Alimlər qeyri-adi planetar sistemi kəşf ediblər
Elm & Texnologiya
28.10.2025
Emil Nəcəfov
     Beynəlxalq astronomlar qrupu bizdən təxminən 190 işıq ili məsafədə yerləşən TOI-2267 adlı ikiulduzlu sistemdə Yer ölçüsündə 3 planet aşkar edib. Bu kəşf alimlərə ikiulduzlu sistemlərdə planetlərin necə formalaşdığını və sabitliklərini necə qoruduqlarını daha dərindən anlamağa kömək edəcək. Belə sistemlər əvvəllər mürəkkəb planetar strukturların mövcudluğu üçün həddindən artıq qeyri-sabit hesab olunurdu. TOI-2267 bir-birinə yaxın yerləşən və sıx orbitdə bir-birinin ətrafında fırlanan 2 ulduzdan ibarətdir. Bu, adətən planetlərin formalaşması üçün əlverişsiz şərait yaradır. Buna baxmayaraq, astronomlar bu ulduzların ətrafında dar və qısa dövrlü orbitlərdə fırlanan 3 kiçik, qayalı planet aşkar ediblər.
     Bu kəşf dinamik cəhətdən qeyri-sabit mühitlərdə planetlərin yaranması ilə bağlı köhnə nəzəriyyələrə meydan oxuyur. “Bizim təhlilimiz planetlərin unikal yerləşimini göstərir: 2 planet bir ulduzun qarşısından keçid edir, üçüncü isə onun yoldaşı olan ulduzun qarşısından. Bu, TOI-2267 sistemini planetlərin hər iki ulduzun qarşısından keçid etdiyi ilk məlum ikiulduzlu sistemə çevirir” - deyə Belçikanın Liege Universitetinin tədqiqatçısı və araşdırmanın aparıcı müəllifi Sebastian Zuniga-Fernandez bildirib. Sistem haqqında ilk məlumatlar NASA agentliyinə məxsus TESS kosmik teleskopu tərəfindən təqdim edilib, bu məlumatları isə alimlər SHERLOCK adlı proqram təminatı vasitəsilə müəyyənləşdiriblər.
     Müşahidə olunan siqnalların planet mənşəli olduğunu təsdiqləmək üçün isə bir neçə rəsədxananın iştirakı ilə genişmiqyaslı tədqiqat kampaniyası aparılıb. “Bu sistem, qaya planetlərin əvvəlcə sabitliklərinin pozulacağı düşünülən ekstremal dinamik şəraitdə necə formalaşa və mövcud ola biləcəyini anlamaq üçün əsl təbii laboratoriyadır” - deyə tədqiqatçılardan biri olan Francisco Pozuelos bildirib. Astronomların bu kəşfi ikiulduzlu sistemlərdə planetlərin formalaşması ilə bağlı çoxsaylı suallar doğurur və mövcud kosmik teleskoplarla yanaşı, növbəti nəsil nəhəng yerüstü teleskoplar vasitəsilə aparılacaq yeni müşahidələr üçün yol açır. Bu alətlər həmin uzaq planetlərin kütləsini, sıxlığını və hətta atmosfer tərkibini dəqiq ölçməyə imkan verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süd Yolu qalaktikasından kənarda ilk dəfə həyatın yaranması üçün vacib elementlər aşkar edilib
Süd Yolu qalaktikasından kənarda ilk dəfə həyatın yaranması üçün vacib elementlər aşkar edilib
Astronomlar ilk dəfə olaraq Süd Yolu qalaktikasından kənarda - mürəkkəb üzvi molekullar şəklində həyatın yaranması üçün lazım olan dondurulmuş maddələr aşkar ediblər. Bu maddələr təxminən 160 000 işıq ili uzaqlıqda yerləşən, Süd Yolunun peyk qalaktikası olan Böyük Magellan Buludunda tapılıb.
Yer kürəsindən 18 işıq ili uzaqlığında həyat üçün yararlı ola biləcək ekzoplanet kəşf olunub
Yer kürəsindən 18 işıq ili uzaqlığında həyat üçün yararlı ola biləcək ekzoplanet kəşf olunub
Kaliforniya Universitetinin Irvine kampusundan olan alimlər GJ 251c adlı ekzoplanetin kəşf edildiyini açıqlayıblar - bu, Günəş sistemindən cəmi 18 işıq ili uzaqlıqda yerləşən bir Super Yerdir. Bu planet, potensial olaraq həyat üçün yararlı ola biləcək bizə ən yaxın planetlərdən biridir. Artıq minlərlə kəşf edilmiş ekzoplanet arasında bu cür tapıntı son dərəcə nadirdir və onun elmi dəyərini qiymətləndirmək çətindir.
Yeni inək yetişdirmə üsulu metan emissiyasını 40% aşağı sala bilər
Yeni inək yetişdirmə üsulu metan emissiyasını 40% aşağı sala bilər
Şotlandiyalı alimlər metan emissiyalarını azaltmağa yönəlmiş Cool Cows adlı inək yetişdirmə proqramı hazırlayıblar. Bu metodika, az qaz buraxan heyvanların seçilməsi üçün DNT testlərini və istənilən xüsusiyyətlərə malik nəslin alınması məqsədilə EKO (süni mayalanma) üsulunu birləşdirir.
Alimlər siçanlarda Altsheymer xəstələyinin öhdəsindən gələ biliblər
Alimlər siçanlarda Altsheymer xəstələyinin öhdəsindən gələ biliblər
Müalicə məqsədilə onlar laboratoriyada yetişdirilmiş immun hüceyrələrdən istifadə ediblər. Bu hüceyrələr gənc olduqları üçün yaddaşı və sinir sisteminin vəziyyətini bərpa edə biliblər.
COVID-19-a əleyhinə vaksin xərçəng xəstələri arasında sağ qalma şansını artırırmış
COVID-19-a əleyhinə vaksin xərçəng xəstələri arasında sağ qalma şansını artırırmış
Bu qənaətə Texas Universitetinin onkoloji mərkəzinin amerikalı alimləri gəliblər. Məlum olub ki, koronavirusdan qorunmaq üçün azı bir doza mRNT peyvəndi qəbul etmək xərçəng xəstələri arasında sağ qalma şansını kəskin şəkildə artırır.
Həftənin xəbərləri