main-post-cover

    Süni intellektdin rifahını araşdırmaq vaxtından əvvəl və təhlükəlidir

    Süni İntellekt
    25.08.2025
    Emil Nəcəfov
         Alimlər və süni intellekt tərtibatçıları getdikcə daha çox sual edirlər ki, süni intellekt modelləri nə vaxt canlı varlıqların təcrübəsinə bənzər subyektiv təcrübə qazana biləcəklər və əgər qazana bilsələr, hansı hüquqlara malik olmalıdırlar? Silikon Vadisində bu mövzuya “Süni intellekt rifahı” adı verilib. Bir neçə gün əvvəl Microsoft şirkətinin süni intellekt üzrə baş direktoru Mustafa Suleyman bir paylaşım edərək bildirib ki, süni intellekt rifahını öyrənməklə məşğul olmaq “vaxtından əvvəl və, açığı, təhlükəlidir”. Suleyman-ın fikrincə, süni intellektin bir gün şüur qazana biləcəyi ideyasını dəstəkləyən tədqiqatçılar əslində texnologiyanın özü və insanlarda çat-botlara qeyri-sağlam bağlılıq səbəbindən yaranan psixotik pozuntuların ziyanını daha da artırırlar. Bu problemləri biz indi ətrafımızda müşahidə etməyə başlayırıq, amma onların sayı sürətlə artır.
    Mustafa Suleyman:
         Bundan əlavə, Microsoft-un süni intellekt şöbəsinin rəhbəri iddia edir ki, süni intellekt rifahı ilə bağlı məsələlərin müzakirəsi artıq kimlik və hüquqlar üzərində qütbləşmiş mübahisələrlə çalxalanan dünyada süni intellekt hüquqları barədə cəmiyyətdə yeni parçalanma yaradır. Suleyman-ın baxışı bir çox digər sahə nümayəndələrinin fikirlərindən fərqlənir. Spektrin digər tərəfində isə Anthropic şirkəti dayanır. O, süni intellekt rifahını öyrənmək üçün tədqiqatçılar cəlb edir və bir müddət əvvəl süni intellekt rifahı konsepsiyasına həsr olunmuş xüsusi tədqiqat proqramı işə salıb. 1 həftə əvvəl Anthropic bəzi süni intellekt modellərinə yeni funksiya əlavə etdi: artıq Claude adlı çat-bot, əgər insanlar narahat və təhqiredici davranırlarsa, söhbəti dayandıra bilər. Anthropic-dən əlavə, süni intellekt rifahının öyrənilməsi ilə OpenAI də məşğul olur.
         Google DeepMind isə yaxınlarda tədqiqatçı üçün vakansiya dərc edib, hansı ki, o, machine learning, şüur və çoxagentli sistemlərlə bağlı qabaqcıl sosial məsələləri öyrənəcək. Hətta süni intellekt rifahı bu şirkətlərin rəsmi siyasəti olmasa da, onların rəhbərləri Suleyman-ın əksinə olaraq bu prinsipləri açıq şəkildə qınamırlar. Süni intellekt rifahı ideyası çat-botların yaranması ilə geniş yayılıb. 2024-cü ildə Eleos adlı tədqiqat qrupu Nyu-York, StenfordOksford universitetlərinin alimləri ilə birlikdə “Taking AI Welfare Seriously” (“Süni intellekt rifahına ciddi yanaşma”) adlı məqalə dərc ediblər. Məqalədə iddia olunurdu ki, süni intellekt modellərinin subyektiv təcrübəyə sahib olmaları artıq elmi fantastika deyil və bu məsələnin diqqətlə öyrənilməsinin vaxtı çatıb. Bununla belə, Suleyman hesab edir ki, müasir süni intellekt modelləri subyektiv təcrübələrə malik deyillər. Bəzən şüurluluq əlaməti kimi təqdim olunan hallar isə əslində sadəcə insan hisslərini təqlid etmək üçün xüsusi olaraq qurulmuş alqoritmlərdir ki, çat-bot istifadəçilərdə daha çox etibar oyatsın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta öz məhsullarında Midjourney-nin generativ alqoritmlərindən istifadə edəcək
    meta-oz-mehsullarinda-midjourney-nin-generativ-alqoritmlerinden-istifade-edecek
    Yeni süni intellekt texnologiyaları təhsil sahəsini tamamilə dəyişəcək
    yeni-suni-intellekt-texnologiyalari-tehsil-sahesini-tamamile-deyisecek
    Meta son 7 həftə ərzində Apple-dan artıq 6-cı süni intellekt mütəxəssisini özünə cəlb edib
    meta-son-7-hefte-erzinde-apple-dan-artiq-6-ci-suni-intellekt-mutexessisini-ozune-celb-edib
    Google-un süni intellekt modeli hər sorğuya 5 damcı su sərf edir
    google-un-suni-intellekt-modeli-her-sorguya-5-damci-su-serf-edir
    MIT-nin hesabatı süni intellekt sahəsindəki şirkətlərin səhmlərini çökdürüb
    mit-nin-hesabati-suni-intellekt-sahesindeki-sirketlerin-sehmlerini-cokdurub