
Süni intellekt İT sahədə karyera startını çətinləşdirib
Süni İntellekt
27.08.2025
Emil Nəcəfov
Stenford Universitetinin yeni araşdırması göstərir ki, süni intellekt alətləri proqram təminatının hazırlanması və müştəri xidməti sahəsində yeni başlayanların iş tapmasını çətinləşdirir. Araşdırmada qeyd olunur ki, gənc və təcrübəsiz mütəxəssislərin işə qəbul tempində yavaşlama müşahidə edilir. Hərçənd Massaçusets Texnologiya İnstitutunun bir müddət əvvəl apardığı bir araşdırma göstərib ki, şirkətlərin əksəriyyəti süni intellektdən istifadə nəticəsində mənfəətdə ciddi artım görməyiblər, bu, onların bu texnologiyanı müxtəlif formalarda tətbiq etmələrinə mane olmur. Bəzi sahələrdə belə tətbiq, başlanğıc səviyyəsində iş axtaranların karyera perspektivlərinə mənfi təsir göstərə bilər. Stenford Universitetinin, həmmüəllifi iqtisadçı Erik Brynjolfsson və Rəqəmsal İqtisadiyyat Laboratoriyasının tədqiqatçıları olan araşdırması göstərib ki, son 3 il ərzində süni intellekt təsirinə ən çox məruz qalan sahələrdə - mühasiblərin, proqramçıların və inzibati köməkçilərin çalışdıqları sahələrdə - karyerasına yeni başlayan insanların məşğulluğu 13% azalıb.

Bu, xüsusilə 22-25 yaş arası gənc işçilərə təsir edib. Halbuki həmin dövr üçün aparılmış araşdırmada digər başlanğıc səviyyəli sahələrdə, məsələn, xəstələrə qulluq sahəsində məşğulluğun artdığı qeyd olunub. Eyni zamanda, araşdırmada izlənilən şirkətlərdə daha yüksək təcrübə tələb edən vəzifələr ya dəyişməyib, ya da genişlənib. Bu isə onu göstərə bilər ki, süni intellektdən istifadə edən daha təcrübəli əməkdaşlar gənc işçilərin bəzi funksiyalarını üzərinə götürərək daha məhsuldar ola bilirlər. Araşdırma çərçivəsində avtomatik məlumat emalı sistemi (ADP) üzrə məlumatlar izlənilib, həmçinin ABŞ-da milyonlarla işçini əhatə edən minlərlə şirkətin əməkhaqqı cədvəlləri nəzərdən keçirilib. Süni intellektin məşhurluğu onun sürətli tətbiqinin məşğulluğa necə təsir edəcəyi barədə mübahisələrə səbəb olub. Bir arqumentə görə, texnologiya müəyyən sahələrdə sadə funksiyaları avtomatlaşdıra bilər və insanı əvəz edə bilər.

Digər arqument isə bildirir ki, süni intellekt alətləri əmək məhsuldarlığını artıra, ümumi səmərəliliyi yüksəldə bilər və bu, başlanğıc səviyyəli rolların aradan qalxmasına deyil, məhsuldarlığın artırılmasına xidmət edə bilər. Stenford tədqiqatçılarının nəticələrinə görə, hər iki arqument doğru ola bilər. Lakin bu, gələcəkdə oxşar vakansiyaların necə doldurulacağı sualını gündəmə gətirir. Əgər süni intellekt artıq yüksək ixtisaslı və məhsuldar işçilərin səmərəliliyini artıracaq, amma eyni zamanda onlara bu təcrübə və bacarıqları qazanmağa imkan verən rolları aradan qaldıracaqsa, onda növbəti nəsil proqramçılar, mühasiblər və inzibati köməkçilər haradan yetişəcək? Bəzi sənaye liderləri hesab edirlər ki, bu rolları sadəcə süni intellekt əvəz edəcək, digərləri isə düşünür ki, bu daha yaradıcı təşəbbüslərin inkişafına gətirib çıxara bilər: insanlar ideyalar irəli sürəcək, süni intellekt isə onları reallaşdıracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellekt hüquqlarının qorunması üzrə ilk təşkilat yaradılıb

Süni intellekt hüquqlarının qorunması üzrə ilk təşkilat yaradılıb
ABŞ-da süni intellekt hüquqlarını qorumaq üçün bir təşkilat yaradılıb. Süni İntellekt Hüquqlarının Müdafiəsi üzrə Birləşmiş Fond - Ufair (United Foundation of AI Rights) özünü ilk hüquq-müdafiə qurumu adlandırır ki, burada insanlar ilə yanaşı idarə heyətində 7 süni intellekt də yer alır.
Google əməkdaşları süni intellekt alətlərini yaratmaqla yanaşı gündəlik həyatda onları istifadə etməlidirlər

Google əməkdaşları süni intellekt alətlərini yaratmaqla yanaşı gündəlik həyatda onları istifadə etməlidirlər
Son aylarda Google rəhbərliyi əməkdaşlara təzyiqi gücləndirib, onlardan yalnız süni intellekt əsasında məhsullar yaratmağı deyil, həm də bu alətlərdən gündəlik işdə aktiv istifadə etməyi tələb edir.
Süni intellektdin rifahını araşdırmaq vaxtından əvvəl və təhlükəlidir

Süni intellektdin rifahını araşdırmaq vaxtından əvvəl və təhlükəlidir
Alimlər və süni intellekt tərtibatçıları getdikcə daha çox sual edirlər ki, süni intellekt modelləri nə vaxt canlı varlıqların təcrübəsinə bənzər subyektiv təcrübə qazana biləcəklər və əgər qazana bilsələr, hansı hüquqlara malik olmalıdırlar?
Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək

Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək
Meta Platforms şirkəti generativ süni intellekt alqoritmlərinin yaradıcısı Midjourney ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Əməkdaşlığın məqsədi onun “estetik texnologiyalarını lisenziyalaşdırmaq” və Meta-nın öz süni intellekt modelləri və məhsullarında istifadə etməkdir.
Yeni süni intellekt texnologiyaları təhsil sahəsini tamamilə dəyişəcək

Yeni süni intellekt texnologiyaları təhsil sahəsini tamamilə dəyişəcək
Təhsil sektoru həmişə innovativliyi ilə seçilib, lakin son illərdə təhsil texnologiyaları (EdTech) misilsiz bir transformasiya yaşayıb. İntellektual texnologiyaların sürətli inkişafı EdTech həllərini daha fərdiləşdirilmiş, əlçatan və cəlbedici edib, bu isə tələbələrin öyrənmə metodlarına, müəllimlərin işinə və təhsil müəssisələrinin fəaliyyətinə ciddi təsir göstərib.
Həftənin xəbərləri

