
Amazoniyanın xüsusi sahələri karbon qazını udmağı dayandırıblar
Elm & Texnologiya
23.07.2025
Emil Nəcəfov
Torf bataqlıqları Yer səthinin yalnız kiçik bir hissəsini əhatə etsə də, karbonun toplanması və saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. İndi alimlər müəyyən ediblər ki, Peru Amazoniyasındakı belə bataqlıqlardan biri gözlənilmədən karbon neytral vəziyyətə keçib. Adətən atmosferdən daha çox karbon udan palma bataqlığı indi nə karbon toplayır, nə də buraxır - yəni karbon neytrallığına çatıb. Alimlər bunun yerli əhali tərəfindən ciddi müdaxilə olmadan baş verdiyini düşünür. Torf bataqlıqları karbon dövranında həlledici rol oynayırlar. Peruda onlar təxminən 56 000 kvadrat kilometr ərazini əhatə edir ki, bu da ölkənin ümumi ərazisinin 5%-dən azdır. Bununla belə, bu bataqlıqlar təqribən 5 giqaton karbon saxlayır - bu isə Perunun səthindəki bütün bitki örtüyündəki karbon miqdarına bərabərdir.

Tədqiqatın aparıcı müəllifi, Missuri Universitetinin biometeoroloqu Jeffrey Wood-un sözlərinə görə, torf bataqlıqları Yer səthində çox kiçik yer tutur, amma karbon dövranında inanılmaz dərəcədə böyük rola malikdir. Əslində, bu ekosistemlər 10 minlərlə il ərzində giqatonlarla karbon toplayıblar. İndi alimlər müəyyən ediblər ki, torf bataqlıqlarının karbon neytral statusu yalnız Peru Amazoniyası ilə məhdudlaşmır - bu tendensiya qlobal miqyasda da müşahidə olunur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, torf bataqlıqları Yer səthinin təxminən 3%-ni əhatə edir, lakin ən azı 550 giqaton karbon saxlayır - bu, Yer üzündəki bütün meşələrdəki karbon miqdarının 2 qatıdır. Jeffrey Wood və onun həmkarları Perunun Kistokoça meşə qoruğundakı Amazon torf bataqlıqlarının əsas tipini araşdırıblar. Bu vacib ekosistemlər mövsümi daşqınlara məruz qalan ərazilərdə formalaşır.

Orada bitən palma ağacları yerli əhali, həmçinin ara quşları, meymunlar və tapirlər tərəfindən yeyilən aquahe meyvəsini verir və bu ərazilər çoxlu quş, sürünən və məməli növləri üçün sığınacaq rolunu oynayır. Yerli bitkilər atmosferdən karbonu fotosintez yolu ilə udurlar, lakin ərazi bataqlıq olduğuna görə yerə tökülən yarpaqlar və digər üzvi material oksigenin az olduğu mühitdə torfa çevrilərək toplanır. Nəticədə, torf bu karbonu saxlayır və onun tam parçalanaraq atmosferə qayıtmasının qarşısını alır. Alimlər müəyyən ediblər ki, Peru Amazoniyasında yerləşən torf bataqlığı 2018 və 2019-cu illərdə aktiv karbon uducusu olduğu halda, 2022-ci ildə demək olar ki, karbon neytral vəziyyətə keçib. Bununla belə, tədqiqatçılar ekosistemə insan müdaxiləsinin açıq əlamətlərini aşkar etməyiblər: torf bataqlığı qurudulmayıb, ağaclar isə kəsilməyib. Həmçinin ərazidə nə ekstremal istilik, nə də quraqlıq müşahidə olunmayıb. Lakin alimlər vəziyyətə təsir etmiş ola biləcək iki amil aşkar ediblər:
- Uzunmüddətli buludsuz dövrlər və daha yüksək günəş şüası intensivliyi bitkilərin fotosintezini məhdudlaşdırıb
- Su səviyyəsinin aşağı düşməsi nəticəsində torfun üst qatı daha geniş sahədə açıq qalıb.

Sent-Endryus Universitetinin təbiəti mühafizə üzrə mütəxəssisi Lydia Cole-un sözlərinə görə, adətən il ərzində torf bataqlıqları karbonu daha çox və ya daha az miqdarda udduğu dövrlərdən keçir, lakin orta hesabla nəticə adətən "xalis udulma" olur. Əsas sual bundan ibarətdir ki, torf sahəsi yenidən karbon udan ekosistemə çevriləcəkmi, karbon neytral qalacaqmı, yoxsa toplanmış karbonun böyük həcmini atmosferə buraxmağa başlayacaqmı.
Xoşbəxtlikdən alimlər nikbindirlər. Baxmayaraq ki, dəyişikliklər insanın birbaşa müdaxiləsi olmadan baş verib, bu o demək deyil ki, insanlar bu uducu ekosistemə təsir etməyiblər və ya gələcəkdə təsir göstərməyəcəklər. Cole-un sözlərinə görə, geniş regionda meşələrin qırılması nəticəsində yaranmış otlaqlar və yaşayış məntəqələri var. Bu da yerli hava şəraitini dəyişmiş və nəticədə uzunmüddətli iqlim dəyişikliklərinə gətirib çıxarmış ola bilər. Qeyd edək ki, iqlim dəyişikliyinin Perudakı və ya Amazoniyanın digər bölgələrindəki tropik torf bataqlıqlarına necə təsir edəcəyi hələ də tam bəlli deyil. Lakin bulud örtüyünə və ya yeraltı su səviyyəsinə hər hansı təsir, çox güman ki, dünyanın ən böyük karbon uducu sistemlərinə də təsir göstərə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
COVID-19 pandemiyası zamanı insanlarda beynin qocalma prosesi daha sürətli olub

COVID-19 pandemiyası zamanı insanlarda beynin qocalma prosesi daha sürətli olub
Alimlər qeyri-adi bir araşdırma apararaq COVID-19 pandemiyası dövründən əvvəl və pandemiya zamanı insanların beyinlərinin struktur xüsusiyyətlərini müqayisə ediblər.
Həyat Günəş işığı olmadan belə mövcud ola bilərmiş

Həyat Günəş işığı olmadan belə mövcud ola bilərmiş
Uzun illər boyunca alimlər Günəş işığının Yer üzündəki bütün həyatın əsas mənbəyi olduğunu düşünürdülər. Lakin indi tədqiqatçılar işıq olmadan da həyatın mövcud ola biləcəyi tamamilə fərqli bir mexanizm aşkar ediblər.
Cənubi Koreya Ayda bazanın inşasına hədəflənib

Cənubi Koreya Ayda bazanın inşasına hədəflənib
Yaxın zamanda ictimaiyyətə təqdim olunmuş Ayın mənimsənilməsi üzrə milli proqram çərçivəsində, Cənubi Koreya tərəfindən Yerin peykində ilk baza 2045-ci ilə qədər inşa edilməlidir.
Uzaq gələcəkdə yeni supermaterikin formalaşacağı gözlənilir

Uzaq gələcəkdə yeni supermaterikin formalaşacağı gözlənilir
Yer səthinin sakit və dəyişməz göründüyünə baxmayaraq, bu, əslində belə deyil. Gerçəkdə, Yer kürəsinin materikləri daimi parçalanma və birləşmə dövrləri yaşayırlar.
Yer kürəsinə bənzər planetlərin sayı düşünüldüyündən daha az ola bilər

Yer kürəsinə bənzər planetlərin sayı düşünüldüyündən daha az ola bilər
Yeni bir tədqiqat göstərib ki, alimlər TESS kosmik teleskopunun məlumatlarını düzgün şəkildə şərh etməyiblər. Məlum olub ki, ölçüsünə görə Yerə bənzər hesab edilən planetlər əslində daha böyükdür.
Həftənin xəbərləri

