
Görmə qabilliyyətinin əməliyyatsız korreksiya üsulu hazırlanıb
Elm & Texnologiya
20.08.2025
Emil Nəcəfov
ABŞ-dan olan alimlər görmə qabiliyyətinin korreksiyası üçün yeni bir texnologiya üzərində çalışırlar. Bu texnologiya LASIK lazer əməliyyatlarını əvəz edə bilər. Yeni metod kəsiklər etmədən buynuz qişanın formasını dəyişmək üçün elektrik potensialından istifadə edir və potensial olaraq daha təhlükəsiz, ucuz və geri çevrilə bilən bir alternativ təklif edir. Dovşanların göz bəbəklərində aparılmış ilkin sınaqlar görmənin cəmi bir neçə dəqiqə ərzində bərpa olunduğunu göstərib. Buynuz qişa - gözün işığı sındırmaq və görüntünü torlu qişada fokuslamaq funksiyasını yerinə yetirən şəffaf, qübbə formalı quruluşudur. Əgər buynuz qişa deformasiyaya uğrayıbsa, işığı düzgün fokuslaya bilmir və bu da görüntünün bulanıq olmasına səbəb olur. LASIK prosedurunda cərrah buynuz qişanın əyriliyini dəyişmək üçün toxuma hissələrini lazerlə kəsir. Bu prosedur təhlükəsiz hesab olunsa da, hələ də gözün struktur bütövlüyünü pozur və yan təsirlərə səbəb ola bilər.

Yeni texnologiya elektromexanik transformasiya (EMR) adı ilə tanınır və fərqli işləyir. Kollagen tərkibli bir çox toxumanın, o cümlədən buynuz qişanın forması əks yüklü molekulların qarşılıqlı təsiri ilə saxlanılır. Bu toxumalar çoxlu miqdarda su ehtiva etdiyinə görə, elektrik potensialı tətbiq edildikdə onların pH səviyyəsi azalır. Bu isə daxili sərt bağları zəiflədir və strukturu elastik hala gətirir. Normal pH səviyyəsi bərpa olunduqdan sonra toxuma yeni formasında sabitləşir. Bu metod əvvəllər dovşanların qulaq qığırdaqlarının formasını dəyişmək, eləcə də donuzlarda çapıqların və dərinin korreksiyası üçün istifadə olunub. Buynuz qişa üçün eyni zamanda həm forma şablonu, həm də elektrod kimi xidmət edən platin "kontakt linzalar" hazırlanıb. Onlar gözün üzərinə, göz yaşlarını imitasiya edən duzlu məhlulda yerləşdirilir və bu zaman kiçik bir elektrik potensialı yaranır. Bu potensial buynuz qişanın pH səviyyəsini dəyişərək onu müvəqqəti olaraq elastikləşdirir.

Daha sonra normal pH bərpa olunur və toxuma istənilən formaya düşür. Prosedur təxminən 1 dəqiqə çəkir - bu müddət LASIK əməliyyatı ilə eynidir, lakin kəsiksiz, daha az mərhələli və sadə avadanlıqla həyata keçirilir. Sınaqlar göstərdi ki, bu üsul dovşanlarda yaxın görməni düzəldə bilir: miopiyanı təqlid etmək üçün işlənmiş 12 göz almasının 10-da buynuz qişanın forması dəyişdi və işığın fokuslanması yaxşılaşdı. Həmçinin buynuz qişada bulanıqlığın aradan qaldırılması imkanları nümayiş etdirildi ki, bu problem hal-hazırda yalnız transplantasiya yolu ilə müalicə olunur. Tədqiqatçılar vurğulayırlar ki, bu yalnız təcrübələrin ilkin mərhələsidir. Növbəti mərhələdə canlı heyvanlar üzərində testlər, uzaq görmə və astiqmatizmin araşdırılması, eləcə də prosedurun uzunmüddətli təhlükəsizliyinin qiymətləndirilməsi nəzərdə tutulur. Alimlər qeyd edirlər ki, bu üsul LASIK və digər lazer əməliyyatlarına daha əlçatan alternativ ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yer kürəsindəki suyun kosmosdan gəldiyi fərziyyəsinə dair yeni sübut əldə edilib

Yer kürəsindəki suyun kosmosdan gəldiyi fərziyyəsinə dair yeni sübut əldə edilib
12P/Pons-Brooks kometasının (Şeytan kometası adı ilə də tanınır) spektrindəki su izlərini öyrənmək, onun tərkibindəki suyun Yer üzündəki su ilə “demək olar ki, tamamilə eyni” olduğunu göstərdi.
Alimlər ən süni həyat formasını yaradıblar

Alimlər ən süni həyat formasını yaradıblar
Britaniya alimləri Yer üzündəki hər hansı digər canlı orqanizmdən daha mürəkkəb və nizama salınmış genetik koda malik süni bakteriya yaradıblar. Syn57 adlı bağırsaq çubuğu (Escherichia coli) bu günə qədər mümkün olmuş ən az kodon sayı ilə sintez olunub
Yadplanetli həyat növü susuz da mövcud ola bilər

Yadplanetli həyat növü susuz da mövcud ola bilər
Yeni araşdırma ehtimal edir ki, su həyat üçün zəruri komponent hesab olunsa da digər qaya tipli planetlərdəki həyat üçün mütləq lazım olmaya bilər. Yəni, bəlkə də həyat yalnız suya bağlı deyil və yadplanetli həyat növü qeyri-adi duzlu maye hesabına mövcud ola bilər.
Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər

Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər
Qara dəliklərin birləşməsi nəticəsində yaranmış qravitasiya dalğalarında qeydə alınmış qeyri-adi siqnal göstərir ki, bu sistem əslində əvvəldən ikili deyil, üçlü sistem olub.
Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər

Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər
Bədən qoxusu sağlamlıq vəziyyəti haqqında çox şey deyə bilər. Alimlər dəri və nəfəs yolu ilə xaric olan uçucu birləşmələrdən istifadə edərək xəstəlikləri erkən mərhələdə müəyyən etməyin yollarını axtarırlar.
Həftənin xəbərləri

