
Mars buzlaqlarının tərkibinin 80%-dən çoxu su buzundan ibarətdir
Elm & Texnologiya
01.08.2025
Emil Nəcəfov
Yeni radiolokasiya məlumatlarının təhlili indiyədək Marsın orta enliklərində yerləşən nəhəng buzlaqların tərkibi haqqında ən inandırıcı sübutları təqdim edir: bu buzlaqlar əsasən qaya deyil, 80%-dən çox dərəcədə son dərəcə təmiz su buzundan ibarətdir. Bu kəşf planetin iqlim tarixini anlamaq baxımından mühüm nəticələrə səbəb olmaqla yanaşı, gələcək insanlı Mars missiyalarının planlaşdırılması üçün də böyük əhəmiyyət daşıyır. İndiyə qədər Marsdakı buzlaq quruluşlarının dəqiq tərkibi məlum deyildi. Mövcud nəzəriyyələrdən biri bu strukturların cəmi 30% buz ehtiva edən, qalan hissəsi əsasən qaya olan “daş buzlaqlar” olduğunu irəli sürürdü. Lakin yeni tədqiqat alternativ fərziyyəni təsdiqləyir: bu, Marsın səthi süxurları ilə örtülmüş və demək olar ki, tamamilə təmiz buzdan ibarət olan buzlaqlardır. Buzlaqların tərkibinin daha dəqiq müəyyən edilməsi SHARAD cihazının məlumatlarının təkmilləşdirilmiş analiz metodu sayəsində mümkün olub.
Toz və qumla örtülü olan Mars buzlaqları:

Bu radar cihazı NASA-nın Mars Reconnaissance Orbiter aparatına quraşdırılıb və Mars səthinin 1 km dərinliyinə qədər “görə” bilir. Tədqiqatçılar yalnız radar dalğalarının materiala necə nüfuz etdiyini deyil, eyni zamanda onların enerjisinin həmin material tərəfindən hansı dərəcədə udulduğunu da araşdırıblar. Məhz bu 2 ölçünün birlikdə təhlili buzun nə dərəcədə təmiz olduğunu müəyyən etməyə imkan verir. Tədqiqatçılar Marsın hər iki yarımkürəsində bir-birindən uzaqda yerləşən 5 fərqli bölgəni analiz ediblər və belə nəticəyə gəliblər: bu buzlaqların xüsusiyyətləri Yer buzlaqları ilə demək olar ki, eynidir. “Bu, vacibdir, çünki göstərir ki, bu Mars buzlaqları çox güman ki, eyni proses nəticəsində yaranıb və qorunub saxlanılıb” - deyə tədqiqatçılar bildiriblər.

Güman edilir ki, Mars yaxın keçmişdə bir və ya bir neçə qlobal buzlaşma dövrü keçirmiş olmalıdır. Əvvəlki analizlərə əsasən, bu soyuq dövrlərdən sonuncusu təxminən cəmi 370 000 il əvvəl baş verib. Orta enliklərdə yerləşən buzlaqlar nəhəng bir su ehtiyatı təşkil edir və bu suya çatmaq astronavtlar üçün qütb buz örtüklərinə nisbətən xeyli daha asan olacaq. Bu su Marsda kolonizasiya üçün əsas resurs hesab olunur. Onu təkcə içməli su kimi istifadə etmək deyil, həm də oksigen çıxarmaq və raket yanacağı istehsal etmək üçün parçalamaq mümkündür. Buz qatına çatmaq üçün əvvəlcə əsrlər boyu buzu buxarlanmaqdan qoruyan səthi qatı çıxarmaq lazımdır.

Həmçinin Mars şəraitində suyun çıxarılması və təmizlənməsi texnologiyasının hazırlanması və sınaqdan keçirilməsi tələb olunur. Bundan əlavə, tədqiqatın müəllifləri qeyd edirlər ki, radiolokasiya ölçmələri bəzən təmiz buzdan gələn güclü siqnalları daha asan aşkar edir, halbuki çirklənmiş buzun verdiyi zəif siqnalları müəyyənləşdirmək çətin ola bilər. Bununla belə, əldə olunan nəticələr dövlət qurumları və özəl kosmik şirkətlər üçün missiyaların planlaşdırılmasında yeni və etibarlı məlumat bazası yaradır. Gələcək eniş yerlərinin seçiminə bu buzlaq strukturlarına yaxınlıq ehtimal ki, daha da güclü təsir göstərəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Günəş sistemindəki 3-cü ulduzlararası kometa barəsində yeni məlumatlar əldə edilib

Günəş sistemindəki 3-cü ulduzlararası kometa barəsində yeni məlumatlar əldə edilib
1 ay əvvəl dünya Günəş sistemində üçüncü ulduzlararası obyektin - 3I/ATLAS kometasının kəşf olunduğunu öyrəndi. Bu kometanı ATLAS adlı robotlaşdırılmış rəsədxana aşkar edib. Məlum olub ki, həmin kometa təsadüfən yeni Vera Rubin adına rəsədxananın texniki şəkillərinə də düşüb.
Kosmik şüalar buz planetlərinin dərinliklərindəki potensial həyatı dəstəkləyə bilərlər

Kosmik şüalar buz planetlərinin dərinliklərindəki potensial həyatı dəstəkləyə bilərlər
İyulun 28-də International Journal of Astrobiology jurnalında dərc olunmuş bir tədqiqat göstərib ki, kosmik şüalar planetlərin səthi altında yerləşən buz və suyu parçalaya bilər və bu zaman enerji elektronlar şəklində açığa çıxır.
Kosmosda hamiləlik keçirtmək mümkündürmü?

Kosmosda hamiləlik keçirtmək mümkündürmü?
Nəzərə alsaq ki, kosmik agentliklər insanların təkcə Aya deyil, həm də Marsa uçuşlarını planlaşdırırlar, tədqiqatçılar uzunmüddətli kosmik səyahətlər zamanı insan orqanizmi ilə nə baş verəcəyinə daha çox diqqət yetirməyə başlayıblar.
K2-18b ekzoplanetində həyatın mövcudluğu təkzib edilib

K2-18b ekzoplanetində həyatın mövcudluğu təkzib edilib
Bu ilin əvvəlində astronomlar, sanki sensasiyalı bir kəşf etdiklərini bildirmişdilər. Onlar başqa bir planetdə yadplanetli həyatın mövcudluğuna dair ən inandırıcı sübutları tapdıqlarını iddia etmişdilər.
İsrail Yupiterin peyki Avropaya kosmik missiya hazırlayır

İsrail Yupiterin peyki Avropaya kosmik missiya hazırlayır
İsrailin Israel Aerospace Industries şirkətindən və Veysman İnstitutundan olan alim və mühəndislər Yupiterin peyklərindən biri olan Avropada mümkün həyat formalarını axtarmağa yönəlmiş “Eureka” (Evrika) missiyasını tərtib etmək üçün birləşiblər.
Həftənin xəbərləri

