşdirmək kimi vəziyyətlərdə faydalı ola bilər. Gemini-nin WearOS ilə inteqrasiyası qarşıdakı aylarda həyata keçiriləcək. Tərtibatçılar həmçinin bildiriblər ki, Gemini Samsung tərəfindən hazırlanan Android XR əsaslı ilk qarışıq reallıq cihazına da inteqrasiya ediləcək. Gözlənilir ki, bu cihazın sahibləri süni zəka köməkçisini ilin sonuna kimi sınaqdan keçirə biləcəklər.
Mənbə: The Verge
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Search-də AI Mode düyməsi test edilir

Google Search-də AI Mode düyməsi test edilir
Bəzi Google axtarış sisteminin istifadəçiləri xidmətin əsas səhifəsində AI Mode adlı süni zəka botunun peyda olmasına diqqət yetiriblər.
Sam Altman: "ChatGPT axtarış sistemi mövzusunda Google-u əvəz edə bilməyəcək"

Sam Altman: "ChatGPT axtarış sistemi mövzusunda Google-u əvəz edə bilməyəcək"
OpenAI şirkətinin baş direktoru Sam Altman bildirib ki, artıq internet axtarışı üçün Google-dan istifadə etmir və üstünlüyü ChatGPT-yə verir. Lakin ABŞ Senatında keçirilən dinləmələr zamanı o, etiraf edib ki, süni zəka, istifadəçi davranışındakı dəyişikliklərə və süni zəka əsaslı axtarış sistemlərinin inkişafına baxmayaraq, Google-un əsas axtarış xidməti rolunu əvəz edə bilməyəcək.
Google Chrome istifadəçilərini süni zəka vasitəsilə qoruyacaq

Google Chrome istifadəçilərini süni zəka vasitəsilə qoruyacaq
Google şirkəti Chrome brauzer istifadəçilərini onlayn dələduzluqdan qorumaq üçün süni zəka əsaslı yeni alətlər təqdim edib. Yenilik, istifadəçinin cihazında lokal şəkildə işləyən böyük dil modeli (LLM) olan Gemini Nano ilə bağlıdır.
Android-də batareyanın vəziyyəti funksiyası məhdud sayda smartfonda istifadəyə veriləcək

Android-də batareyanın vəziyyəti funksiyası məhdud sayda smartfonda istifadəyə veriləcək
Google, zaman keçdikcə Android smartfonlarının niyə daha tez enerji itirdiyini anlamağa kömək edəcək batareya vəziyyəti göstəricisinin inteqrasiyası üzərində çalışır.
Google-un iOS tətbiqində Simplify adlı faydalı funksiya istifadəyə verilib

Google-un iOS tətbiqində Simplify adlı faydalı funksiya istifadəyə verilib
Google süni zəka əsaslı yeni funksiyanı təqdim edib. Bu funksiya iPhone istifadəçilərinə internetdə rast gəlinən çətin terminologiyanı daha asan anlamaqda kömək edəcək.
Həftənin xəbərləri

