
Alimlər kainatrın ən böyük simulyasiyasını işə salıblar
Elm & Texnologiya
30.09.2025
Emil Nəcəfov
Biz simulyasiyada yaşayırıqmı? Bu suala hələlik birmənalı cavab yoxdur. Lakin Avropa Kosmik Agentliyinin Euclid kosmik teleskopuna nəzarət edən alimlər tarixdə ən böyük kainat simulyasiyasını təqdim ediblər. Bu simulyasiya 3.4 milyard qalaktikanı əhatə edir və 4 trilyondan çox hissəciyin qarşılıqlı qravitasiya təsirini izləyir. Flagship 2 adlanan simulyasiya Sürix Universitetindən astrofizik Joachim Stadel tərəfindən hazırlanmış alqoritmə əsaslanır. O, superkompüterdən istifadə edərək hesablamalar aparıb və nəticədə kainatın ətraflı virtual modelini yaradıb. Astrofiziklərin sözlərinə görə, bu kainat simulyasiyası Euclid kosmik teleskopunun məlumatlarının təhlilinə hazırlıq üçün həlledici əhəmiyyət daşıyır. 2023-cü ildə işə salınmış Euclid kosmik teleskopu bütün kainat üzrə milyardlarla qalaktikanı xəritələşdirir, qaranlıq enerji və qaranlıq materiyanın paylanmasını öyrənir.

Nəticədə teleskop gecə səmasının təxminən 1/3-ni araşdıracaq. Məlumatların nəhəng həcmini nəzərə alaraq, Flagship 2 simulyasiyası 2030-cu ildə kosmik teleskopun kosmos müşahidəsini başa çatdırmasından sonra onların emalını sürətləndirməyə kömək edəcək. Bu simulyasiya real kainatın xəritəsi deyil. Bu, mövcud fizika qanunları haqqında biliklərə əsasən yaradılmış modelləşdirilmiş mini-kainatdır və həmin qanunlar gördüyümüz hər şeyə nəzarət edir. Əvvəlcə alimlər 4 trilyon hissəciyin qarşılıqlı qravitasiya təsirini modelləşdirdilər. Bu hissəciklər qaranlıq materiya rolunda çıxış etdilər, yəni kainatın kütləsinin 85%-ni təşkil etdiyi güman edilən görünməz materiya. Astrofiziklərin fikrincə, qaranlıq materiya qalaktikaların yaranmasının əsasını təşkil edir.

Məhz qaranlıq materiyanın qravitasiyası adi materiyanın müəyyən yerlərdə toplanmasına kömək edib və nəticədə ulduzlar və qalaktikalar yaranıb. Alimlər alqoritmdən istifadə edərək kainatı müşahidələr nəticəsində əldə edilmiş real qalaktikalar dəsti ilə qaranlıq materiya vasitəsilə doldurublar. Astrofiziklər hər bir qalaktikanı parıltı, hərəkət sürəti, forma və fırlanma kimi çoxsaylı parametrlərlə tənzimləyiblər. Alimlər gözləyirlər ki, Euclid kosmik teleskopunun müşahidələri modelləşdirmə proqnozlarına yaxın olacaq, lakin sürprizlərin də ola biləcəyi istisna edilmir. Flagship 2 simulyasiyası standart kosmoloji model əsasında yaradılıb, lakin yeni müşahidələr onun düzgünlüyünü şübhə altına ata bilər.

Alimlər deyirlər ki, əldə edilən məlumatlar artıq göstərir ki, standart kosmoloji model tam olaraq doğru olmaya bilər. Astrofiziklər xüsusilə qaranlıq enerjinin sirrini öyrənməkdə maraqlıdırlar. Bu, kainatın sürətlənmiş genişlənməsini idarə edən qüvvədir. Standart kosmoloji modeldə qaranlıq enerji sabit hesab olunur, yəni zamanla dəyişməməlidir. Lakin Euclid teleskopunun müşahidələri - hansı ki, kosmosun 10 milyard illik tarixini əhatə edəcək - bunun belə olmadığını göstərə bilər. Alimlər kainatın uzaq keçmişdə necə genişləndiyini görmək və qaranlıq enerjinin həqiqətən sabit olub-olmadığını öyrənmək istəyirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Günəş sistemindəki üçüncü ulduzlararası obyektin olduqca kütləli olduğu təyin edilib

Günəş sistemindəki üçüncü ulduzlararası obyektin olduqca kütləli olduğu təyin edilib
Harvard astronomları və onların həmkarları iyul ayında kəşf edilmiş ulduzlararası 3I/ATLAS kometasını təhlil ediblər və onun anormal dərəcədə kütləvi olduğu qənaətinə gəliblər.
Donuz böyrəyini əldə etmiş pasiyent artıq 200 gündən çoxdur ki, stabil vəziyyətdə yaşayır

Donuz böyrəyini əldə etmiş pasiyent artıq 200 gündən çoxdur ki, stabil vəziyyətdə yaşayır
Çinli alimlər donuz böyrəyinin insana ksenotransplantasiyası üzrə uğurlu ara nəticələr barədə məlumat veriblər. Orqan artıq 200 gündür stabil fəaliyyət göstərir və bütün zəruri funksiyaları yerinə yetirir.
Ay ilə toqquşması gözlənilən asteroidə nüvə silahı ilə zərbə nəzərdən keçirilir

Ay ilə toqquşması gözlənilən asteroidə nüvə silahı ilə zərbə nəzərdən keçirilir
NASA-nın DART missiyası çərçivəsində Dimorf asteroidinin orbitini kosmik kamikadze zondunun toqquşması ilə dəyişdirməsi uğuru, Yer kürəsini təhlükəli asteroidlərlə toqquşmadan qoruma üsullarından birinin mümkünlüyünü göstərdi.
Yaranmaqda olan yeni planetin ilk görüntüsü əldə edilib

Yaranmaqda olan yeni planetin ilk görüntüsü əldə edilib
Alimlər planetlərin ulduz sistemlərində necə əmələ gəldiyini ümumi şəkildə təsəvvür edirlər, lakin bu prosesin bütün mərhələlərinin detalları hələ də tam aydın deyil. Xoşbəxtlikdən, kainatda saysız-hesabsız ulduzların arasında planet sistemlərinin təkamülünün hər mərhələsinə uyğun xarakterik nümunələr mövcuddur və bunları bizim sistemimizə də tətbiq etmək mümkündür.
Günəş sisteminin sərhədində fərz edilən ilkin qara dəliyin partlayışı təyin edilmiş ola bilər

Günəş sisteminin sərhədində fərz edilən ilkin qara dəliyin partlayışı təyin edilmiş ola bilər
Son günlərdə Physical Review Letters jurnalında dərc olunmuş bir məqalədə 13 fevral 2023-cü ildə qeydə alınmış rekord enerjili neytrino müasir fizikanın əsas sirlərini - qaranlıq materiyanın mahiyyətini, ilkin qara dəliklərin mövcudluğunu və onların buxarlanma prosesini izah edir.
Həftənin xəbərləri

