
Fransa Google şirkətini 325 milyon avro məbləğində cərimələyib
Tech-Biznes
04.09.2025
Emil Nəcəfov
Fransanın məlumatların qorunması üzrə tənzimləyici qurumu Google-a Gmail istifadəçilərinə reklamların düzgün göstərilməməsi və Google hesablarının istifadəçi razılığı olmadan cookie fayllarından istifadə edilməsi səbəbindən 325 milyon avro məbləğində cərimə tətbiq edib. Fransa Milli Məlumatların Qorunması və Vətəndaş Azadlıqları Komissiyası (CNIL) Google-a 6 ay müddət verib ki, şirkət istifadəçilərin razılığı olmadan Gmail-də məktublarda və poçt qutularında reklam göstərməyi dayandırsın. Şirkət həmçinin reklam izləyicilərinin işlədiyi Google hesablarının yaradılması üçün istifadəçilərin qanuni razılığını almalıdır.

Əgər Fransa tənzimləyicisinin göstərdiyi tələblər müəyyən olunmuş müddətdə yerinə yetirilməsə, Google və onun İrlandiya filialı hər gecikmə günü üçün 100 000 avro məbləğində cərimə ödəməli olacaq. ABŞ şirkətinin nümayəndəsi bildirib ki, onlar qurumun qərarını öyrənirlər və istifadəçilərin Google məhsullarında gördükləri reklamları idarə etmək imkanı həmişə mövcuddur. O əlavə edib ki, son 2 il ərzində Google komissiyanın tələblərini yerinə yetirmək üçün sistemlərinə bir sıra dəyişikliklər edib. Məsələn, hesab yaradılması mərhələsində fərdiləşdirilmiş reklamdan imtina etmək üçün sadə yol və Gmail-də reklamların göstərilmə formatını dəyişmək imkanı mövcuddur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google istifadəçi konfidensiallığını pozduğuna görə 425 milyon dollar cərimə ödəməli olacaq

Google istifadəçi konfidensiallığını pozduğuna görə 425 milyon dollar cərimə ödəməli olacaq
Keçən çərşənbə günü San-Fransisko məhkəməsində keçirilmiş dinləmələrin yekununda münsiflər heyəti qərar çıxardı ki, Google şirkəti istifadəçilərin şəxsi həyat toxunulmazlığı hüququnun pozulması ilə bağlı qaldırılmış kollektiv iddia üzrə 425.7 milyon dollar kompensasiya ödəməlidir.
Google ilə Apple arasındakı milyardlarla dollar dəyərindəki müqavilə məhkəmədə bir söz sayəsində xilas edilib

Google ilə Apple arasındakı milyardlarla dollar dəyərindəki müqavilə məhkəmədə bir söz sayəsində xilas edilib
Artıq 1 ildən çoxdur ki, Google və Apple arasında bağlanacaq mümkün müqaviləyə məhkəmə qadağası ilə bağlı mübahisələr gedir. Həmin müqaviləyə əsasən, İT nəhəngi hər il iPhone istehsalçısına Safari brauzerində şirkətin axtarış sistemini standart olaraq istifadə etməsi üçün milyardlarla dollar ödəyir.
Google ödənişlə öz həllərinin Apple və digər şirkətlərin cihazlarında starndart istifadəsini davam etdirəcək

Google ödənişlə öz həllərinin Apple və digər şirkətlərin cihazlarında starndart istifadəsini davam etdirəcək
ABŞ dairə məhkəməsinin elan edilmiş qərarına görə, Google Apple və digər şirkətlərlə müqavilələr bağlayaraq onların cihazlarında və məhsullarında öz axtarış sisteminin və digər standart həllərinin istifadəsini davam etdirə biləcək.
Məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etməkdən imtina edib

Məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etməkdən imtina edib
Google şirkəti onlayn axtarış seqmentində dominant mövqeyini azaltmaq məqsədilə Chrome brauzerini satmaq məcburiyyətində qalmayacaq.
Avropa Birliyi Trump-da qəzəb oyatmamaq üçün Google şirkətini cərimələməkdən imtina edib

Avropa Birliyi Trump-da qəzəb oyatmamaq üçün Google şirkətini cərimələməkdən imtina edib
Avropa Birliyi hakimiyyəti Alphabet-ə qarşı reklam texnologiyaları bazarında dominant mövqedən sui-istifadə iddiası ilə nəzərdə tutulan cəriməni təxirə saldı.
Həftənin xəbərləri

