
Yer kürəsindəki suyun kosmosdan gəldiyi fərziyyəsinə dair yeni sübut əldə edilib
Elm & Texnologiya
20.08.2025
Emil Nəcəfov
12P/Pons-Brooks kometasının (Şeytan kometası adı ilə də tanınır) spektrindəki su izlərini öyrənmək, onun tərkibindəki suyun Yer üzündəki su ilə demək olar ki, tamamilə eyni olduğunu göstərdi. Bu, kometanın suyunda hidrogen və oksigen izotoplarının nisbətinin Yer suyunun molekulyar tərkibi ilə üst-üstə düşməsi ilə sübut olundu. Bu kəşf, əvvəllər daha çox şübhə ilə yanaşılan Yer suyunun kometa mənşəli olması ilə bağlı nəzəriyyəni gücləndirdi. Yer üzündəki suyun mənşəyi, planetimizin geologiyası və təkamülü, eləcə də digər planet cisimləri ilə bağlı bir çox suallara cavab tapmağa imkan verir. Bu məsələ həmçinin Yer üzündə həyatın mənşəyi ilə də əlaqəlidir. Məhz buna görə alimlərin kometalara olan maraqları tamamilə başa düşüləndir.

Ümumilikdə ehtimal olunurdu ki, Halley kometası kimi 20 ildən 200 ilə qədər orbit dövrlərinə malik qısamüddətli kometalar Yer üzündəki suyun əhəmiyyətli mənbəyi ola bilərdi. Lakin bunun üçün belə kometalarda Yer suyunun molekulyar tərkibi ilə üst-üstə düşən su tapılmalı idi. Bu cür axtarışlar infraqırmızı və radio dalğa diapazonlarında aparıla bilər və alimlər ötən il məhz bu üsullardan istifadə edərək 12P/Pons-Brooks kometasını müşahidə etdilər. 12P/Pons-Brooks kometası ötən il Günəşə maksimum yaxın məsafəyə çatdı, qaz və tozdan ibarət quyruğunu yaydı, bu quyruq nal şəklində bükülərək “Şeytanın buynuzları”na bənzədi və beləliklə kometa detallı tədqiqat üçün əlçatan oldu.

Kometa ALMA radioteleskopu və NASA-nın infraqırmızı teleskopu IRTF vasitəsilə müşahidə edildi. Alimləri kometanın komasında - nüvəsinin ətrafında yerləşən qaz-toz buludunda suyun izotop tərkibi maraqlandırırdı. Onlar suda olan deyteriumun - hidrogenin izotopu - adi molekulyar hidrogen atomlarına olan nisbətini müəyyən edirdilər. Təhlil göstərdi ki, 12P/Pons-Brooks kometasındakı D/H (deyterium/hidrogen) nisbəti Yer suyundakı ilə üst-üstə düşür. Müşahidələrin dəqiqləşdirilməsinə hələ də ehtiyac var, çünki deyterium kometada kimyəvi və ya fiziki proseslər nəticəsində yaranmış ola bilər. Lakin alimlər arasında Yer suyunun mənşəyi ilə bağlı mübahisədə tərəzi aydın şəkildə kometa mənşəli nəzəriyyənin xeyrinə meyl etdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər ən süni həyat formasını yaradıblar

Alimlər ən süni həyat formasını yaradıblar
Britaniya alimləri Yer üzündəki hər hansı digər canlı orqanizmdən daha mürəkkəb və nizama salınmış genetik koda malik süni bakteriya yaradıblar. Syn57 adlı bağırsaq çubuğu (Escherichia coli) bu günə qədər mümkün olmuş ən az kodon sayı ilə sintez olunub
Yadplanetli həyat növü susuz da mövcud ola bilər

Yadplanetli həyat növü susuz da mövcud ola bilər
Yeni araşdırma ehtimal edir ki, su həyat üçün zəruri komponent hesab olunsa da digər qaya tipli planetlərdəki həyat üçün mütləq lazım olmaya bilər. Yəni, bəlkə də həyat yalnız suya bağlı deyil və yadplanetli həyat növü qeyri-adi duzlu maye hesabına mövcud ola bilər.
Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər

Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər
Qara dəliklərin birləşməsi nəticəsində yaranmış qravitasiya dalğalarında qeydə alınmış qeyri-adi siqnal göstərir ki, bu sistem əslində əvvəldən ikili deyil, üçlü sistem olub.
Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər

Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər
Bədən qoxusu sağlamlıq vəziyyəti haqqında çox şey deyə bilər. Alimlər dəri və nəfəs yolu ilə xaric olan uçucu birləşmələrdən istifadə edərək xəstəlikləri erkən mərhələdə müəyyən etməyin yollarını axtarırlar.
Yer kürəsinin biosferası təhlükə altındadır

Yer kürəsinin biosferası təhlükə altındadır
Potsdam İnstitutu və Vyana BOKU Universitetindən olan alimlər xəbərdarlıq edirlər: Yer biosferası dayanıqlılığını itirib. Araşdırma göstərib ki, bitkilər artıq fotosintez proseslərinin öhdəsindən gələ bilmir.
Həftənin xəbərləri

