
Microsoft istifadəçilərin ChatGPT-dən istifadələrinə görə gəlir əldə edir
Tech-Biznes
10.06.2025
Emil Nəcəfov
Görünür, son aylar ərzində Microsoft və OpenAI arasında milyardlarla dollarlıq tərəfdaşlıq zəifləyib, çünki hər iki şirkət bir-birindən asılılığı azaltmağa çalışır. Gələcəkdə bu münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin Microsoft-un baş direktoru Satya Nadella vəziyyətə aydınlıq gətirib. O, OpenAI ilə əməkdaşlığın dəyişdiyini, lakin hələ də güclü qaldığını etiraf edib. “Tədqiqat laboratoriyasından dövrümüzün ən uğurlu məhsul yönümlü təşkilatlarından birinə çevrilmə yolunu qət etmiş istənilən şirkət üçün aydındır ki, tərəfdaşlıq kontekstində hər şey həm onlar, həm də bizim üçün dəyişməlidir” - deyə Nadella bildirib. Daha əvvəl media dəfələrlə Microsoft və OpenAI arasında yaranmış gərginliklər barədə məlumat yayıb. Hətta bəzi hallarda, Microsoft-un OpenAI-yə 13.5 milyard dollar investisiya yatırmasına baxmayaraq, tərəflərin əməkdaşlığa son qoya biləcəyi ehtimal olunurdu.

Bu ehtimalları gücləndirən faktlardan biri də OpenAI-nin ABŞ ərazisində 500 milyard dollar dəyərində süni zəka infrastrukturunun inşasını nəzərdə tutan “Stargate” layihəsində iştirakı olub. Eyni zamanda Microsoft OpenAI üçün eksklüziv bulud hesablamaları təchizatçısı statusunu itirib. Bundan əvvəl OpenAI, Microsoft-un təqdim etdiyi hesablama gücünün şirkətin tələblərini ödəmədiyini və bunun ümumi süni zəka (AGI) yaratmaq məqsədinə çatmaqda çətinlik yaratdığını bildirmişdi. Media həmçinin yazmışdı ki, Microsoft ChatGPT-nin təlimi üçün əlavə dəstək vermək istəmədiyi üçün iki böyük məlumat mərkəzi ilə razılaşmalardan imtina edib. Daha sonra OpenAI-nin rəhbəri Sam Altman bildirib ki, şirkət artıq hesablama resursu çatışmazlığı yaşamır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, Microsoft-un baş direktoru Satya Nadella bildirib ki, Microsoft OpenAI-nin texnologiyalarına çıxış əldə etməkdən məmnundur.
Satya Nadella:

“Çoxşaxəli tərəfdaşlıq - biz məhz buna fokuslanmışıq. Aramızdan birinin niyə narahat olmasına ehtiyac var ki?” - deyə Nadella qeyd edib. Görünür, Microsoft rəhbəri OpenAI ilə uzunmüddətli tərəfdaşlığa ümid edir, baxmayaraq ki, əməkdaşlıq prosesinin zamanla dəyişə biləcəyini də istisna etmir. Nadella ehtimal edir ki, gələcəkdə OpenAI başqa tərəfdaşlarla da işləyəcək. Hazırda ChatGPT-nin yaradıcı şirkəti artıq SoftBank və Oracle ilə əməkdaşlıq edir ki, süni zəka sahəsində liderliyini möhkəmlətsin. Nadella həmçinin bildirib ki, onu OpenAI-nin biznes modeli tamamilə qane edir, çünki şirkət hesablama gücünün əsas hissəsini məhz Microsoft-dan alır. “ChatGPT hər dəfə uğur qazandıqda, bu Microsoft üçün əla gündür” - deyə Nadella vurğulayıb. Aydındır ki, Microsoft ChatGPT istifadə olunduqca gəlir əldə etməyə davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT bulud yaddaşlardakı fayllarla işləməyi öyrənib

ChatGPT bulud yaddaşlardakı fayllarla işləməyi öyrənib
ChatGPT biznes istifadəçiləri üçün bulud yaddaş sistemləri ilə işləməyi öyrənib. İndi süni zəka Google Disk, Dropbox, Box, SharePoint və OneDrive platformalarına qoşularaq şirkətlərin daxili sənədləri əsasında məlumat axtara və dərin analiz (deep research) apara bilər.
NVIDIA yenidən Microsoft-u geridə qoyaraq dünyanın ən bahalı şirkətinə çevrilib

NVIDIA yenidən Microsoft-u geridə qoyaraq dünyanın ən bahalı şirkətinə çevrilib
3 iyun tarixində NVIDIA yenidən bazar dəyərinə görə lider şirkətə çevrilərək Microsoft-u geridə qoyub. Şirkətin səhmləri 2.9% bahalaşaraq bir ədəd üçün 141.40$-a çatıb.
OpenAI-nin Sora video generatoru Bing tətbiqində pulsuz olub

OpenAI-nin Sora video generatoru Bing tətbiqində pulsuz olub
Microsoft, OpenAI şirkətinə məxsus Sora süni zəka modeli vasitəsilə mətn sorğularından video yaratmağa imkan verən yeni Bing Video Creator alətinin istifadəyə verildiyini elan edib.
OpenAI ChatGPT-ni universal super-assistentə çevirmək istəyir

OpenAI ChatGPT-ni universal super-assistentə çevirmək istəyir
OpenAI, ChatGPT-ni həyatın bütün sahələrində istifadəçiyə kömək edə bilən universal super-assistentə çevirməyi planlaşdırır. Bu barədə məlumatlar mediaya Google ilə aparılan antiinhisar araşdırması çərçivəsində sızdırılan şirkətə məxsus daxili sənədlərdən məlum olub.
Elon Musk OpenAI-nın Yaxın Şərqdəki layihələrinə mane olmaq istəyib

Elon Musk OpenAI-nın Yaxın Şərqdəki layihələrinə mane olmaq istəyib
ABŞ prezidenti Donald Trump və OpenAI rəhbəri Sam Altman-ın Yaxın Şərqə son səfərindən sonra məlum oldu ki, məhz OpenAI şirkəti regionda yaradılacaq iri məlumat emalı mərkəzlərinin əsas operatoru olacaq.
Həftənin xəbərləri

