
Alimlər qaranlıq maddəyə sahib olmayan qalaktikanı kəşf ediblər
Elm & Texnologiya
25.04.2025
Emil Nəcəfov
Astronomlar tərkibində çox güman ki, qaranlıq maddə olmayan bir qalaktika aşkarlayıblar. Bu maddə kainatın əsas kütləsini təşkil edən, tutula bilməyən bir substansiyadır. Lakin bu qalaktikanın necə formalaşdığını alimlər hələlik izah edə bilmirlər, baxmayaraq ki, bəzi ehtimallar mövcuddur. Qaranlıq maddə - görünməyən və kainatda üstünlük təşkil edən maddə - öz cazibə qüvvəsi ilə qalaktikaların yaranmasını və inkişafını təmin edir. Lakin indi astronomlar elə bir qalaktika tapıblar ki, tərkibində qaranlıq maddə yoxdur və bu, alimləri ciddi şəkildə çaşdırıb. FCC 224 adlanan bu qalaktika cırtdan qalaktikadır və bizdən 65 milyon işıq ili uzaqlığında yerləşir.

Astronomlar bu qalaktikanı ilk dəfə ötən il aşkarlayıblar və onun əsas xüsusiyyətlərindən biri çox parlaq və sıx ulduz yığımının mövcudluğudur. Belə sayda ulduz yığımının olması olduqca qeyri-adi görünür, xüsusilə nəzərə alsaq ki, bu, iri deyil, nisbətən kiçik ölçüyə malik cırtdan bir qalaktikadır. Adətən belə çoxlu ulduz yığımına tərkibində çoxlu miqdarda qaranlıq maddə olan iri qalaktikalarda rast gəlinir. Lakin alimlər hesab edirlər ki, FCC 224 qalaktikasında qaranlıq maddə yoxdur. Bununla yanaşı, bu qalaktika digər qalaktikalardan təcrid olunmuş vəziyyətdə yerləşmir, bu isə onu qaranlıq maddəsi az olan digər oxşar obyektlərdən fərqləndirir.
Bu isə o demək ola bilər ki, belə qalaktikalar kainatda daha geniş yayılıb və hətta indiyə qədər məlum olmayan bir cırtdan qalaktika növünə aid ola bilərlər, deyə astronomlar bildirirlər. Alimlərin sözlərinə görə, kainatın təkamülünü izah edən standart kosmoloji model çərçivəsində heç bir qalaktika formalaşma modeli FCC 224-ün necə yarandığını izah edə bilmir. Alimlər ulduz yığınlarındakı ulduzların hərəkətlərini tədqiq ediblər və müəyyən ediblər ki, onların sürəti aşağıdır. Bu isə qalaktikada qaranlıq maddənin yaratdığı güclü cazibə qüvvəsinin olmadığını göstərən əsas göstəricidir. Ulduzların bu cür hərəkətlərini astronomlar hələlik izah edə bilmirlər.

Astronomlar FCC 224 qalaktikasının xüsusiyyətlərini, tərkibində çox güman ki, qaranlıq maddə olmayan iki digər qalaktika ilə müqayisə ediblər. Həmin qalaktikalar da, FCC 224 kimi, bizdən təxminən 65 milyon işıq ili uzaqlığında yerləşən NGC 1052 qalaktika qrupuna daxildirlər. Alimlər hesab edirlər ki, FCC 224 və digər iki oxşar cırtdan qalaktika çox güclü və sürətli şəkildə toqquşmuş qazla zəngin qalaktikaların nəticəsində yaranmış ola bilər. Bu toqquşma nəticəsində qaz qaranlıq maddədən ayrılmış və həmin qazda ulduzların formalaşması prosesi başlamışdır. Beləliklə, bir və ya bir neçə qaranlıq maddəsiz qalaktika meydana gələ bilərdi.

Astronomlar hesab edirlər ki, FCC 224 qalaktikasının çox güman ki, bir əkizi var. Ehtimal edilir ki, bu, qonşu FCC 240 qalaktikasıdır, çünki onun ölçüsü, forması və istiqamətlənməsi FCC 224 qalaktikası ilə eynidir. Əgər astronomlar bu iki qalaktikanın ümumi xüsusiyyətlərini təsdiqləyə bilsələr, bu, onların toqquşma nəticəsində yarandığını və əvvəl təsvir edilən prosesin baş verdiyini sübut edəcək. Astronomların digər bir fərziyyələrinə görə, FCC 224 qalaktikasının xüsusiyyətləri sıx ulduz yığınlarında intensiv ulduz əmələ gəlməsi nəticəsində də formalaşa bilərdi. Belə bir proses yüksək enerjili mühit yaradaraq qalaktikadan qaranlıq maddənin sıxışdırılmasına səbəb ola bilərdi.
Mənbə: Live Science
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin Mars süxur nümunələrini bu onilliyin sonuna kimi geri qaytarmağa hədəflənib

Çin Mars süxur nümunələrini bu onilliyin sonuna kimi geri qaytarmağa hədəflənib
Çin Milli Kosmik İdarəsi (CNSA) “Tianwen-3” missiyası çərçivəsində Marsdan süxur nümunələrinin Yerə qaytarılması ilə bağlı beynəlxalq əməkdaşlıq planlarını elan edib. Missiya çərçivəsində tərəfdaşlar sadəcə müşahidəçi yox, Çinlə bərabər Qırmızı planetin tam hüquqlu tədqiqatçıları olacaqlar.
Mis əsaslı ən möhkəm yeni ərinti hazırlanıb

Mis əsaslı ən möhkəm yeni ərinti hazırlanıb
Alimlər indiyə qədər yaradılmış mis əsaslı materiallar arasında ən möhkəmlərindən biri olan yeni bir ərinti hazırlayıblar. Bu supermöhkəm mis ərintisi daha təkmilləşdirilmiş təyyarə və kosmik gəmi istehsalı üçün istifadə oluna bilər.
ABŞ-da "beyin köçü" başlayıb: Səbəb nədir?

ABŞ-da "beyin köçü" başlayıb: Səbəb nədir?
ABŞ-da elmi maliyyələşmənin və qrantların Trump administrasiyası dövründə kəskin şəkildə azalması fonunda amerikalı alimlər getdikcə daha çox xaricdə iş axtarırlar.
Yeni kosmoloji fərziyyə Böyük partlayışı inkar edir

Yeni kosmoloji fərziyyə Böyük partlayışı inkar edir
Böyük partlayış nəzəriyyəsi - nüfuzlu olsa da - yalnız bir nəzəriyyədir və kosmologiyada mövcud olan bir çox fərziyyələrdən biridir. Yeni bir ehtimala görə, kainat tədricən, saysız hadisələr seriyası - yəni “zaman sinqulyarları” adlandırılan partlayışlarla yaranıb.
Hubble kosmik teleskopunun 35 yaşı tamam olub

Hubble kosmik teleskopunun 35 yaşı tamam olub
1990-cı il aprelin 24-də Discovery adlı kosmik gəmisinin göyərtəsində Hubble kosmik teleskopu Yer orbitinə çıxarıldı. O zaman az adam gözləyirdi ki, bu teleskop bu qədər uzun müddət - düz 35 il işləyəcək və ümid etmək olar ki, hələ bir neçə il də fəaliyyətini davam etdirəcək.
Həftənin xəbərləri

