
Yeni kosmik obyekt Doqquzuncu planetin mövcudluğunu sual altına atır
Elm & Texnologiya
21.07.2025
Emil Nəcəfov
Astronomlar Günəş sisteminin kənarında sirli bir obyekt - 2023 KQ14-ü aşkar ediblər və ona Ammonit adı verilib. Bu obyekt sednoidlər adlanan nadir sinifə aiddir - bu sinifə daxil olan cisimlər son dərəcə uzunsov orbitlərə malikdir və Günəşə onlarla astronomik vahiddən daha yaxın məsafəyə gəlmirlər. Ammonitin orbit trayektoriyası digər məlum sednoidlərdən fərqlənir və bu, fərz edilən Doqquzuncu planetin mövcudluğunu sual altına atır. Daha əvvəl belə orbit anomaliyalarının səbəbi məhz həmin planetin cazibə qüvvəsi hesab olunurdu. Obyekt 2023-cü ilin mart, may və avqust aylarında Havay adalarında yerləşən Mauna-Kea vulkanının zirvəsində quraşdırılmış Subaru teleskopu ilə müşahidə edilib. Daha sonra, 2024-cü ilin iyulunda alimlər Kanada-Fransa-Havay teleskopunun köməyi ilə müşahidələri təsdiqləyib, son 19 ilin arxiv məlumatlarını təhlil edib və kompüter modelləşdirməsi aparıblar. Bu, obyektin orbitini dəqiq müəyyən etməyə imkan verib.

2023 KQ14 sednoid adlanan nadir səma cisimləri sinfinə aiddir. Bu obyektlər buz nəhəngi Neptunun orbitindən kənarda yerləşən (transneptun) və son dərəcə uzunsov orbitlərə, eləcə də Günəşə ən yaxın nöqtə olan perihelinin olduqca uzaqda yerləşməsi ilə seçilirlər. Ammonit Günəşə maksimum 71 astronomik vahid məsafəyə qədər yaxınlaşır, bu da Yer ilə Günəş arasındakı məsafənin 71 qatına bərabərdir. Onun diametri təxminən 220 ilə 380 km arasında qiymətləndirilir. Bu, Everestin hündürlüyündən 45 dəfə böyükdür. 2023 KQ14-ün orbitinin qeyri-standart olduğu məlum olub. O, digər 3 tanınmış sednoidin orbitlərindən ciddi şəkildə fərqlənir.

Bu kəşf alimləri təəccübləndirib, çünki əvvəllər belə hesab olunurdu ki, bu cür obyektlərin orbitləri Günəş sisteminin kənarında gizləndiyi güman edilən fərziyyəvi Doqquzuncu planetin cazibə təsiri nəticəsində bir-birinə bənzərdir. Kompüter modelləşdirməsi göstərib ki, Ammonitin orbitı 4.5 milyard il ərzində sabit qalıb. Bu da o deməkdir ki, obyekt hələ Günəş sisteminin ilkin mərhələsində formalaşıb. Astronomlar ehtimal edirlər ki, təxminən 4.2 milyard il əvvəl bütün sednoidlər oxşar trayektoriyalar üzrə hərəkət edirdilər. Lakin Günəşin yaranmasından 400 milyon il sonra cazibə qüvvəsi ilə bağlı bir narahatlıq baş verib. Bu, ya başqa bir ulduzun Günəş sisteminin yaxınlığından keçməsi, ya da sonradan sistemdən çıxarılmış böyük bir planetin mövcudluğu ilə bağlı ola bilər.

“2023 KQ14-ün orbitinin digər məlum sednoidlərin orbitləri ilə üst-üstə düşməməsi, belə adlandırılan Doqquzuncu planetin mövcudluq ehtimalını azaldır. Bəlkə də Günəş sisteminin erkən dövründə həqiqətən də kütləvi bir planet mövcud olub və sonradan bu sistemin xaricinə atılıb. Məhz bu hadisə, bu gün müşahidə etdiyimiz qeyri-adi orbitlərin formalaşmasına səbəb ola bilər” - deyə Yaponiyanın Milli Astronomiya Rəsədxanasından tədqiqat rəhbəri Yukun Huang izah edib. Subaru teleskopu bu qədər uzaq səma cisimlərini aşkar edə bilən nadir alətlərdən biri olaraq qalır. Günəş sisteminin xarici hissəsinin formalaşmasını öyrənməyə həsr olunmuş FOSSIL layihəsinin komandası araşdırmalarını davam etdirir və ümid edirlər ki, yeni tapıntılar sistemin keçmişini daha dolğun şəkildə bərpa etməyə kömək edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər ilk dəfə yeni planetar sistemin doğuşunu müşahidə ediblər

Alimlər ilk dəfə yeni planetar sistemin doğuşunu müşahidə ediblər
Beynəlxalq astronomlar qrupu ilk dəfə olaraq Günəşdən fərqli bir ulduzun ətrafında planetlərin formalaşmasının başlanğıc anını dəqiq şəkildə qeydə alıblar. ALMA teleskopundan və James Webb kosmik teleskopundan istifadə edərək alimlər planetləri formalaşdıran maddələrin ilk hissəciklərinin yaranmasını, onların yeni-yeni kristallaşmağa başladıqları mərhələni müşahidə ediblər.
Digər ulduz sistemində yeni qaz nəhəngi kəşf edilib

Digər ulduz sistemində yeni qaz nəhəngi kəşf edilib
Kepler-139 ulduz sistemində yeni planet aşkarlanıb. Bu sistemdə daha əvvəl astronomlar 4 planet kəşf etmişdilər. Onlardan biri qaz nəhəngi, qalan üçü isə Super Yer sinfinə aiddir. Ehtimal olunur ki, yeni aşkar olunmuş planet də qaz nəhəngidir.
Saturnun peyki Titanda həyatın təməli formalaşa bilər

Saturnun peyki Titanda həyatın təməli formalaşa bilər
Alimlər hesab edirlər ki, Saturnun ən böyük peyki olan Titan üzərində yadplanet həyatın yaranması üçün zəruri şərait mövcuddur. Araşdırma göstərir ki, Titan səthində canlı orqanizmlərin hüceyrələrindən əvvəl gələn strukturların formalaşması üçün bütün vacib komponentlər mövcuddur.
Yerə hər 14 dəqiqədən bir kosmosdan radiosiqnal gəlir

Yerə hər 14 dəqiqədən bir kosmosdan radiosiqnal gəlir
Alimlər dərin kosmosdan gələn radioşüalanmanın mənşəyini müəyyən etməyə çalışırlar, lakin hətta əvvəllər ən mümkün hesab edilən nəzəriyyələr belə aşkarlanmış siqnalın davranışını izah edə bilmir. Astronomlar Yerə hər 14 dəqiqədən bir çatan radiosiqnallar aşkar ediblər.
Xərçəng üçün nəzərdə tutulmuş dərman korluğa qarşı da effektivliyini sərgiləyib

Xərçəng üçün nəzərdə tutulmuş dərman korluğa qarşı da effektivliyini sərgiləyib
Sinqapurdan olan alimlər müəyyən ediblər ki, xərçəng əleyhinə dərman iki əsas korluq səbəbi - makulyar degenerasiya və şəkərli diabetə bağlı retinopatiya əlamətləri ilə uğurla mübarizə aparır.
Həftənin xəbərləri

