
Yer kürəsinə bənzər planetlərin sayı düşünüldüyündən daha az ola bilər
Elm & Texnologiya
21.07.2025
Emil Nəcəfov
Yeni bir tədqiqat göstərib ki, alimlər TESS kosmik teleskopunun məlumatlarını düzgün şəkildə şərh etməyiblər. Məlum olub ki, ölçüsünə görə Yerə bənzər hesab edilən planetlər əslində daha böyükdür. Alimlər Günəş sistemindən kənarda planetlər axtaran TESS teleskopunun məlumatlarını yenidən təhlil ediblər. Nəticədə, daha əvvəl ölçüsünə görə Yerə bənzər sayılan təxminən 200 planetin əslində fərqli göründüyü ortaya çıxıb. Bu kəşf, Yer xaricində həyat axtarışına təsir göstərə bilər. Həmin planetlərin bəziləri böyük okean planetləri ola bilər. Lakin bu, orada həyatın yaranması üçün uyğun şəraitin mövcud olduğunu göstərmir. TESS kosmik teleskopu planetləri tranzit metodu ilə aşkar edir. Planet ulduzun qarşısından keçərkən, ulduzun parlaqlığı azalır və planet bir kölgə yaradır.

Alimlər bildirirlər ki, bu zaman planetin yaratdığı kölgə ölçülür və bu yolla onun ölçüsü haqqında fikir əldə etmək mümkündür. Ulduzun planetdən əks olunan işığı sayəsində alimlər həmin dünyanın tərkibi barədə də nəticə çıxara bilirlər. Alimlər Yerə bənzər tərkibə və ölçüyə malik planetlərə dair məlumatları yenidən təhlil ediblər. Lakin məlum olub ki, qonşu ulduzlardan gələn işıq TESS teleskopunun məlumatlarını təhrif edə bilər və bu da planetin ölçüsünə dair nəticələrin yanlış olmasına səbəb ola bilər. Tədqiqat göstərib ki, əksər hallarda, ölçüsünə görə Yerə bənzər hesab edilən planetlər əslində Yer planetindən daha böyükdür. Astronomlar deyirlər ki, yeni məlumatlara əsasən, Yerə bənzər planetlər qalaktikamızda əvvəl düşünüləndən daha az yayılıb.

Alimlər hesab edirlər ki, daha əvvəl Yerə bənzər kimi qiymətləndirilən dünyalar əslində Neptun və Uran kimi qaz nəhəngləri və ya böyük okean planetləri - yəni qikeanlar ola bilər. Qikeanlar Yerlə oxşar tərkibə malikdirlər və su, məlum olduğu kimi, həyatın əsasını təşkil edir. Lakin bu cür qayalı planetləri tamamilə örtən okeanlarda həyatın yaranması üçün bütün şəraitin olub-olmadığı dəqiq bilinmir. Alimlər bildirirlər ki, bu yeni kəşf potensial yadplanetli həyat axtarışlarına təsir göstərə bilər, çünki yaşamağa yararlı planetlərin sayı əvvəllər düşünüləndən daha az ola bilər. Digər tərəfdən isə, alimlər hal-hazırda qikeanların nə dərəcədə geniş yayıldığı və həyat dəstəkləyə bilib-bilməyəcəyi məsələsini müzakirə edirlər. İndi alimlər əvvəllər ölçüsünə görə yaşamağa yararsız sayılmış planetləri yenidən tədqiq etməyi planlaşdırırlar. Ola bilsin ki, həmin planetlərin də əsl ölçüləri tamam fərqlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kosmik uçuşlar insanların gözlərində bərpası çətin dəyişikliklərə səbəb olurlar

Kosmik uçuşlar insanların gözlərində bərpası çətin dəyişikliklərə səbəb olurlar
ABŞ astronavtları Yerə qayıtdıqdan sonra getdikcə daha çox görmə pozğunluqları ilə üzləşirlər. NASA-nın araşdırmaları bu vəziyyəti çəkisizlik şəraitində orqanizmdə baş verən təzyiq dəyişiklikləri ilə əlaqələndirir.
Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?

Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?
Yarım əsrdən çox əvvəl NASA layihəsi çərçivəsində Arabelle və Anita adlı iki hörümçək kosmosa göndərilmişdi. Tədqiqatçılar onların tor qurub-qura bilməyəcəyini yoxlamaq istəyirdilər və nəticələr alimləri olduqca təəccübləndirdi. Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?
Yeni kosmik obyekt Doqquzuncu planetin mövcudluğunu sual altına atır

Yeni kosmik obyekt Doqquzuncu planetin mövcudluğunu sual altına atır
Astronomlar Günəş sisteminin kənarında sirli bir obyekt - 2023 KQ14-ü aşkar ediblər və ona Ammonit adı verilib. Bu obyekt sednoidlər adlanan nadir sinifə aiddir - bu sinifə daxil olan cisimlər son dərəcə uzunsov orbitlərə malikdir və Günəşə onlarla astronomik vahiddən daha yaxın məsafəyə gəlmirlər.
Alimlər ilk dəfə yeni planetar sistemin doğuşunu müşahidə ediblər

Alimlər ilk dəfə yeni planetar sistemin doğuşunu müşahidə ediblər
Beynəlxalq astronomlar qrupu ilk dəfə olaraq Günəşdən fərqli bir ulduzun ətrafında planetlərin formalaşmasının başlanğıc anını dəqiq şəkildə qeydə alıblar. ALMA teleskopundan və James Webb kosmik teleskopundan istifadə edərək alimlər planetləri formalaşdıran maddələrin ilk hissəciklərinin yaranmasını, onların yeni-yeni kristallaşmağa başladıqları mərhələni müşahidə ediblər.
Digər ulduz sistemində yeni qaz nəhəngi kəşf edilib

Digər ulduz sistemində yeni qaz nəhəngi kəşf edilib
Kepler-139 ulduz sistemində yeni planet aşkarlanıb. Bu sistemdə daha əvvəl astronomlar 4 planet kəşf etmişdilər. Onlardan biri qaz nəhəngi, qalan üçü isə Super Yer sinfinə aiddir. Ehtimal olunur ki, yeni aşkar olunmuş planet də qaz nəhəngidir.
Həftənin xəbərləri

