main-post-cover

    İlk dəfə donuz ağciyərinin insana ksenotransplantasiyası reallaşdırılıb

    Elm & Texnologiya
    26.08.2025
    Emil Nəcəfov
         Çində ilk dəfə ağciyərin ksenotransplantasiyası həyata keçirilib. Bu orqan çoxlu sayda qan damarları ehtiva etdiyinə və ən çox yayılmış ağırlaşma olan “transplantatın sahibə qarşı reaksiyası”na ən həssas olduğu üçün ən çətin köçürülən orqan hesab olunur. Pilot əməliyyat ideal olmasa da, ümumilikdə GMO heyvanların orqanlarının insanda istifadəsinin potensialını bir daha təsdiqlədi. Hazırda dünyada GMO donuzlarından insanlara ürək, böyrək və qaraciyər ksenotransplantasiyalarının bir neçəsi artıq həyata keçirilib. İndi isə Çin alimləri ilk dəfə donuzun ağciyərinin insana köçürüldüyünü bildiriblər - əməliyyat 39 yaşında vəfat etmiş bir kişiyə tətbiq olunub. Orqanizmin həyat qabiliyyəti süni şəkildə dəstəklənib və 9 gün ərzində 6 genetik modifikasiyadan keçmiş ağciyər uğurla orqanizmə uyğunlaşıb.
         “Ağciyərin köçürülməsi çox çətindir, bu, transplantasiya üçün ən çətin orqandır” - deyə 2022-ci ildə donuz ürəyini ilk dəfə canlı insana köçürmüş cərrah Muhammad Mohiuddin bildirib. O əmindir ki, müxtəlif ölkələrin alimlərinin birgə səyləri ksenotransplantasiyanın donor orqan çatışmazlığı probleminə həll ola biləcəyini göstərəcək. Köçürmədən sonrakı 3 gün ərzində alimlər nə rəddetmə, nə də infeksiya əlaməti müşahidə etmədilər, lakin müvəqqəti hipoksiya səbəbindən ağciyər ödemi və toxuma zədələnməsi qeydə alındı. Daha sonra anticisimlərin aktivliyi nəticəsində toxuma zədələnmələri müşahidə olundu, lakin köçürmədən 9 gün sonra bütün zədələnmə əlamətləri azaldı. Elə həmin vaxt təcrübə vəfat etmiş şəxsin qohumlarının xahişi ilə dayandırıldı. Ehtimal olunur ki, alimlər canlı xəstəyə ilk transplantasiyanı həyata keçirməzdən əvvəl bir neçə analoji əməliyyatı mərhum şəxslərlə aparacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qara dəliklər ölü ulduzlardan qaranlıq enerji yarada bilərlər
    qara-delikler-olu-ulduzlardan-qaranliq-enerji-yarada-bilerler
    İlk qalaktikalardan birində böyük həcmdə oksigen aşkar edilib
    ilk-qalaktikalardan-birinde-boyuk-hecmde-oksigen-askar-edilib
    Yeni fərziyyə superkütləli qara dəliklərin necə yaranmasını izah edir
    yeni-ferziyye-superkutleli-qara-deliklerin-menseyi-ile-bagli-suali-aradan-qaldirir
    Antarktidanın buz örtüyü çökmə vəziyyətinə çatıb
    antarktidanin-buz-ortuyu-cokme-veziyyetine-catib
    Alimlər ən uzaq məsafədə baş vermiş kosmik partlayışı kəşf ediblər
    alimler-en-uzaq-mesafede-bas-vermis-kosmik-partlayisi-kesf-edibler