Süd Yolu qalaktikasından kənarda ilk dəfə həyatın yaranması üçün vacib elementlər aşkar edilib
Elm & Texnologiya
27.10.2025
Emil Nəcəfov
     Astronomlar ilk dəfə olaraq Süd Yolu qalaktikasından kənarda - mürəkkəb üzvi molekullar şəklində həyatın yaranması üçün lazım olan dondurulmuş maddələr aşkar ediblər. Bu maddələr təxminən 160 000 işıq ili uzaqlıqda yerləşən, Süd Yolunun peyk qalaktikası olan Böyük Magellan Buludunda tapılıb. Bu möhtəşəm kəşf, bir daha James Webb kosmik teleskopunun nə qədər dəyərli elmi alət olduğunu sübut edir. Astrofizika kontekstində mürəkkəb üzvi molekullar ən azı 6 atomdan ibarət olmalı və tərkibində mütləq karbon elementi olmalıdır. Gələcəkdə bu molekullar aminturşulara, şəkərlərə və azotlu əsaslara çevrilir - bunlar isə Yer üzündə tanıdığımız zülal əsaslı həyatın yaranmasına gətirib çıxarır. Bu cür molekullar daha əvvəl qalaktikamızdan kənarda buxar və ya qaz halında aşkarlanmışdı, lakin onların buz şəklində tapılması mühüm əhəmiyyət daşıyır.
     Belə halda, radiasiyanın təsiri ilə ulduzlararası toz hissəciklərinin səthində kimyəvi reaksiyaların baş verməsi, yəni kosmosda prebiotik kimyanın real şəkildə təzahür etməsi mümkündür. Süd Yolu qalaktikasında dondurulmuş mürəkkəb üzvi molekullar 4 müxtəlif yerdə aşkar edilib. İndi isə bu kəşfdən sonra belə bir yer qalaktikamızdan kənarda - Böyük Magellan Buludunda tapılıb. Bu cür molekulları özündə saxlayan buz, Tarantula Dumanlığı yaxınlığında yerləşən N158 adlı superqabarcıqda yerləşən gənc ST6 ulduzunun ətrafında müəyyən edilib. Maraqlıdır ki, Böyük Magellan Buludunun kimyəvi tərkibi Süd Yolu qalaktikasının tərkibindən xeyli fərqlənir. Bu qalaktika daha aşağı metal bolluğuna malikdir: burada oksigen, karbon, silisium və digər kimyəvi elementlər 30-50% azdır.
     Lakin bu qədər ciddi fərqlərə baxmayaraq, həmin qalaktikada da prebiotik kimyanın formalaşdığı və mövcud olduğu sübut olunub. Bu fakt göstərir ki, həyatın yaranması fərqli şəraitlərdə də mümkündür və bu, bioloji həyatın kainatda daha geniş yayılmış bir hadisə ola biləcəyinə dair ehtimalları gücləndirir. Tədqiqat nəticəsində ulduzun ətrafındakı toz zərrəciklərinin buz təbəqəsində etanol (CH₃CH₂OH), asetaldehid (CH₃CHO), metilformat (HCOOCH₃) və sirkə turşusu (CH₃COOH) aşkar edilib. Sirkə turşusu astronomik müşahidələr tarixində ilk dəfə olaraq dondurulmuş formada tapılıb. Bu molekullar həyatın qurucu elementlərinin ilkin mərhələsi hesab olunur.
     James Webb teleskopu ulduzdan əks olunan işığın infraqırmızı spektrlərini qəbul edib, bu spektrlər mürəkkəb üzvi molekulların məlumat bazası ilə müqayisə edilib və ən maraqlı nümunələrin identifikasiyasına imkan yaradıb. Bu kəşf göstərir ki, mürəkkəb üzvi kimya hətta aşağı metal tərkibli və gənc ulduzlardan güclü radiasiya alan, erkən kainata bənzər şəraitdə belə inkişaf edə bilər. Bu, prebiotik molekulların Yer yaranmazdan çox əvvəl kosmosda formalaşdığını və kometalar və ya meteoritlər vasitəsilə planetimizə daşınmış ola biləcəyini göstərir. Beləliklə, həyatın başlanğıcı üçün xüsusi “parnik şəraiti” tələb olunmur. Başqa sözlə, bu, kainatın təbii və ilkin parametrlərindən biridir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yer kürəsindən 18 işıq ili uzaqlığında həyat üçün yararlı ola biləcək ekzoplanet kəşf olunub
Yer kürəsindən 18 işıq ili uzaqlığında həyat üçün yararlı ola biləcək ekzoplanet kəşf olunub
Kaliforniya Universitetinin Irvine kampusundan olan alimlər GJ 251c adlı ekzoplanetin kəşf edildiyini açıqlayıblar - bu, Günəş sistemindən cəmi 18 işıq ili uzaqlıqda yerləşən bir Super Yerdir. Bu planet, potensial olaraq həyat üçün yararlı ola biləcək bizə ən yaxın planetlərdən biridir. Artıq minlərlə kəşf edilmiş ekzoplanet arasında bu cür tapıntı son dərəcə nadirdir və onun elmi dəyərini qiymətləndirmək çətindir.
Yeni inək yetişdirmə üsulu metan emissiyasını 40% aşağı sala bilər
Yeni inək yetişdirmə üsulu metan emissiyasını 40% aşağı sala bilər
Şotlandiyalı alimlər metan emissiyalarını azaltmağa yönəlmiş Cool Cows adlı inək yetişdirmə proqramı hazırlayıblar. Bu metodika, az qaz buraxan heyvanların seçilməsi üçün DNT testlərini və istənilən xüsusiyyətlərə malik nəslin alınması məqsədilə EKO (süni mayalanma) üsulunu birləşdirir.
Alimlər siçanlarda Altsheymer xəstələyinin öhdəsindən gələ biliblər
Alimlər siçanlarda Altsheymer xəstələyinin öhdəsindən gələ biliblər
Müalicə məqsədilə onlar laboratoriyada yetişdirilmiş immun hüceyrələrdən istifadə ediblər. Bu hüceyrələr gənc olduqları üçün yaddaşı və sinir sisteminin vəziyyətini bərpa edə biliblər.
COVID-19-a əleyhinə vaksin xərçəng xəstələri arasında sağ qalma şansını artırırmış
COVID-19-a əleyhinə vaksin xərçəng xəstələri arasında sağ qalma şansını artırırmış
Bu qənaətə Texas Universitetinin onkoloji mərkəzinin amerikalı alimləri gəliblər. Məlum olub ki, koronavirusdan qorunmaq üçün azı bir doza mRNT peyvəndi qəbul etmək xərçəng xəstələri arasında sağ qalma şansını kəskin şəkildə artırır.
Avstriyada ən böyük Ay və Mars koloniya həyatı simulyasiyası işə salınıb
Avstriyada ən böyük Ay və Mars koloniya həyatı simulyasiyası işə salınıb
World’s Biggest Analog Mission (WBA) - Ay və Marsdakı həyatın və fəaliyyətin tarixdəki ən böyük simulyasiyası - Avstriya Kosmik Forumu (OeWF)-un təşəbbüsü ilə rəsmi olaraq başlayıb. Layihədə 5 qitədən 17 təşkilat iştirak edir və onlar gələcəkdə digər planetlərdə yaşayış məntəqələrinin gündəlik əməliyyatlarını modelləşdirirlər.
Həftənin xəbərləri