
Cənubi Koreya Ayda bazanın inşasına hədəflənib
Elm & Texnologiya
22.07.2025
Emil Nəcəfov
Yaxın zamanda ictimaiyyətə təqdim olunmuş Ayın mənimsənilməsi üzrə milli proqram çərçivəsində, Cənubi Koreya tərəfindən Yerin peykində ilk baza 2045-ci ilə qədər inşa edilməlidir. Cənubi Koreya Aerokosmik İdarəsi (KASA) ötən həftə Ayın uzunmüddətli mənimsənilməsi proqramını təqdim edib. Bu proqram üzrə Cənubi Koreyanın məqsədi 2045-ci ilə qədər Ayda baza qurmaqdır. Həmin il, ölkə tarixində ilk dəfə Marsa eniş həyata keçirməyi də planlaşdırır. Kosmik proqram aşağı Yer orbitində və mikroqravitasiya şəraitində aparılacaq tədqiqatları, Ayın araşdırılmasını, eləcə də Günəş və daha dərin kosmosun tədqiqinə yönəlmiş missiyaları əhatə edir. KASA-nın məqsədi Ayda eniş və onun səthində hərəkət üzrə yerli texnologiyaların, eləcə də Ay resurslarının - məsələn, su buzu kimi - hasilatı və istifadə texnologiyalarının hazırlanmasıdır.

Bu istiqamətdə müəyyən işlər artıq aparılır. Məsələn, Koreya Geologiya və Faydalı Qazıntılar İnstitutu yaxın zamanda Ayda istifadə edilə biləcək texnologiyaları sınaqdan keçirmək üçün xüsusi robotların prototiplərini tərk edilmiş kömür şaxtasında yerləşdirib. Cənubi Koreyanın Ay araşdırmaları sahəsində artıq müəyyən təcrübəsi var. 2022-ci ilin avqustunda ölkə ilk ay zondu olan Danuri-ni buraxıb. 4 ay sonra o, Ay orbitinə daxil olub və hazırda öz cihazları vasitəsilə Yerin peykini fəal şəkildə öyrənməyə davam edir. Danuri Ayda digər ölkələrin cihazlarının diqqətindən yayınan bir şeyi aşkarlayıb. Tədqiqatçılar Ay orbitindəki aparatın məlumatlarına əsaslanaraq, Ayın arxa tərəfində qəribə bir şeyin olduğunu ehtimal edirlər.

Cənubi Koreya 2032-ci ilə qədər Ay səthinə ilk eniş modulu göndərməyi planlaşdırırdı. Lakin bir müddət əvvəl açıqlanmış yeni proqram 2040-cı ilə qədər daha effektiv bir eniş modulunun buraxılmasını nəzərdə tutur. Ardınca 2045-ci ilə qədər Ayda ilk bazanın inşası planlaşdırılır. Cənubi Koreya Ayda baza tikmək istəyən yeganə ölkə deyil. ABŞ “Artemis” proqramı çərçivəsində qarşıdakı 10 il ərzində Ayda bir və ya bir neçə baza qurmağı planlaşdırır. Çinin də 2035-ci ilə qədər Ayda baza inşa etməklə bağlı planı var. Hindistan isə 2047-ci ilə qədər Ay bazası qurmaq niyyətində olduğunu bildirib. Ay, KASA proqramının yeganə hədəfi deyil. Kosmik agentlik həmçinin 2045-ci ilə qədər Cənubi Koreya tarixində ilk dəfə Marsa eniş həyata keçirməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Uzaq gələcəkdə yeni supermaterikin formalaşacağı gözlənilir

Uzaq gələcəkdə yeni supermaterikin formalaşacağı gözlənilir
Yer səthinin sakit və dəyişməz göründüyünə baxmayaraq, bu, əslində belə deyil. Gerçəkdə, Yer kürəsinin materikləri daimi parçalanma və birləşmə dövrləri yaşayırlar.
Yer kürəsinə bənzər planetlərin sayı düşünüldüyündən daha az ola bilər

Yer kürəsinə bənzər planetlərin sayı düşünüldüyündən daha az ola bilər
Yeni bir tədqiqat göstərib ki, alimlər TESS kosmik teleskopunun məlumatlarını düzgün şəkildə şərh etməyiblər. Məlum olub ki, ölçüsünə görə Yerə bənzər hesab edilən planetlər əslində daha böyükdür.
Kosmik uçuşlar insanların gözlərində bərpası çətin dəyişikliklərə səbəb olurlar

Kosmik uçuşlar insanların gözlərində bərpası çətin dəyişikliklərə səbəb olurlar
ABŞ astronavtları Yerə qayıtdıqdan sonra getdikcə daha çox görmə pozğunluqları ilə üzləşirlər. NASA-nın araşdırmaları bu vəziyyəti çəkisizlik şəraitində orqanizmdə baş verən təzyiq dəyişiklikləri ilə əlaqələndirir.
Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?

Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?
Yarım əsrdən çox əvvəl NASA layihəsi çərçivəsində Arabelle və Anita adlı iki hörümçək kosmosa göndərilmişdi. Tədqiqatçılar onların tor qurub-qura bilməyəcəyini yoxlamaq istəyirdilər və nəticələr alimləri olduqca təəccübləndirdi. Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?
Yeni kosmik obyekt Doqquzuncu planetin mövcudluğunu sual altına atır

Yeni kosmik obyekt Doqquzuncu planetin mövcudluğunu sual altına atır
Astronomlar Günəş sisteminin kənarında sirli bir obyekt - 2023 KQ14-ü aşkar ediblər və ona Ammonit adı verilib. Bu obyekt sednoidlər adlanan nadir sinifə aiddir - bu sinifə daxil olan cisimlər son dərəcə uzunsov orbitlərə malikdir və Günəşə onlarla astronomik vahiddən daha yaxın məsafəyə gəlmirlər.
Həftənin xəbərləri

